Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı
Siyasət 16 May 2025 11:44:35 50 0
Son günlər sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin guya Ermənistan parlamentinin sədri Alen Simonyanı və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı "Dostluq" ordeni ilə təltif etdiyi barədə açıq-aşkar yalan məlumat yayılıb.
Bu xəbəri də oxu: İlham Əliyevin Tiranada Paşinyan ilə qeyrirəsmi görüşü olub VİDEO
Erməni politoloqu Kevork Almassian tərəfindən "X" sosial şəbəkəsində (əvvəlki Twitter) paylaşılmış videoçarxda guya Trend İnformasiya Agentliyinə məxsus olan saxtalaşdırılmış ekran görüntüsü və "Britaniya mediası"nın uydurma xəbər süjeti təqdim olunur. Bildiririk ki, bu mövzuda heç bir xəbər agentliyimizin platformalarında yayımlanmayıb. Video manipulyativ xarakter daşıyır və dezinformasiya məqsədilə primitiv üsullarla hazırlanıb.
Trend İnformasiya Agentliyi rəsmi şəkildə bəyan edir ki, bu iddia tamamilə saxtadır və heç bir həqiqi mənbəyə əsaslanmır. Bu cür dezinformasiya kampaniyaları Azərbaycan dövlət strukturlarını və media qurumlarını hədəf almağa yönəlib.
Trend İnformasiya Agentliyi oxucuları və media nümayəndələrini rəsmi mənbələrə istinad etməyə, yayılan xəbərlərin doğruluğunu yoxlamağa və saxta məlumatlara uymamağa çağırır. Bütün rəsmi məlumatlarımız yalnız www.trend.az saytında və agentliyimizin təsdiqlənmiş sosial media hesablarında dərc olunur.
Yayılan bu yalan informasiya növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmaq və Azərbaycanı hədəf almaq məqsədi güdən dezinformasiya kampaniyasının tərkib hissəsidir.
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəl

Bülbülə gölündə təmizlik və quruculuq işləri davam etdirilir.

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsm

Taksilərdə müştərilərin nəğdsiz ödəniş edə bilməsi üçün postterm

Bu maddələr qadın hormonu olan estrogeni təqlid edərək orqanizmdə hormona

Türkiyədə "Şahinler" Holdinq İdarə Heyətinin sədri Kamal Şahi

GPS izləmə cihazı ilə təchiz olunmuş dişi şahin quşu Cənubi Afrikadan

Çərşənbə axşamı Günəşin şimal yarımkürəsində baş verən nəhəng

İsveçrənin Bazel şəhərində "Avroviziya-2025" mahnı müsabiqəs

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Mayın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş vəzifəli şəxsi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
