Kallas: İranın dron hücumları qəbuledilməzdir, Aİ Azərbaycanla tam həmrəydir
Siyasət 05 Mar 2026 18:35:00 215 0
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İranın Azərbaycana dron hücumlarını pisləyib.
Bu xəbəri də oxu: Pezeşkian İlham Əliyevə zəng edib
Son.az xəbər verir ki, Kallas İranın bu hərəkətini qəbuledilməz adlandırıb.
"İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası bölgəsinə pilotsuz uçuş aparatları ilə etdiyi hücumlar tamamilə qəbuledilməzdir. Bu hücumlar İran tərəfindən gərginliyin daha da artırılmasıdır və müharibənin Yaxın Şərqdən kənara yayılması ehtimalını artırır.
Mən bu məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramov ilə əlaqə saxladım və Avropa İttifaqının Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduğunu vurğuladım", - Kallas qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
Müğənni Nadir Qafarzadənin ikinci nəvəsi dünyaya gəlib.
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik)
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub.
Estoniya İranın Azərbaycana dron hücumlarını pisləyib.
4 mart Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" la
Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Naxçıvana dron hücumunu tənqi
İordaniya, Latviya və Moldova Azərbaycana dron hücumunu pisləyib.
Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin m�
Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti
Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici �
Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olac
Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənist
"İsrail İranın Azərbaycanın Naxçıvan Beynəlxalq hava limanına pilo
Müğənni İntiqam Kərimov "Öz aramızda" verilişində canlı yay�
"Qətər İranın Naxçıvana PUA hücumlarını qətiyyətlə pisləyir&qu
