Xalq artisti Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib FOTO


Kriminal 16 Dek 2025 22:01:00 91 0

Xalq artisti  Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib  FOTO

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti,  Prezident təqaüdçüsü,  "Şöhrət" ordenli sənətkar,  Beynəlxalq "Qızıl Cəng" və "Humay" mükafatı laureatı, dirijor və pedaqoq Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib. Tədbirdə dövlət rəsmiləri, incəsənət xadimləri iştirak ediblər. Yubiley gecəsində Milli Məclisin deputatı, Parlamentin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu çıxış edərək Ağaverdi Paşayevin pedaqoq və dirijor kimi mədəniyyətimizə verdiyi töhfələrdən söz açıb. Bildirib ki, 25 il müddətində Dövlət Xalq Çalğı Alətləri Orkestrinə rəhbərlik edən Ağaverdi Paşayev bir dirijor və sənətkar kimi uğurlara imza atmış, sənətdə öz sözünü deməyi bacarmışdır. Tar aləti üzrə təhsil alsa da həyat və fəaliyyətini dirijorluğa həsr edərək uzun illər ərzində çoxsaylı layiqli tələbələr yetişdirib. Bu tələbələrin hər biri hazırda Azərbaycanımızın müxtəlif bölgələrində musiqi kollektivlərinə rəhbərlik edirlər. Mədəniyyət nazirinin müavini Murad Hüseynov nazir Adil Kərimlinin adından yubilyarı təbrik edərək nazirliyin  "Fəxri  Diplomu" və kollektivin təbrik məktubunu təqdim edib. Tədbirdə millət vəkili, İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Elnarə Dadaşova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, Naxçıvan Dövlət Universitetinin prorektoru Nicat Yaqubov çıxış edərək təbrik məktublarını ünvanlayıblar. Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, AMK nəzdində Musiqi Kollecinin təbrik məktubları oxunub.   Gecənin bədii hissəsində Ağaverdi Paşayevin tələbəsi , Əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi ilə  Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiətində  Xalq artistləri Mənsum İbrahimov, Teyyub Aslanov, Azər Zeynalov, Gülyaz və Gülyanaq Məmmədova, Samir Cəfərov, Gülnaz Abdullazadə, Əməkdar artistlər Almaz Orucova, Ramil Qasımov çıxış ediblər. Xalq artisti Ağaverdi Paşayev və Əməkdar artist Sahib Paşazadənin birlikdə çıxışları alqışlarla qarşılanıb. Yubiley gecəsi Ağaverdi Paşayevin dirijorluğu ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının Xoru (xormeyster- Əməkdar artist Naala Barateliya) və Ramil Qasımovun ifasında Müslüm Maqomayevin "Odlar yurdu" əsəri ilə başa çatıb. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az


Xəbərə aid fotolar

“Musiqi terapiyası: Səsin toxunuşu” adlı konsert baş tutdu  FOTO like
  • 16 Dek 21:45  
Kriminal “Musiqi terapiyası: Səsin toxunuşu” adlı konsert baş tutdu FOTO

Kamera və Orqan Musiqisi Zalında abonement konsertləri çərçivəsində təq

arrow Ətraflı
Mais Bərxudarovun yeni görüntüsü – like
  • 16 Dek 21:30  
Digərləri Mais Bərxudarovun yeni görüntüsü –

Azərbaycan müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü, Vətən mü

arrow Ətraflı
"Buna görə ağlamaq dərəcəsindəyəm" like
  • 16 Dek 21:14  
Şou-biznes "Buna görə ağlamaq dərəcəsindəyəm"

Aktrisa Pərvin Abıyeva tıxaclardan şikayətlənib.

arrow Ətraflı
Gecə oyanmaların səbəbi açıqlandı  Problem əlamətidir? like
  • 16 Dek 21:00  
Digərləri Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

Gecə yuxu zamanı qısa və ani oyanmalar həmişə yuxusuzluq əlaməti sayıl

arrow Ətraflı
Tovuzda toyunun qarşısı alınan 14 yaşlı qız danışdı like
  • 16 Dek 20:50  
Digərləri Tovuzda toyunun qarşısı alınan 14 yaşlı qız danışdı

Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tər�

arrow Ətraflı
"Eurovision 2026"da iştirak edəcək ölkələrin adları açıqlandı like
  • 16 Dek 20:42  
Şou-biznes "Eurovision 2026"da iştirak edəcək ölkələrin adları açıqlandı

2026-cı ildə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində üm

arrow Ətraflı
Ermənistanda hərbi xidmətin müddəti azaldıldı like
  • 16 Dek 20:30  
Digərləri Ermənistanda hərbi xidmətin müddəti azaldıldı

Ermənistan Milli Məclisi məcburi hərbi xidmət müddətinin 6 ay azaldılmas

arrow Ətraflı
Ailəsi 14 yaşlı qızı təhsildən belə yayındırıbmış  Rəsmi like
  • 16 Dek 20:27  
Digərləri Ailəsi 14 yaşlı qızı təhsildən belə yayındırıbmış Rəsmi

Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü, Tovuz ray

arrow Ətraflı
"Mənim və anasının üzünə gülməyən oğul övladının üzünə gülür" like
  • 16 Dek 20:12  
Şou-biznes "Mənim və anasının üzünə gülməyən oğul övladının üzünə gülür"

"Bəziləri yazır ki, 4 il nədir, camaat 10 il övlad yolu gözləyir. M�

arrow Ətraflı
Əzələ ağrısının səbəbi belə tərkibli dərmanlar imiş like
  • 16 Dek 20:00  
Digərləri Əzələ ağrısının səbəbi belə tərkibli dərmanlar imiş

Kolumbiya Universitetinin alimləri aşkar ediblər ki, xolesterini azaltmaq ü�

arrow Ətraflı
Yeni il sehri Milli Auditoriyaya gəlir: “Şelkunçik” baleti səhnədə like
  • 16 Dek 19:53  
Kriminal Yeni il sehri Milli Auditoriyaya gəlir: “Şelkunçik” baleti səhnədə

Yeni il ab-havası Meksikanın paytaxtında yerləşən Milli Auditoriyada yaşa

arrow Ətraflı
Silk Way West Airlinesa məxsus Boeing 7478F ilk dəfə Kolumbiyaya eniş edib like
  • 16 Dek 19:48  
Dünya Silk Way West Airlinesa məxsus Boeing 7478F ilk dəfə Kolumbiyaya eniş edib

Tarixdə ilk dəfə olaraq Silk Way West Airlines aviaşirkətinə məxsus Boein

arrow Ətraflı
Ərindən boşanmaq üçün 1,5 milyard təzminat istəyir like
  • 16 Dek 19:30  
Digərləri Ərindən boşanmaq üçün 1,5 milyard təzminat istəyir

Erzincan millət vəkili Mustafa Sarıgülün turizimçi oğlu Ömər Sarıgül

arrow Ətraflı
Vardanyanın məhkəmə istintaqı yekunlaşıb like
  • 16 Dek 19:17  
Siyasət Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı