Gəncə Dövlət Filarmoniyasının "Həmrəyliyin rəngləri" adlı sərgi açılıb FOTO
Kriminal 26 Dek 2025 14:25:00 86 0
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən regionlarda həyata keçirilən səyyar sərgilər layihəsi uğurla davam edir.
Bu xəbəri də oxu: Almaniyada azərbaycanlı kuratorluqla “Tənhalıq Dövründə İnsan və Təbiət” sərgisi keçirildi FOTO
Layihə çərçivəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində "Həmrəyliyin rəngləri" adlı sərgi açılıb. Sərgi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunub. Sərginin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev çıxış edərək qarşıdan gələn həmrəylik bayramı ilə bağlı təbriklərini çatdırıb, sərginin əhəmiyyətini vurğulayıblar.
Sonra sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, sərginin ekspozisiyası iki əsas istiqaməti əhatə edir. Fotoqrafiya üzrə ekspozisiyada Azərbaycan Fotoqraflar Birliyinin üzvü olan peşəkar fotoqrafların əsərləri təqdim edilir. Fotolarda azərbaycançılıq ideyasının əsasını təşkil edən birlik, həmrəylik, xalqımızın multikultural və tolerant dəyərləri, həmçinin torpağa bağlılıq və milli qürur hissləri tərənnüm olunur.
Sərginin rəngkarlıq bölməsində isə rəssamların birlik və həmrəyliyi əks etdirən əsərləri yer alıb.
Tədbirin bədii hissəsində Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri geniş konsert proqramı təqdim edib.
Sərgi və konsert proqramı ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Türkiyənin Radio və Televiziya Qurumu (RTÜK) "Aşkın Gücü" adl�
1 yanvar 2026-cı il tarixindən etibarən Gürcüstana daxil olan bütün xaric
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
2025-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində
Dekabrın 26-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən
Bakı şəhərində yerləşən qadın mağazalarından birində oğurluq hadis�
Gəncə şəhərində yerləşən "ASAN Xidmət" mərkəzində xuliqan
Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyah
Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqə
Meyxanaçı Balaəli Maştağalı yeni dünyaya gələn oğul övladı ilə bağ
Kürdəmir Rayon Məhkəməsinin sədri Marif Kazımov vəfat edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılmas�
ABŞ-ın Luiziana ştatında yerləşən "Fibrebond" şirkətinin 1,7
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "
