SSRİnin yaratdığı “Qiyamət günü” stansiyası qəribə mesaj verdi
Dünya 09 Dek 2025 00:31:00 88 0
"Qiyamət günü" radiosu kimi də tanınan qısadalğalı radiostansiya dekabrın 7-də gün ərzində qeyri-adi mesajlar ötürüb.
Bu xəbəri də oxu: 9 il əvvəl hamını məyus etmişdi İndiki halı diqqət çəkdi FOTO
Son.az xəbər verir ki, ənənəvi olaraq mesajlar NJTİ (НЖТИ) kodu ilə verilsə də, bazar günü efir SJAP (ЦЖАП) kodu ilə başlayıb. Bu abreviaturanın mənası və məqsədi məlum deyil, həmçinin nə üçün adi kod əvəzinə istifadə edildiyi də açıqlanmayıb.
Qeyd edilib ki, dekabrın 7-də stansiya nadir hallarda yayımlanan fel formasında bir söz də ötürüb: "zabitıy" (забитый).
Stansiyanın yayımladığı əksər sözlər əsasən isimlərdən ibarətdir. Dekabrın 8-də isə stansiya yenidən adi çağırış kodu olan NJTİ ilə efirə çıxıb və "pereçnitsa" (перечница) söz formasını ötürüb.
Qeyd edək ki, UVB-76 və ya qeyri-rəsmi adı "Qiyamət günü" olan bu qısadalğalı hərbi radiostansiya 1970-ci illərdən yayımdadır. SSRİ tərəfindən yaradılan stansiyanın məqsədi rəsmi olaraq açıqlanmır, amma onun fəaliyyəti silahlı qüvvələrlə əlaqələndirilir. Müntəzəm olaraq, bu radionun efirində müxtəlif söz formalarında şifrəli mesajlar yayımlanır. Sosial şəbəkə istifadəçiləri bu söz formalarını qlobal təhlükəsizlik hadisələri və xüsusi hərbi əməliyyatlarla əlaqələndirirlər.
Stansiya internet və konspiroloji mühitdə efirdə nadir və orijinal söz formalarını yayımlaması ilə də məşhurdur. Müxtəlif vaxtlarda burada "xryukostyaq" (хрюкостяг), "lisoplaş" (лисоплащ), "baksoznak" (баксознак), "qordostix" (гордостих) və "drevostoy" (древостой) kimi sözlər səsləndirilib. (teleqraf) Son.az
Son.az 9 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, güllələnmiş meyiti
Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayı
Londondakı danışıqlar zamanı ABŞ-nin sülh planı 28-dən 20 bəndə endir
2026-cı ildə dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitləri
Türkiyədə geniş istifadə olunan jenşen qida əlavəsi bağlı diqqətçə
Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunda "Lexus" mark
Şairə Nazilə Səfərli Əməkdar artist Könül Kərimovanın onu bloka atdı
Ermənistanın Baş naziri Nikol Paşinyan ictimai əsaslarla yeni müşavirini
Dekabrın 8-də Heydər Əliyev Mərkəzində "İslam dünyasında süni in
Abu Dabidə keçirilən Bridge Media Summiti çərçivəsində ARB 24 telekanal�
Nevroloqlar beynə ən zərərli olan 6 qidanı açıqlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublika
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublika
