Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva internat tipli xüsusi ümumtəhsil məktəbində olublar
Siyasət 24 Dek 2025 22:17:00 82 0
Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
Son.az xəbər verir ki, qonaqlar məktəbdə təşkil olunan Yeni il tədbirində iştirak ediblər.
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva burada təhsil alan şagirdlərlə görüşərək onları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər.
Qonaqlar şagirdlərin çıxışlarını və rəqslərini izləyib, onların ifasında şeir və musiqi parçalarını dinləyiblər.
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva daha sonra uşaqlarla söhbət edib və şəkillər çəkdiriblər.
Qeyd edək ki, gözdən əlil uşaqlar üçün internat məktəbi 1961-ci ildə inşa edilib. Məktəb 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib, yeni sinif otaqları, kompüter zalı yaradılıb və müasir avadanlıqla təchiz olunub.
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt
Qroznı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
Rəng psixologiyası fərdləri intellekt səviyyəsinə görə təsnif etməsə
Meyxanaçı Vüqar Əbdülov qatıldığı "Rəngarəng" verilişində
Həqiqətən müdrik bir partnyor olduğunuzun əlamətləri çox vaxt sözlərl
Müğənni Samirə ƏliMəryəm ilk dəfə qızı ilə obyekltiv qarşısına ke
Sumqayıt şəhərində min abonentin qaz təchizatında fasilə yaranacaq.
Aktrisa Zarina Qurbanova evliliklə bağlı sualları cavablayıb.
Samir Əliyev Azərbaycanın ən gənc şəhididir. O, 9 iyun 1977-ci ildə Cəb
"O, şeirləri ilə kimin ağzını tikir? Guya şair olub. Şeir yazmağı
Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliy
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyii yanında Dövlət Dəniz və Lima
Dekabrın 23-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İl
