Sloveniya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 20 Fev 2026 16:36:00 75 0
Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: İlham Əliyevin sosial şəbəkə hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib
Son.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Sloveniya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar səmimi təbriklərimi, Azərbaycan xalqına davamlı uğurlar, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.
Son üç onillikdə Sloveniya və Azərbaycan arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı hörmətə, etimada və əməkdaşlıqla bağlı ortaq öhdəliyə əsaslanan dostluq münasibətlərinin və konstruktiv əlaqələrin inkişaf etdiyini bildirməkdən böyük məmnunluq duyuram. Əminəm ki, ölkələrimizin əlaqələri qarşılıqlı maraq doğuran sahələrdə, xüsusilə də iqtisadiyyat, enerji təhlükəsizliyi, yeni texnologiyaların inkişafı istiqamətlərində uğurla dərinləşəcək və genişlənəcək, xalqlarımız arasında dostluq münasibətləri möhkəmlənəcəkdir.
Beynəlxalq sülhü və təhlükəsizliyi təşviq etmək, davamlı inkişafı dəstəkləmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq istiqamətlərində birgə səylərimiz qlobal problemlərin kollektiv fəaliyyətlə həllinə sadiq olduğumuzu nümayiş etdirir. Biz qarşılıqlı anlaşmanın, sabitliyin və sülhün təşviqi üçün beynəlxalq təşkilatlar çərçivəsində birlikdə işləməyə davam edəcəyik.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, şübhəlilər di
Ordubad şəhərində yerləşən 43 və 45 saylı binaların əsaslı təmiri i
Müğənni Mətanət Əsədova səhhətində yaranan ciddi problemlə bağlı a�
Azərbaycan Milli İncəsənət Muzeyində "Elçin Şamillinin yaradıcıl�
Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı səsləndirdiyi söz
İftara başlamazdan əvvəl orqanizmi ilıq su və bir-iki xurma ilə hazırlam
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Yolçu
VTB (Azərbaycan) fərdi sahibkarlar üçün AniPay vasitəsilə QR‑kodla öd�
Fransa Prezidenti Emmanuel Makronun mayın 4-də Ermənistana ikigünlük səfə
Xocavənd şəhərinə və Xocavənd kəndinə qayədan ailələrə evlərinin a
Meyxanaçı Samirə qızı Fərəh Samirəqızının saxlanılması ilə bağl
Tele-aparıcı Rövşanə Ağasəfqızı ilə müğənni Mehriban Qəmbərova ar
Azərbaycanın dünyada artan nüfuzu, ABŞ kimi supergüclə bərabər sülh v�
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağl
Milli Məclisin 2026-cı il yaz sessiyasının növbəti plenar iclasının tari
