“Anamın mahnıları ilə tanındı, indi əlaqə saxlamır” FOTO
Şou-biznes 16 Dek 2025 13:00:00 67 0
"Anamın sözlərinə yazılmış mahnıları Şövkət Ələkbərova, Flora Kərimova və s. kimi böyük sənətkarlar ifa edib. Mən onların hər birindən çox razıyam. Çox gözəl də təqdim ediblər. Daha sonra anamın silsilə mahnılarını Tünzalə Ağayeva oxuyub. Tünzalə xanım sənətə yeni gələndə başqa adam idi, indi əsl zəmanə adamı olub. O vaxt anamın sözlərinə mahnı oxuyanda bizimlə əlaqə saxladı, təşəkkür etdi. Biz də öz növbəmizdə ona təşəkkür etdik. Mən də nömrəsini bilirdim, o da tez-tez əlaqə saxlayırdı. Diski gətirib bizə də vermişdi. İndi isə heç bir əlaqə yoxdur. Bir şeir var, deyir ki, "nə qədər ki, aşağı idi hamı onun dostu idi, elə ki, başladı böyüməyə, pilləkənlərlə yuxarı çıxmağa hamını unutdu, sonra aşağı düşəndə heç bir dostunu tapa bilmədi". O pilləkənlə necə yuxarı çıxırsansa, ordan aşağı düşmək də var".
Bu xəbəri də oxu: “Bu, böyük tərbiyəsizlik idi”
Son.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında ilk qadın xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi deyib.
O daha sonra əlavə edib: "Tünzalə Ağayeva anamın 17 şeirinə mahnı bəstələyib. Ona anamın kitabını da vermişəm. Demək olar ki, Tünzalə xanım anamın şeirlərinə yazılan mahnılarla tanınıb. İnsanlardan küsmək lazım deyil. Mən küsmürəm, incimirəm. Zəmanə indi başqa cür olub. İndiki dövrdə insanları geyim, pul, maşın maraqlandırır. Mənim anamı nə qızıl maraqlandırmayıb, nə də pul. Bir makinası var idi, oturub orada yazırdı. Anamın bütün əşyalarını mən Tarix Muzeyinə hədiyyə etmişəm. Özbək şairi anama 50 illik yubileyində bahalı bir vaza göndərmişdi. Bakıdakı zəlzələ zamanı həmin vaza yerə düşüb sındı. Amma həmin şəkil qalmışdı. Onu biz muzeyə verdik. "İstiqlal", "Şöhrət" ordenini Ulu Öndər Heydər Əliyev özü yaxasına taxıb. Bu dövlətin ona olan hörməti, diqqəti idi. Amma o həmişə özünü sadə aparıb. Biz o vaxt "Arşın mal alan"-da deyilən bu sözlər ki, var idi- "mən gedərəm o oğlana, onun pulu çox olsun, pulu çox olsun, dərdi-qəmi az olsun". Bu sözləri o vaxt başa düşmürdük. Üzeyir Hacıbəyov bu zəmanəni görüb yazıb sanki".
Dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağ
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublik
Regionun ən tanınmış və etibarlı avtomobil logistikası şirkətlərindən
"Azərbaycanda toy mədəniyyəti xalqımızın ən gözəl adətlərindən
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiy
Tanınmış aktirisa Mila Alibəyova saxta "plastik cərrah" Ülviyyə
Uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir.
"WhatsApp" mesencerinin "iOS" üçün beta versiyasında &qu
Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil.
Azərbaycanlı məşhur tenor Yusif Eyvazov ötən gün London Kral Balet və Op
Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasın
Dünyaca məşhur müğənni Teylor Svift çıxdığı "Eras" turundan
Canlı efirdə səslənən ifadə müzakirələrə səbəb olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğull
