Qazaxıstan öz vətəndaşlarını İranı tərk etməyə çağırdı
Dünya 27 Fev 2026 21:37:00 280 0
İran ətrafında gərginliyin davam etməsi fonunda Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına vəziyyət sabitləşənədək İrana səfərlərdən çəkinməyi tövsiyə edib.
Son.az xəbər verir ki, nazirliyin bəyanatında bildirilir ki, hazırda İranda olan Qazaxıstan vətəndaşlarına ölkəni tərk etmək, həmçinin gücləndirilmiş təhlükəsizlik tədbirlərinə əməl etmək, diqqətli və ehtiyatlı olmaq, xəbərləri izləmək və yerli hakimiyyət orqanlarının tövsiyələrinə ciddi riayət etmək məsləhət görülür.
Bundan əlavə, Qazaxıstan XİN vətəndaşları Yaxın Şərq ölkələrinə səfər planlaşdırarkən mümkün kəskin gərginləşmə riskini nəzərə almağa çağırıb.
Eyni zamanda vurğulanıb ki, Qazaxıstanın İrandakı diplomatik nümayəndəlikləri hazırda adi rejimdə fəaliyyət göstərir.
Müğənni İbrahim Borçalı haqqında efir qadağası qoyulması ilə bağlı
Böyük Britaniyanın sabiq Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Volodimir
Müğənni Talıb Tale haqqında efir qadağası qoyulması ilə bağlı yayıla
Sabah Ramazan ayının onuncu günüdür.
Xəbər verdiyimiz kimi, Azərbaycanda bəzi müğənnilərin efirlərə çıxı
Xəbər verdiyimiz kimi, bu gün Şamaxıda 4.7 və 3.3 bal gücündə olmaqla i
Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən,
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri növbəti konsert proqr
Ginnesin Rekordlar Kitabına düşən Lənkəran sakinin dənizdə meyiti tapıl
