Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib FOTO
Siyasət 01 Yan 2026 15:35:00 73 0
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Yeni il ilə əlaqədar rəsmi "Instagram" səhifəsində paylaşım edib.
Son.az xəbər verir ki, paylaşımda deyilir:
"Əziz həmvətənlərim, bacı-qardaşlarım!
Yeni 2026-cı ilin ilk günündə hər birinizə möhkəm cansağlığı, uğur və rifah arzulayıram. Qoy bu il ümidlərinizi doğrultsun, ürəyinizdəki bütün arzularınızı həyata keçirsin.
Hər birimizin yaşı bir il də artdı və inanıram ki, daha müdrik olduq. Qoy bu müdriklik bizə ən tutqun günlərdə belə işığı görməyə kömək etsin. Qoy qəlblərimizdə mərhəmət daha çox olsun. Qoy sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün.
Çünki təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və həmin köklərdən yeni ağaclar - yeni xeyirxah əməllər və yaxşı işlər boy atır. Mərhəmət və xeyirxahlıq bizi daha güclü, daha yaxşı insanlara çevirir.
Qoy yeni ildə bizi yaxşılığa inam, bir-birimizə hörmət və doğma Vətənimiz qarşısında məsuliyyət hissi birləşdirsin. Qoy Uca Tanrı hər birinizi və hamımızı birlikdə qorusun, bizi bəlalardan saxlasın, xalqımıza sülh, həmrəylik və mənəvi güc bəxş etsin.
Qoy Allah mərhəmətini ailələrimizdən, övladlarımızdan və xalqımızdan əsirgəməsin, qəlblərimiz işığa, şəfqətə və sevgiyə açıq olsun.
Yeni iliniz mübarək - ümidlə, inamla və sevgi ilə,
Sizin MEHRİBAN".
Bakının mərkəzi küçələrindən birində baş vermiş yol nəqliyyat hadis
Bizi birtərəfli güzəştlərə getməkdə ittiham edirlər. Həqiqət isə on
İsrailin Baş nazir Benyamin Netanyahu və həyat yoldaşı Sara ABŞ Prezident
Xəbər verdiyimiz kimi, müğənnilər Vəfa Şərifova ilə Afət Fərmanqız�
Türkiyənin tekstil və geyim sektoru son 30 ilin ən ağır iqtisadi böhran d
Amerikalı aktyor Corc Kluni həyat yoldaşı Amal və iki övladı ilə birlikd
Avropada insan sağlamlığı və ətraf mühit üçün risk yaradan, ağır kim
Türkiyənin yaşayan musiqi əfsanəsi İbrahim Tatlısəsin son görüntüsü
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi
ABŞ Prezidenti Donald Tramp və ailəsinin sərvəti bir il yarımdan az müdd�
Ötən gecə Suriyanın şimal-qərbində, Hələbin Bab əl-Fərəc rayonunda t
İki növ yanacağın bahalaşması fonunda bəzi avtomobillərin qiymətlərind
Aktrisa Pərvin Abiyevan sərvət dəyərində olan bağ evindən görüntü ya
