Prezident İlham Əliyev Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb


Siyasət 11 Fev 2026 11:01:00 157 0

Prezident İlham Əliyev Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

Son.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı - İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur.

Sizin keçən il Azərbaycana həm rəsmi, həm də işgüzar səfərləriniz dövlətlərarası münasibətlərimizin tarixində yeni səhifə açaraq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına təkan vermişdir.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişlənir və yeni məzmunla zənginləşir. Müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının səmərəli fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar yaradır.

İnanıram ki, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-İran əlaqələri və əməkdaşlığı dost və qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Azərbaycanda orta aylıq maaş 1100 manatı keçdi like
  • 11 Fev 11:00  
Digərləri Azərbaycanda orta aylıq maaş 1100 manatı keçdi

2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalı�

arrow Ətraflı
Dünyada qanuni, Azərbaycanda qanunsuz – Niyə bu sahədə işləmək qadağandır? like
  • 11 Fev 10:56  
Digərləri Dünyada qanuni, Azərbaycanda qanunsuz – Niyə bu sahədə işləmək qadağandır?

Dünyada özəl xəfiyyə (private investigator) fəaliyyəti real praktikadır

arrow Ətraflı
Güllələnən müəllimdən yeni XƏBƏR VAR like
  • 11 Fev 10:44  
Digərləri Güllələnən müəllimdən yeni XƏBƏR VAR

Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən mü�

arrow Ətraflı
Gözləri qurudurmuş  Hamıda var  Oftalmoloq AÇIQLADI like
  • 11 Fev 10:40  
Digərləri Gözləri qurudurmuş Hamıda var Oftalmoloq AÇIQLADI

Son illər smartfonlardan istifadə gündəlik həyatın ayrılmaz hissəsinə �

arrow Ətraflı
Bakıda bacısını bıçaqlayan tələbə qıza hökm oxundu like
  • 11 Fev 10:39  
Digərləri Bakıda bacısını bıçaqlayan tələbə qıza hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər

arrow Ətraflı
The Washington Post çökdü: 300 iş yeri ixtisar edildi, institut statusu itdi like
  • 11 Fev 10:35  
Dünya The Washington Post çökdü: 300 iş yeri ixtisar edildi, institut statusu itdi

2026-cı ilin fevral ayının ilk ongünlüyündə The Washington Post redaksiya

arrow Ətraflı
Ölüm öncəsi bir çoxları eyni sözləri eşidir: ən çox səslənən son ifadə hansıdır? like
  • 11 Fev 10:32  
Digərləri Ölüm öncəsi bir çoxları eyni sözləri eşidir: ən çox səslənən son ifadə hansıdır?

Bir çox insan dünyasını dəyişərkən həkimlərin onların öldüyünü e

arrow Ətraflı
Üç bürc üçün həyat asanlaşacaq like
  • 11 Fev 10:30  
Digərləri Üç bürc üçün həyat asanlaşacaq

Astroloqların fikrincə, 2026-cı ilin fevral ayı bir çox insan üçün dön�

arrow Ətraflı
Nəsibə Zeynalovanın geyimlərində EFİRƏ ÇIXDI like
  • 11 Fev 10:30  
Şou-biznes Nəsibə Zeynalovanın geyimlərində EFİRƏ ÇIXDI

Aktrisa Sonaxanım Əliyeva mərhum Xalq artisti Nəsibə Zeynalovaya aid səhn�

arrow Ətraflı
Qarın hündürlüyü 50 sma ÇATDI  FAKTİKİ HAVA like
  • 11 Fev 10:24  
Digərləri Qarın hündürlüyü 50 sma ÇATDI FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

arrow Ətraflı
Fevralın 10da polis ölkə üzrə 58 cinayəti açıb like
  • 11 Fev 10:20  
Digərləri Fevralın 10da polis ölkə üzrə 58 cinayəti açıb

Fevralın 10-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən b

arrow Ətraflı
Amerika Birləşmiş Ştatlarının Vitseprezidenti Cey. Di. Vens Şəhidlər xiyabanını ziyarət edib like
  • 11 Fev 10:18  
Siyasət Amerika Birləşmiş Ştatlarının Vitseprezidenti Cey. Di. Vens Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-preziden

arrow Ətraflı
LaçınŞuşa yolunda möhtəşəm görüntü: qar üstündə qaçan cüyürlər like
  • 11 Fev 10:15  
Digərləri LaçınŞuşa yolunda möhtəşəm görüntü: qar üstündə qaçan cüyürlər

Əsrarəngiz təbiəti ilə gözoxşayan Laçında daha bir maraqlı görüntü

arrow Ətraflı
Kanadada orta məktəbdə silahlı hücum  10 ölü, 25 yaralı like
  • 11 Fev 10:09  
Dünya Kanadada orta məktəbdə silahlı hücum 10 ölü, 25 yaralı

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tamblır Ric şəhərində yerlə

arrow Ətraflı