Fransa səfiri vətəndaşların təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
Siyasət 02 Mar 2026 19:48:00 195 0
Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Fransa vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi təcili və effektiv köməyə görə Azərbaycana minnətdarlığını bildirib.
Son.az-ın məlumatına görə, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.
"Vətəndaşlarımıza göstərdiyi effektiv və operativ köməyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirik", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.
28 fevral 8.00-dan - 2 mart saat 14-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 370 nəfər təxliyə olunub.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.
Martın 3-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Rusiya Yaxın Şərqdə ümumi vəziyyətin sabitləşdirilməsi məqsədilə m�
Azərbaycanda pensiya təminatı ilə bağlı müzakirələr fonunda Sovet dövr
Ötən il ərzində poçt daşımaları vasitəsilə tərkibində dövriyyəsi m
Birləşmiş Ərəb Əmirliklərində qalıb Bakıya qayıda bilməyənlər aras
Aparıcı Leyla Quliyeva anası Raziyə Sultanova ilə bağlı paylaşım edib.
İrandan Azərbaycan sərhədi ilə Azərbaycan və xarici ölkə vətəndaşlar
İmişli və İsmayıllı rayonlarının inzibati ərazisində ov qaydalarını
İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin həyat yoldaşı Mənsurə
Azərbaycanda qida sənayesi üçün əlamətdar hadisə kimi qiymətləndirilə
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Küveytin xarici işlər
Azərbaycan və Rusiya "AZAL" təyyarəsinin qəzası ilə bağlı yax
Türkiyədə uğurlu karyerası ilə tanınan azərbaycanlı aktrisa Nəsrin Cav
