28 şəhər bu tarixə qədər yox ola bilər Yerin altına batır
Dünya 10 May 2025 17:25:00 68 0
Yeni elmi araşdırma ABŞ-ın ən sıx məskunlaşdığı 28 şəhərinin torpaq səviyyəsinin ildə 2 ilə 10 millimetr arasında dəyişən sürətlə batdığını ortaya qoyub. Alimlərin peyk radar ölçmələrinə əsaslanan tədqiqatı Nyu-York, Çikaqo, Dallas, Denver və Hyuston da daxil olmaqla böyük şəhərlərdə ciddi çöküntü proseslərinin getdiyini sübut edib.
Bu xəbəri də oxu: Stiven Hokinqinin Yer Kürəsi ilə bağlı qorxulu proqnozu
Son.az xəbər verir ki, Virciniya Politexnik İnstitutu və Virciniya Dövlət Universitetindən olan tədqiqatçılar yüksək ayırdetməli peyk məlumatlarından istifadə edərək bu şəhərlərin ətraflı batma xəritələrini hazırlayıblar. Nəticələrə görə, tədqiq olunan 28 şəhərin hər birində ərazilərin ən azı 20 faizi batmaqdadır. Bu şəhərlərin 25-də isə torpaqların azı 65 faizi batma prosesinə məruz qalır.
Texas ştatının şəhərləri arasında ən yüksək batma göstəricisi Hyustona məxsusdur. Məlum olub ki, şəhərin təxminən 40 faizi ildə 5 millimetrdən çox, 12 faizi isə 10 millimetr sürətlə batır.
Tədqiqatın müəllifi Leonard Oçençen xəbərdarlıq edib: "Hətta torpağın kiçik miqyasda batması zamanla binaların, yolların, körpülərin və dəmir yollarının struktur təhlükəsizliyini poza bilər."
Təbii geoloji proseslər torpaq çökməsinə səbəb olsa da, bu araşdırmaya görə ABŞ şəhərlərində bu halın 80 faizi insan fəaliyyəti ilə - xüsusilə yeraltı suların həddindən artıq çəkilməsi ilə əlaqələndirilir.
ABŞ-da yaşamaq arzusu bir çox azərbaycanlının məqsədləri arasında olsa

Bakı-Quba yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 1

"Bu gün Azərbaycanın xarici əlaqələrinin coğrafiyası artıq Cənub-

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə səfərdə olan Avropa liderlər

Baş nazir Nikol Paşinyan son zamanlar Ermənistan ilə Azərbaycan arasında m

Bütün bu əzablı illər (işğal illəri - red.) arxada qaldı. Siz indi öz

Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük,

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfi

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "

Böyük Britaniyada Şahzadə Ketrin (Uels şahzadəsi) şərəfinə yeni qızı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayo

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayo

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayo
