Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq SƏRƏNCAM
Siyasət 30 Dek 2025 16:13:00 64 0
Əcəmi Naxçıvaninin 900 illiyi qeyd ediləcək.
Bu xəbəri də oxu: Vardanyanın məhkəməsi təxirə salınıb
Son.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, 2026-cı ildə Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi tamam olur:
"Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkardır. Onun fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olmuşdur. Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişinin aydın təzahürlərindəndir. Naxçıvan şəhərindəki ehtişamlı abidələrdən Əcəmi dühasının məhsulu olan Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi İslam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilən, misilsiz gözəlliyə malik ölməz sənət inciləridir. Əcəminin parlaq irsi məktəb rolunu oynamış, sonrakı əsrlərdə də Azərbaycan və Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərmişdir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə keçirilmişdir. Qüdrətli memarın 900 illiyinin UNESCO çərçivəsində qeyd olunan yubileylər siyahısına daxil edilməsi bütövlükdə Azərbaycan xalqının çoxəsrlik mədəniyyətinin zənginliklərinin beynəlxalq miqyasda daha geniş tanıdılmasında mühüm addımdır".
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan memarlığının görkəmli siması Əcəmi Naxçıvaninin 900 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Həsən Zeynalov "Vətənə xidmətə görə" ordeni ilə təltif edil
Azərbaycan ilə Türkiyə arasında arasında peşə təhsili sahəsində əlav
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bay
Tədqiqatçılar 100 yaşdan yuxarı fərdlər üzərində apardıqları araşd�
Gələn ilin yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına
Son illərdə onlayn alış-verişin geniş yayılması bir çox üstünlüklər
Bəzi məhsullarına idxal zamanı tətbiq edilən gömrük rüsumu və aksiz d�
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsi başa çatdı
"Android Authority" 2025-ci ilin ən pis Android smartfon istehsalçı
Şərq Bazarında Psixoloji Mərkəz Soulmind tərəfindən təşkil olunan inkl
"Elektroenergetika haqqında" və 2026-cı il 1 yanvar tarixindən qü
Aİ-92 markalı benzinin qiyməti 5 qəpik bahalaşıb.
Tehranda Milad əşyaları satan mağazalarda, xüsusilə "Santa Klaus"
"Bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəf
