Siyasət

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tarifləri müəyyənləşdirmək səlahiyyəti verildi

2023-09-02 13:44:00

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Ermənilər yeni müharibə istəyir?

2023-09-02 12:44:00

Dünən Ermənistanın Silahlı Qüvvələri şərti dövlət sərhədində ordumuzun mövqelərini ağır artilleriya, haubitsalar, PUA-lar, minaatanlar və iriçaplı pulemyotlardan atəşə tutdular. 3 əsgərimiz yüngül yaralandı. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində 3 erməni əsgər həlak olub, 5 nəfər yaralanıb.

"Türk çörəyi"nə "naz"ın pərdəarxası Dərdləri aclıq

2023-09-02 12:38:00

Qarabağdakı separatçı ermənilər artıq 5 gündür ki, Azərbaycanın göndərdiyi 40 tona yaxın ərzaq yükünə "naz edir". Belə ki, dünyaya "blokada"da olduğunu car çəkən, nüfuzlu nəşrlərdə bu barədə yazılar çıxmasına nail olan, bir sıra tanınmışları öz yalanlarının yayılmasına cəlb edən separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yükünün Xankəndinə çatdırılmasını müxtəlif üsullarla əngəlləyirlər. Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı, içərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.

Paşinyanın açıqlaması sülh prosesinə ciddi zərbədir XİN

2023-09-02 12:34:00

Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların əks olunduğu 2 sentyabr tarixli bəyanatını şərh edib.

İlham Əliyev: Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin dərinləşməsi məmnunluq doğurur

2023-09-02 12:30:00

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur. Biz ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə inkişafına böyük əhəmiyyət veririk.

Kamaləddin Qafarov: “Antimilli qüvvələrin məğlubiyyəti labüd idi”

2023-09-02 11:00:00

"32 il bundan öncə, 1991-ci il avqustun 30 -da  Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında ilk hüquqi sənəd -"Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olunub. Bəyannamədə öz əksini tapmış mühüm məqamlardan biri Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunun təsbit edilməsi idi. Eyni zamanda Ali Sovet Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun - Konstitusiya Aktının hazırlanması barədə qərar da qəbul etmişdi. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Moskvada SSRİ-nin dövlət və partiya rəhbərliyinə qarşı ağır ittihamlarla dolu bəyanatla çıxış etdi və bundan sonra yenidən öz xalqının yanında olmaq üçün Bakıya gəldi. Lakin  bütün antimilli qüvvələr vahid koalisiya halında Ulu Öndərin respublikada hakimiyyətə gəlişini əngəlləmək üçün səylərini birləşdirdilər. Lakin bu, Ulu Öndərin ölkənin siyasi həyatında iştirakını əngəlləyə bilmədi." Bu sözləri tarixi Bəyannamənin əhəmiyyəti ilə bağlı mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

40 ton un yüklü karvan 5 gündür AğdamXankəndi yolunda gözləyir FOTO

2023-09-02 08:47:00

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 5-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

AğdamXankəndi yolu elektrik enerjisi ilə təmin edildi FOTO

2023-09-01 23:16:00

Ağdamdan Xankəndi istiqamətinə gedən yol elektrik enerjisi ilə təmin edilib.

Qarabağ Regional DOST Mərkəzi fəaliyyətə başladı

2023-09-01 20:44:00

Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində vətəndaşlara xidmət göstərilməsinə başlanılıb.

Ceyhun Mirzəyev: Danışıqlar aparılsa da, nəticə yoxdur FOTO

2023-09-01 20:40:00

Danışıqlar aparılsa da, nəticə yoxdur.

AZALın prezidenti vəzifəsi ona həvalə edildi DOSYE FOTO

2023-09-01 20:22:00

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Cahangir Calal oğlu Əsgərovun "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.

Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrıldı

2023-09-01 19:24:00

Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrılıb.

Cahangir Əsgərov vəzifəsindən azad edildi SƏRƏNCAM

2023-09-01 19:21:00

Cahangir Əsgərov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

"Erməni silahlı qüvvələri çox gərgin bir vəziyyətə düşüb”

2023-09-01 17:32:00

"Təxribatlara davam edərsə, Ermənistanı yenidən ağır məğlubiyyət gözləyir".

