Siyasət
2025-06-17 13:08:00
Cənubi Qafqaz uzun illər davam edən qeyri-sabitliyin ardından hazırda nisbi sabitlik və post-münaqişə bərpa dövrünü yaşayır. Lakin dayanıqlı sülh perspektivləri hələ də qeyri-müəyyən olaraq qalır - ilk növbədə Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalamaq istəməməsi səbəbindən.
2025-06-17 13:05:00
Azərbaycanda texniki tənzimləmənin şamil olunduğu malların siyahısı təsdiqlənəcək.
2025-06-17 13:00:00
CNN Ağ Evdəki və İsrail hakimiyyətindəki mənbələrə istinadən məlumat yayıb ki, İsrailin İrana qarşı hərbi əməliyyatı günlərlə deyil, həftələrlə davam edə bilər və bu, ABŞ administrasiyasının gizli razılığı ilə həyata keçirilir. ABŞ Prezidenti Donald Trampın administrasiyası qapalı müzakirələr zamanı əməliyyatın gözlənilən müddətinə etiraz etməyib. Ağ Evin sözçüsü təsdiq edib ki, ABŞ İsrailin planlarından xəbərdardır və onu üstüörtülü şəkildə dəstəkləyir.
2025-06-17 12:58:00
Azərbaycanda PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib.
2025-06-17 12:57:00
Azərbaycanda keyfiyyət informasiya sistemi haqqında əsasnamə hazırlanacaq.
2025-06-17 12:04:00
2025-ci ilin dünyanı yeni geosiyasi və iqtisadi həqiqətlərlə qarşı-qarşıya qoyduğu bir zamanda - çoxtərəfli institutların böhranından tutmuş enerji dogmalarının çökməsinə və təsir mərkəzlərinin cənub və şərqə sürüşməsinə qədər - dövlətlər öz kimliklərini yalnız təhlükəsizlik və iqtisadiyyat kateqoriyalarında deyil, həm də qlobal davamlılıq koordinatlarında yenidən nəzərdən keçirməyə məcbur qalırlar.
2025-06-17 11:26:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib.
2025-06-17 11:06:00
Azərbaycan bu gün artıq təkcə ərazi bütövlüyünü bərpa etmiş və enerji müstəqilliyini təmin etmiş bir dövlət deyil. Bu, regionda öz yerini tapmış və ona əvvəllər sırf "periferiya" rolunu ayıranların sərhədlərindən sürətlə çıxan yeni bir geosiyasi reallıqdır. Məhz bu səbəbdən də ölkəmiz çoxpilləli, düşünülmüş və peşəkarlıqla koordinasiya olunan bir hibrid müharibənin hədəfinə çevrilib.
2025-06-16 20:22:00
Pandemiya dövründə bütün dünyada sərhəd nəzarəti və karantin rejimi kimi tədbirlər fövqəladə hallara uyğun şəkildə tətbiq olunurdu. Azərbaycanda da bu çərçivədə quru sərhədlərin bağlanması vacib addım kimi qəbul olundu. Lakin pandemiyanın fəal fazası başa çatdıqdan sonra sərhədlərin açılmaması cəmiyyətdə və siyasi spektrdə müxtəlif müzakirələrə səbəb oldu. Müxalif dairələr bu məsələni siyasi müstəviyə daşımağa, hökumətin qərarını ictimai narazılıq predmeti kimi təqdim etməyə çalışsalar da, zaman keçdikcə regionda baş verən proseslər bu qərarın nə qədər əsaslı və uzaqgörən olduğunu açıq şəkildə ortaya qoydu.
2025-06-16 13:22:00
İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsrail Dövlətindəki Səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür.
2025-06-16 11:13:00
Son.az Trend-ə istinadən Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin Ekspo 2025 üzrə baş komissarı Anar Ələkbərov ilə eksklüziv müsahibəni təqdim edir.
2025-06-15 20:09:00
Son günlər İsrail-İran arasındakı qarşıdurma bütün dünya mediasının diqqət mərkəzindədir.
