Dezinformasiya fonunda türk dövlətlərinin dayanıqlı kommunikasiya sisteminə ehtiyacı var Baku Network direktoru


Siyasət 19 Dek 2025 12:05:00 69 0

Dezinformasiya fonunda türk dövlətlərinin dayanıqlı kommunikasiya sisteminə ehtiyacı var  Baku Network direktoru

Türk dövlətlərinin dezinformasiya qarşısında dayanıqlı kommunikasiya sisteminə ehtiyacı var.

Son.az xəbər verir ki, bunu Baku Network Analitik Mərkəzinin direktoru, Trend beynəlxalq informasiya agentliyinin direktor müavini, analitik və ekspert Elçin Ağacanov Ankarada keçirilən Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu çərçivəsində "TRT Avaz" telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, dezinformasiya bu gün təkcə media problemi deyil, həm də dövlətlərə və cəmiyyətlərə qarşı siyasi, ideoloji və psixoloji təzyiqin tamhüquqlu alətinə çevrilib.

Onun sözlərinə görə, müasir dezinformasiya kampaniyaları sistemli xarakter daşıyır və milli təhlükəsizliyin sarsıdılmasına, ictimai rəyin təhrifinə və regional sabitliyin pozulmasına yönəlib.

"İnformasiya məkanı artıq neytral mühit olmaqdan çıxıb. O, yalançı narrativlərin, manipulyasiyaların və faktların saxtalaşdırılmasının hibrid strategiyaların elementi kimi istifadə edildiyi məqsədyönlü qarşıdurma arenasına çevrilib. Belə şəraitdə türk dövlətlərinin epizodik informasiya mübadiləsinə deyil, qurulmuş, dayanıqlı və institusional cəhətdən möhkəmləndirilmiş kommunikativ əməkdaşlıq sisteminə ehtiyacı var", - deyə Elçin Ağacanov vurğulayıb.

O qeyd edib ki, türk dövlətlərinin vahid kommunikasiya ekosisteminin formalaşdırılması informasiya təhdidlərinin qiymətləndirilməsinə dair razılaşdırılmış yanaşmalara, birgə analitik mexanizmlərin inkişafına, eləcə də dövlət və qeyri-dövlət aktorlarının fəaliyyətinin əlaqələndirilməsinə əsaslanmalıdır.

Onun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizə sahəsində - operativ məlumatların və qabaqcıl təcrübələrin mübadiləsindən tutmuş birgə təhsil və tədqiqat layihələrinin həyata keçirilməsinədək - institusional əməkdaşlığa xüsusi diqqət yetirilməlidir.

Qeyd edək ki, forumda informasiya siyasətinə məsul olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, KİV rəhbərləri və ekspertləri, strateji kommunikasiyalar üzrə mütəxəssislər, eləcə də akademik ictimaiyyətin və analitik mərkəzlərin nümayəndələri iştirak edirlər.

Tədbirin əsas məqsədi türk dövlətləri arasında səmərəli qarşılıqlı fəaliyyət platformasının formalaşdırılması və müasir hibrid informasiya mühiti şəraitində dezinformasiya təhdidlərinə qarşı institusional əməkdaşlığın gücləndirilməsidir.

Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə, ictimai şüurun formalaşmasına və regional sabitliyə təsiri, həmçinin rəqəmsal mühitdə birgə fəaliyyətin praktik mexanizmləri müzakirə olunur.

Forum Türk Dövlətləri Təşkilatının informasiya sahəsində 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq keçirilir və dezinformasiyaya qarşı mübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə, beynəlxalq yayımın inkişafı və yeni nəsil jurnalistikanın formalaşdırılması sahələrində bilik və təcrübə mübadiləsi üçün dayanıqlı platformaya çevrilməsi nəzərdə tutulur.

Forum iştirakçıları Ankarada işlənib hazırlanmış yanaşma və tövsiyələrin türk dövlətlərinin informasiya suverenliyinin möhkəmləndirilməsinə və müasir informasiya çağırışları qarşısında onların kollektiv dayanıqlığının artırılmasına töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.

