"Sabah İstanbula gedə bilərəm"
Dünya 15 May 2025 12:30:00 84 0
İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qatılacağını bəyan edən, lakin son anda planını dəyişən ABŞ prezidenti Donald Tramp mövzu ilə bağlı növbəti açıqlama verib. Son.az xəbər verir ki, Tramp bildirib ki, zəruri olarsa, sabah İstanbula gedə bilər.
Bu xəbəri də oxu: Zelenski Nəriman Cəlalovu Ukraynanın Türkiyədəki səfiri təyin etdi
Trampın sözlərinə görə, onun danışıqlarda iştirak etməməsi Rusiya Prezidenti Vladimir Putinin də prosesdən kənarda qalmasına səbəb olub: "Mən getməsəm, Putin gəlməyəcək demişdim və haqlı çıxdım. Əgər lazım olsa, sabah İstanbula gedə bilərəm".
Bu bəyanat sabah Putinin də danışıqlara qatılması ilə atəşkəs sazişinin imzalanacağı ehtimallarını gücləndirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları üçün açıqlanan rəsmi nümayəndə heyətində yer almamışdı. Ardınca Ağ Ev də Donald Trampın sammitdə iştirak etməyəcəyini bildirmişdi.
Yaxın Şərq səfəri çərçivəsində Qətərə yollanan Tramp jurnalistlərə açıqlamasında demişdi: "Mən Türkiyəyə də gedə bilərəm. Putin mənim də danışıqlarda iştirak etməyimi istəyir. Mən getməsəm, o da getməyəcək. Ona görə Yaxın Şərq səfərimin bir hissəsi kimi Türkiyəyə də yollana bilərəm".
İndi isə gözlər sabaha dikilib - həm Trampın, həm də Putinin eyni anda danışıqlara qatılması atəşkəs üçün real ümid doğura bilər.
Fidan Son.az
Prezident İlham Əliyev "Dövlət qulluqçularının əlavə təhsili ilə

ABŞ-nin ən böyük avtomobil istehsalçısı "Ford" 2022-2024-cü i

Dövlət Agentliyinin təşəbbüsü ilə "İstehlakçı hüquqlarını bil

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, &

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis olunub.

İsrailin "Avroviziya-2025 " mahnı müsabiqəsindəki təmsilçisi Yu

"TikTok" şəkillərdən videolar yaradan süni intellekt alətini ela

ABŞ və Avropa rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenskini İstanbuldak

Bakının Qaradağ rayonunun Umbakı qəsəbəsində avtomobil körpüsü uçub.

Bakıda özünü iş adamı və Asiya ölkələrindən, eləcə də Çindən avt

2025-ci ilin 3-4 iyul tarixlərində Xankəndidə - azad edilmiş və dirçəlm�

Ukraynalı aktyor Maksim Nelipa döyüş zamanı həlak olub.

ABŞ-nin Azərbaycandakı Səfirliyi təhsil sərgisi keçirəcək.

Sabirabad quşçuluq şirkətinin təsisçisi öz qardaşı övladlarından şik