2025-06-15 19:51:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
2025-06-15 13:14:00
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib.
2025-06-15 12:01:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanqın etimadnaməsini qəbul edib.
2025-06-15 11:24:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib.
2025-06-15 10:07:00
Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır. Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər.
2025-06-15 10:00:00
Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir.
2025-06-15 09:45:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb.
2025-06-15 08:03:00
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.
2025-06-15 00:03:00
Prezident İlham Əliyev 15 İyun - Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
2025-06-15 00:02:00
15 iyun 1993-cü il - bu tarix Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu. O dövrdə ölkədə böyük qarışıqlıq, təhlükə və ümidin tükəndiyi dövr yaşanırdı. Məhz həmin gün xalqın çağırışı ilə Heydər Əliyev hakimiyyətə qayıtdı və Azərbaycanı xilas etdi. Bu səbəbdən 15 iyun hər il Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur.
2025-06-14 20:24:00
İyunun 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
2025-06-14 18:30:00
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.
2025-06-14 15:26:00
Tarixi hadisələr xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir. Bu gün ölkənin siyasi-iqtisadi sabitliyə qovuşduğu, parçalanma təhlükəsindən xilas olduğu, dövlətçiliyin əsaslarının qoyulduğu gündür.
2025-06-14 14:34:00
Rusiya İsrailin hücumu zamanı İranda olan Rusiya vətəndaşlarının vətənlərinə qaytarılmasında göstərdiyi köməyə görə Azərbaycana minnətdarlığını bildirir.
2025-06-13 19:00:00
"Bu gün gecə saat 3-dən etibarən İsrailin İrana endirdiyi hava zərbələri, nəticədə İranın nüvə proqramına məsul altı tanınmış alimin öldürülməsi və İran ordusunun ali hərbi rəhbərliyində, o cümlədən Silahlı Qüvvələrin Qərargah rəisinin həlak olması göstərir ki, İsrail bu hücuma uzun illər boyu hazırlaşıb. Digər tərəfdən, hücumun Vaşinqtonla əvvəlcədən razılaşdırıldığı da şübhə doğurmur.
2025-06-13 17:12:00
"İsrailin İrana zərbələr endirəcəyi əslində gözlənilən idi. İsrail uzun müddətdir ki, müvafiq planı hazırlamışdı. Amma ABŞ-nin İranla danışıqlara başlaması və İsraili hərbi əməliyyatları təxirə salmaqla bağlı çağırışları səbəbindən əməliyyat indi həyata keçirildi".
2025-06-13 15:00:00
"Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşılaşdığı bir məqamda xilaskarlıq missiyasını öz üzərinə götürməklə, öz xalqı və ölkəsi qarşısında ən böyük xidmətlərindən birini göstərmişdir. Müstəqilliyimizin ilk iki ili ərzində respublikada sürətlə davam edən mürtəce, dağıdıcı proseslər 1993-cü ilin may-iyun aylarında ölkəni vətəndaş müharibəsinin başlanması ərəfəsinə gətirmiş və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu".
2025-06-13 14:25:00
İyunun 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun suallarını cavablandırarkən 2020-ci ildə 44 günlük müharibə zamanı qondarma qurumun "prezidenti" Arayik Harutyunyanın istəyi ilə bir neçə istiqamətdə olduğunu bildirib.
2025-06-13 13:54:00
Avropa Şurasının baş katibi Alen Bersenin Ermənistana səfəri siyasi hadisə yox, bivec mətnli əyalət tamaşası təəssüratı yaratdı. "Demokratik islahatlara dəstək", "sülhməramlı icmaların davamlılığına töhfə", "Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına çağırış" kimi bəyanatlar artıq çoxdan mənasını itirmiş, inandırıcılıqdan məhrum olmuş nimdaş, klişe diplomatik ifadələrə çevrilib.
2025-06-13 13:30:00
Prezident İlham Əliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.