Astronomlar qalaktikanın mərkəzində ulduzsuz planet aşkar etdilər
Dünya 02 Yan 2026 09:37:00 58 0
Astronomlar Süd Yolu qalaktikasının mərkəzi hissəsində Saturn ölçülərinə yaxın olan qeyri-adi bir səma cismi aşkar ediblər. Söhbət heç bir ulduza bağlı olmayan və kosmosda sərbəst hərəkət edən "didərgin planet"dən gedir.
Bu xəbəri də oxu: 2026cı ili birlikdə qarşıladılar
Son.az xəbər verir ki, bu kəşf "Science" elmi jurnalında dərc olunan araşdırmada əksini tapıb. Bildirilir ki, aşkarlanan obyekt Yerdən təxminən 9,9 min işıq ili uzaqlıqda, Oxatan bürcü istiqamətində yerləşir. Tədqiqat göstərib ki, böyük ölçülü planetlər nadir hallarda formalaşdıqları ulduz sistemlərindən qoparaq kosmosa atıla bilirlər.
Kəşf Varşava Universitetinin Rəsədxanasının direktoru Ancey Udalskinin rəhbərlik etdiyi alimlər qrupu tərəfindən "OGLE" layihəsi çərçivəsində həyata keçirilib. Araşdırma zamanı alimlər gözlə görünməyən yaxın obyektlərin yaratdığı qravitasiya mikrolinzası effektlərini müşahidə ediblər.
Nəticədə eyni vaxtda bir neçə zəif işıqlı və çox soyuq səma cismi qeydə alınıb. Astronomiyada bu cür obyektlər adətən "didərgin planetlər" adlandırılır. Lakin onların dəqiq mənşəyi hələ də mübahisəlidir.
Hollivud aktyoru Tommi Li Consun qızı Viktoriya Kaliforniyada yerləşən hote
Dırnaq yemə (onixofagiya) çox vaxt xroniki və idarəolunmaz bir vərdiş kim
Tədqiqatçılar Amazon meşələrinin hazırda hipertropik vəziyyətə daxil o
Qış mövsümünün gəlməsi ilə birlikdə geyimlə yanaşı, baş geyimləri
Dünyanın bir çox şəhərləri yalnız tarixi və memarlığı ilə deyil, h�
Berqamot çay kimi tanınsa da, əslində, onun sitrus bitkisi olduğundan çoxl
Bu məhsullar qan damarları, saç və dəri üçün faydalıdır, gəncliyi və
Tənəffüs yolları infeksiyalarının artdığı bu günlərdə bağırsaq sa�
Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlum olduğu kimi, bu il bütün növ pensiyalar artırılması nəzərdə tut
2025-ci ilin yanvar-oktyabr aylarında Gürcüstanın armud idxalı artıb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
