Tramp 3cü dəfə prezident olacaq? AÇIQLAMA
Dünya 05 May 2025 17:44:00 89 0
ABŞ-ın prezidenti Donald Trampın üçüncü müddətə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı spekulyasiyalar səngimək bilmir. Bu söz-söhbətlərə səbəb olan əsas faktlardan biri Trampın rəsmi mağazasında "Trump 2028" yazılı məhsulların satışa çıxarılmasıdır.
Bu xəbəri də oxu: Anasının ölümünü xatırladı: "Tarixin təkrarlanmasını istəmirəm"
Son.az xəbər verir ki, "TİME"a verdiyi müsahibədə Tramp bu suallardan yayınaraq "Mən boşluqlara inanmıram, istifadə etməyə də meylli deyiləm" deyib. ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, bir şəxs yalnız iki dəfə prezident ola bilər və bu, Tramp üçün nəzəri cəhətdən sonuncu müddət deməkdir.
Lakin məsələ bununla bitmir. Aprelin 28-də "The Atlantic"ə verdiyi müsahibədə Tramp üçüncü dəfə namizədliyini irəli sürmək niyyətində olmadığını bir daha bildirib. Bu açıqlamasına baxmayaraq, spekulyasiyalar davam edir.
NBC-nin "Meet the Press" proqramına mayın 4-də qatılan Tramp bu dəfə məsələni aydınlaşdıraraq, üçüncü müddətə namizədliyə qarşı olduğunu bir daha vurğulayıb: "Mən dörd gözəl il yaşayıb onu kiməsə təhvil vermək istəyirəm. İki müddətlik prezidentlik mənim üçün kifayətdir" - deyə Tramp bildirib.
Bununla belə, Tramp əlavə edib ki, üçüncü müddət üçün ona "heç vaxt olmadığı qədər" təzyiq göstərilir və çoxlu sayda insan bunu etməsini istəyir. Lakin o, MAGA ("Make America Great Again") hərəkatının artıq onun iştirakı olmadan da güclü şəkildə davam edə biləcəyini söyləyib.
Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsəd

Müğənni Elnar Xəlilov qalmaqallı açıqlamalar verib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Milli Kons

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.

2024-cü ildə Bakının ümumtəhsil müəssisələrini 28203 şagird bitirib v

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qı

Mayın 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə ba�

Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamə

Talassemiyalı uşaqların müalicəsinə ayrılmış pulları ələ keçirməkd

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında əsasnamə tə

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm o

"Səni axtarıram" verilişində maraqlı anlar yaşanıb.