Dabaq xəstəliyi kənd süd satışına necə təsir etdi?  AÇIQLAMA like
  • 19 Dek 12:00  
Digərləri Dabaq xəstəliyi kənd süd satışına necə təsir etdi? AÇIQLAMA

Mal qara arasında yayılan dabaq xəstəliyi süd məhsullarının satışına

arrow Ətraflı
Mələk Zeynalovanın həbs müddəti 2 il artırıldı  Cəzasını ciddi rejimdə çəkəcək like
  • 19 Dek 11:55  
Kriminal Mələk Zeynalovanın həbs müddəti 2 il artırıldı Cəzasını ciddi rejimdə çəkəcək

Bakı Apellyasiya Məhkəməsində xüsusilə külli miqdarda dələduzluqda tə

arrow Ətraflı
Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib like
  • 19 Dek 11:50  
Digərləri Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib

Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib.

arrow Ətraflı
Terapevtdən elektron siqaretlə bağlı XƏBƏRDARLIQ like
  • 19 Dek 11:45  
Digərləri Terapevtdən elektron siqaretlə bağlı XƏBƏRDARLIQ

"Elektron siqaretə münasibətdə cəmiyyətdə yanlış bir təsəvvür f

arrow Ətraflı
Roza 130.000 tamaşaçı üçün konsert verdi like
  • 19 Dek 11:42  
Şou-biznes Roza 130.000 tamaşaçı üçün konsert verdi

Müğənni Roza Zərgərli paylaşımı ilə diqqət mərkəzinə düşüb.

arrow Ətraflı
Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı like
  • 19 Dek 11:33  
Digərləri Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı

Dekabrda 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizind�

arrow Ətraflı
Ağdamda minaya düşən traktor...  VİDEO like
  • 19 Dek 11:29  
Digərləri Ağdamda minaya düşən traktor... VİDEO

Ötən gün Ağdamın Çəmənli kəndində minaya düşən traktorçu Məmmədo

arrow Ətraflı
Əfqanıstanda güclü zəlzələ oldu like
  • 19 Dek 11:23  
Dünya Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanın Bağlan əyalətində 5,6 bal gücündə zəlzələ olub.

arrow Ətraflı
"Başı batmışla yanvarda ailə qurdum, həyatımın ƏN PİS GÜNÜ idi" like
  • 19 Dek 11:18  
Şou-biznes "Başı batmışla yanvarda ailə qurdum, həyatımın ƏN PİS GÜNÜ idi"

Müğənni Mənzurə Musayeva həyatının ən ağır günləri ilə bağlı sə

arrow Ətraflı
Fərid Mansurov maşını əks istiqamətdə saxladı like
  • 19 Dek 11:15  
Digərləri Fərid Mansurov maşını əks istiqamətdə saxladı

Olimpiya çempionu, Azərbaycan İdman Akademiyasının rektorunun müşaviri F�

arrow Ətraflı
“LG” və “Samsung” televizorları bizi izləyir?   Məhkəməyə verildi like
  • 19 Dek 10:58  
Digərləri “LG” və “Samsung” televizorları bizi izləyir? Məhkəməyə verildi

ABŞ-nin Texas ştatının baş prokuroru Ken Paxton beş iri "ağıllı&qu

arrow Ətraflı
Fatih Ürek komaya düşdü like
  • 19 Dek 10:52  
Şou-biznes Fatih Ürek komaya düşdü

Təxminən iki aydır reanimasiyada olan məşhur sənətçi  Fatih Üreklə ba

arrow Ətraflı
Restoranlarda ƏDV "oyunu": müştəri ödəyir, dövlət görmür like
  • 19 Dek 10:46  
Digərləri Restoranlarda ƏDV "oyunu": müştəri ödəyir, dövlət görmür

Çekdə görünən 18 faiz: bu pul hara gedir? - Kafe və restoranlarda ƏDV "oy

arrow Ətraflı
Sərbəst buraxılan Danladan ilk açıqlama: "Elə bil evlərində qonaq etdilər" like
  • 19 Dek 10:37  
Şou-biznes Sərbəst buraxılan Danladan ilk açıqlama: "Elə bil evlərində qonaq etdilər"

Narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan sosial

arrow Ətraflı