Prezident İlham Əliyev bir sıra məhkəmələrə sədrlər təyin edib
Siyasət 06 May 2025 16:13:00 93 0
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Bu xəbəri də oxu: Vardanyanın məhkəməsində zərərçəkmiş ekskavator sürücüsü: sağ diz nahiyəmdən xəsarətlər aldım
Trend xəbər verir ki, Sərəncama əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ali Məhkəməsi üzrə:
Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilib;
Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib;
Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;
Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;
Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib;
apellyasiya məhkəmələri üzrə:
Elmar Eldar oğlu Rəhimov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib;
Rəşad Ziyaviddin oğlu Mamedov Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;
Şamil Qəhrəman oğlu Rzaquliyev Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;
Hökümə Çingiz qızı Babayeva Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;
Rövşən Rafiq oğlu Rəfiyev Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;
Elçin Şirin oğlu Hüseynov Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;
Tale Suliddin oğlu Kərimov Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;
inzibati məhkəmələr üzrə:
Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri təyin edilib;
Zəfər Arif oğlu Quliyev Gəncə İnzibati Məhkəməsinin sədri təyin edilib;
İmran Ramazan oğlu Burcayev Sumqayıt İnzibati Məhkəməsinin sədri təyin edilib;
Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin sədri təyin edilib;
kommersiya məhkəmələri üzrə:
İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin sədri təyin edilib;
Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri təyin edilib;
Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin sədri təyin edilib;
Namidar Əlöysət oğlu Misirzadə Şirvan Kommersiya Məhkəməsinin sədri təyin edilib;
rayon (şəhər) məhkəmələri üzrə:
Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri təyin edilib;
Rəşad Rafiq oğlu Mustafayev Sumqayıt Şəhər Məhkəməsinin sədri təyin edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakista

Xəbər verdiyimiz kimi, bu gün Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respubl

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük K

Mədəniyyət Nazirliyinin nəzdində Mədəni və Yaradıcı Sənayelərin İnk

Hər hansı bir şəxs dünyasını dəyişdikdə yaxınlarını narahat edən �

Son günlər "havhavhav" mahnısı ilə gündəm olan reper saxlanıl�

Ölkəmizdə ali məktəblərə qəbul prosesinin birinci mərhələsi artıq ye

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya

COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndə heyətinin Braziliyaya i

Liza adı ilə tanınan aktrisa Lalisa Manobal "Met Gala" tədbirind�

Süni intellekt texnologiyalarının gündəlik həyatımıza sürətlə daxil o

Parisdə yaz qoxusu duyulur, amma bu yalnız Yelisey meydanında çiçək açan
