Nizami Əhmədov kabinetində yaralandı 1000 manat
Kriminal 12 Yan 2026 17:26:00 63 0
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov kabinetində tavanın uçması nəticəsində xəsarət alıb.
Bu xəbəri də oxu: Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti möhtəşəm konserti baş tutdu FOTO
Son.az xəbər verir ki, hadisə 3 noyabr 2025-ci il tarixində gimnaziyanın inzibati binasının 1-ci mərtəbəsində, direktorun iş otağında baş verib.
Nizami Əhmədov otağında olarkən tavan qoparaq üzərinə düşüb. Nəticədə məktəb direktoru baş, boyun və əl nahiyələrindən ciddi xəsarətlər alıb. Eyni zamanda, otaqda olan gimnaziyanın fiziki tərbiyə müəllimi İ.Ə.-də yaralanıb.
Hər iki şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə nəticəsində otağa da ciddi maddi ziyan dəyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti hadisəyə görə Nizami Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə protokol yazıb və direktor 1000 manat cərimə edilib. Buna səbəb isə məktəb rəhbərliyinin hadisə ilə bağlı müvafiq qurumlara məlumat verməməsi olub.
Direktor məhkəməyə müraciət edərək, nazirlik tərəfindən tətbiq olunan protokolun ləğv edilməsini tələb edib. O bildirib ki, hadisə ilə bağlı təcili tibbi yardıma və Daxili İşlər Nazirliyinə dərhal məlumat verilib. Müvafiq qərarla nazirliyin direktor barəsində protokolu ləğv olunub. / "Qaynarinfo"
Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları t
Şəkidə dava bir nəfərin ölümü ilə bitdi.
Bu gün tələbənin vəfat etdiyi Sənaye və Texnologiyalar üzrə Gəncə D
Müğənni Şəbnəm Tovuzlu təmtəraqlı ad günündən 173 min manat pul yı�
Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili 5 il müddətinə azadl
Dünya birjalarında gümüşün qiymətində yeni rekord göstərici qeydə al�
Azərbaycanda yanvarın 13-ü axşamdan 14-ü axşamadək qeyri-sabit hava şər
İstanbul Baş Prokurorluğunun apardığı məşhurları hədəf alan narkotik
Reper Ramil Nabran verdiyi açıqlama ilə gündəmə gəlib.
Bərdə rayonunun Mirzəcəfərli kəndində fəaliyyət göstərən, Elnur Sale
2023-cü ilin sentyabrında Kəlbəcərdə hərbçi yoldaşı tərəfindən qət
Bakıda və Abşeron yarımadasında bir sıra evlərin və binaların məcburi
Yanvarın 10-u saat 15 radələrində aeroport şosesində yol-nəqliyyat hadis�
Azərbaycanda çobanlar böyük yeyinti cinayətində ittiham olunur.
