"Kızılcık şerbeti"nin aktrisası prokurorluğa çağırıldı FOTO
Şou-biznes 06 May 2025 12:12:00 61 0
Aktrisa Feyza Civelek məhkəməyə verilib.
Bu xəbəri də oxu: "13 plastik əməliyyat keçirmişəm, gözəl ola bilmirəm"
Son.az xəbər verir ki, buna səbəb aktrisanın keçmiş sevgilisinin dostunu söyməsidir.
Aktrisa Feyza Civelekin keçmiş sevgilisi Alican Kurt sosial media hesabında münasibətlərinə dair paylaşım edib. Paylaşım qısa müddətdə diqqət çəkib, yaxın dostu Mert Wangın şərhi isə mübahisəni başlatmış olub. "Sabah" qəzetinin məlumatına görə, bu şərhi görən Feyza Civelek Wanga qarşı sərt sözlər işlədib. İddialara görə Civelek mesajında həm təhqir edici sözlər istifadə edib, həm də hədə-qorxu gələn ifadələrə yer verib.
Mert Wang bu mesaja görə hüquq-mühafizə orqanlarına müraciət edib. Wang Civelekin şərəf və ləyaqətini zədələdiyini irəli sürərək təhdid cinayəti çərçivəsində araşdırılmasını tələb edib.
Feyza Civelek prokurorluqda verdiyi ifadəsində bütün ittihamları rədd edərək, Mert Wangı tanımadığını bildirib. Civelek onaqarşı irəli sürülən iddiaların həqiqətə uyğun olmadığını vurğulayıb.
Qeyd edək ki, aktrisa Feyza Civelek 28 aprel 1995-ci ildə İstanbulda dünyaya gəlib. O, İstanbul Beykent Universitetində təhsil alıb və daha sonra New York Academy və Harvard Universitetində aktyorluq üzrə təhsilini davam etdirib. Feyza, sənətlə iç-içə bir ailədə böyüyüb; anası məşhur senarist Melis Civelek, atası isə media sahəsində fəaliyyət göstərən bir insandır. Onun qardaşı Ömer Nadir Civelek də aktyordur.
Aktrisa 2009-cu ildə "Acemi Cadı" serialında ilk dəfə rol alaraq aktyorluq karyerasına başlayıb. Daha sonra "Kavak Yelleri" serialında qısa müddət yer alıb, amma ən böyük çıxışını "Adını Feriha Koydum" serialında əldə edib. Feyza "Güllerin Savaşı" serialında göstərdiyi performansla geniş kütlələr tərəfindən tanınmağa başlayıb.
Son zamanlarda Feyza Civelek "Kızılcık Şerbeti" serialında Nilay obrazını canlandırır və bu rolu ilə izləyicilərin diqqətini cəlb edib.
İsmayıl Son.az
2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək at

Bu şəhərlər insan nəsli məhv olmaq təhlükəsi qarşısında qalanda isti

Naxçıvan Muxtar Respublikasına iqtisadiyyat naziri təyin edilib.

Bolt, xidmətin keyfiyyətini təkmilləşdirmək və xidmət səviyyələrini

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun evində yad

Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizad

ABŞ Prezidenti Donald Tramp 15 ay Rusiyada həbsdə qalan rus-amerikalı baleri

Nərimanov rayonunda bir qrup sakin binalarına yaxın ərazidə tikinti işlər

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Fəxri xiyab

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqət çəkib.

Astrologiyaya inananlara görə, bəzi insanlar zəkası ilə, bəziləri isə

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla te

Xalq artisti Könül Xasıyeva açıqlaması ilə diqqət çəkib.