XİNdən Şarl Mişelin bəyanatına münasibət

2023-09-01 17:16:00

Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibinin bölgədəki vəziyyətlə bağlı 1 sentyabr 2023-cü il tarixli bəyanatı tərəfimizdən qeydə alındı.

"Çarə arayışı" davam edir Yeni təyinat

2023-09-01 15:02:00

Ötən gün Qarabağdakı erməni separatçıların rəhbəri Araik Arutyunyan "istefa" verib. "Qarabağlı ermənilərin taleyi həll olunacaq" kimi ənənəvi çıxışları ilə yadda qalan Araik bu barədə özünün "Facebook" hesabında məlumat verib. O, özü ilə bərabər Qurqen Nersisyanı da istefaya göndərib. Arutyunyan bu yekun qərarı iki gün əvvəl verdiyini qeyd edib. Onu qondarma "Təhlükəsizlik Şurasının katibi" Samvel Şahramanyan əvəzləyəcək.

Ağdam yolundan istifadə təchizat üçün davamlı həllin bir hissəsi ola bilər

2023-09-01 14:48:00

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam edir.

Düşmən mövqelərimizi niyə atəşə tutdu?

2023-09-01 12:30:00

Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir.

Xankəndində ət paylandı: Araikin

2023-09-01 12:16:00

İndiki şəraitdə Qarabağın beynəlxalq səviyyədə tanınmasından danışmaq ya özünü aldatmaqdır, ya da yeni bir nəzəriyyə irəli sürüm - "ictimai aldatma"dır".

XİN Özbəkistanı təbrik etdi

2023-09-01 11:24:00

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Özbəkistanı Milli Günü münasibətilə təbrik edib.

Prezident İlham Əliyev: AzərbaycanSlovakiya əlaqələrinin dinamikası məmnunluq doğurur

2023-09-01 11:15:00

Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Slovakiya arasında əlaqələrin dinamikası məmnunluq doğurur. Ölkələrimizin fəal dialoqu bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinə şərait yaradıb.

Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir

2023-09-01 11:11:00

Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir. Belə möhkəm təməllər əsasında qurulmuş ikitərəfli münasibətlərimizin və strateji tərəfdaşlığımızın ildən-ilə yüksələn xətlə inkişaf etməsi və konkret məzmunla zənginləşməsi bizi sevindirir.

Prezident İlham Əliyev Slovakiyanın Prezidentinə təbrik məktubu göndərib

2023-09-01 11:08:00

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Prezidenti Zuzana Çaputovaya təbrik məktubu göndərib.

Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərib

2023-09-01 11:05:00

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

2023-08-31 23:12:00

Avqustun 31-i 22:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan tutub.

MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

2023-08-31 21:57:00

Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Məsələ boz zonada separatçı və terrorçuların sındırılma fazasına keçməsindədir Yunus Oğuz

2023-08-31 21:45:00

"Söhbət Araikin gedib qalmasından  getmir. Bir az dərin qatlara baxaq. Məsələ boz zonada separatçı və terrorçuların sındırılma fazasına keçməsindən, daha kiminsə onlara dəstək verə bilməməsindədir."

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

2023-08-31 20:34:00

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Kamran Əliyev səfirliyimizə edilən hücumla bağlı Livan Baş Prokuroru ilə danışdı

2023-08-31 17:39:00

Baş prokuror Kamran Əliyev ölkəmizin Beyrutdakı səfirliyinin binasına hücumla bağlı Livan Respublikasının Baş Prokuroru Qassan Ueydat ilə telefonla danışıb.

Prezidentin yeni təyin etdiyi rektor kimdir? DOSYE

2023-08-31 17:21:00

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəmcamı ilə Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib.

XİNdən Paşinyana cavab

2023-08-31 14:46:00

31 avqust tarixində hökumət iclasında çıxışı zamanı növbəti dəfə Azərbaycanı "soyqırımı" həyata keçirməkdə təqsirləndirən Ermənistanın baş naziri Nikol Paşinyanın heç bir əsas olmadan bu kəliməni bu qədər ucuzlaşdırması Ermənistanın məsuliyyətsiz manipulyasiya fəaliyyətinin təzahürüdür.

Qubaya icra başçısı təyin edilən İlqar Mahmudov kimdir? DOSYE

2023-08-31 14:10:00

Prezident İlham Əliyev İlqar Akif oğlu Mahmudovun Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə Sərəncam imzalayıb.