"Euronews": Bakı Təhlükəsizlik Forumu konstruktiv dialoq üçün platforma olub VİDEO


Siyasət 01 Okt 2025 17:47:00 69 0

"Euronews": Bakı Təhlükəsizlik Forumu konstruktiv dialoq üçün platforma olub  VİDEO

Şərqlə Qərbi birləşdirən, sülh və diplomatiya tərəfdarı olan bir regionda keçirilən Bakı Təhlükəsizlik Forumu yenidən qlobal təhlükəsizlik haqqında əsas müzakirələrin məkanına çevrilir.

Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Euronews" telekanalının "Bakı Təhlükəsizlik Forumu 2025: terrorizm, kibertəhdidlər və qlobal böhranlar" adlı videosüjetində qeyd edilib.

"Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid, eləcə də risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir", - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev forumu açarkən Azərbaycan Prezidenti İlham Əliyevin müraciətindən sitat gətirib.

Süjetdə qeyd edilir ki, forum 80-dən çox dövlətin nümayəndələrini bir araya gətirib. İştirakçılar təhlükəsizlik sahəsində sərhədlərarası əməkdaşlığın gücləndirilməsi məqsədilə terrorizm, kibercinayətkarlıq, dezinformasiya və humanitar böhranlarla mübarizəni müzakirə ediblər.

"Terrorçular hökumətlərin işini pozmağı, eləcə də dinc insanların həyatını dağıtmağı bacarırlar. Buna İŞİD və ya "Əl-Qaidə"ni nümunə göstərmək olar. Buna görə də bizim dövlətlər olaraq əməkdaşlıq etməyimiz vacibdir. Əks halda, onlar (terrorçular) bizi üstələyə, xaos yaya, heç bir hakimiyyətlə hesablaşmadan dağıda və insanları öldürə bilərlər. Yəni əməkdaşlıq vacib məsələdir. Bu təhdidlərin öhdəsindən gəlməyin başqa yolu yoxdur", - "Euronews" Keniyanın Milli Kəşfiyyat Xidmətinin rəisi Noordin Mohammed Hacinin sözlərini təqdim edib.

Telekanal, həmçinin BMT-nin ilk dəfə forumda təmsil olunduğuna diqqət çəkib. Vurğulanıb ki, bu, praktiki nəticələrə yol açan beynəlxalq dialoqun əhəmiyyətini əks etdirir.

"BMT-nin belə tədbirlərdə iştirakı bizə təhlükəsizlik cəmiyyətinin əsas hissəsi ilə qarşılıqlı əlaqə qurmaq imkanı verir. Bu bizə məlumat əldə etməyə əsaslanan strategiyalar qurmağa kömək edir", - süjetdə BMT-nin Terrorizmlə Mübarizə İdarəsinin (UNOCT) proqram rəhbəri və hüquq-mühafizə məsələləri üzrə müşaviri Nigel Lazarus bildirib.

Bundan əlavə, reportajda qeyd edilib ki, forum Azərbaycan və Ermənistan kimi münaqişələrə cəlb olunmuş ölkələr arasında konstruktiv dialoq üçün platforma olub.

"Əgər siz oturub danışa bilmirsinizsə, qarşılaşdığımız bir çox problemləri, təhlükəsizliyin çoxsaylı çağırışlarını həll edə bilməzsiniz. İstər Rusiyanın Ukrayna ilə müharibəsi olsun, istərsə də Qəzzada, Sudanda və Afrikanın digər ölkələrində baş verən hadisələr olsun, belə olan halda öhdəsindən gələ bilməzsiniz. Yalnız dialoq və belə platformalar vasitəsilə həll yolu tapmaq mümkündür. Beləliklə, biz təcrübələr əldə edirik və dünyanın qarşısında duran problemlərin daha yaxşı həlli yollarını bir-birimizdən öyrənirik", - Keniyanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri bildirib.

Öz növbəsində, Argentinanın Kəşfiyyat Xidmətinin direktoru Kolombo Alexandro vurğulayıb ki, Bakı Təhlükəsizlik Forumunun keçirildiyi üç gün ərzində bir çox ölkələrlə görüşlər keçirilib və "adətən illərin tələb olunduğu" nəticələr əldə edilib. Əvvəllər bu qədər geniş təmasların olmadığı ölkələrlə də əlaqələr möhkəmlənib.

"Geosiyasi gərginlikdən, təhlükəsizlik prioritetləri və çoxtərəflilik haqqında yenilənmiş müzakirələrdən praktikaya qədər danışıqlar müasir qlobal təhlükəsizlik çağırışlarının təxirəsalınmazlığını və mürəkkəbliyini əks etdirirdi", - "Euronews" bildirib.

Xankəndi məktəbinin direktoru vəzifəsindən azad edildi like
  • 01 Okt 17:42  
Digərləri Xankəndi məktəbinin direktoru vəzifəsindən azad edildi

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direk

arrow Ətraflı
Bu universitetin dosenti vəfat etdi like
  • 01 Okt 17:35  
Digərləri Bu universitetin dosenti vəfat etdi

Gəncədə Azərbaycan Texnologiya Universitetinin (AzTU) müəllimi Nüsrət Ə

arrow Ətraflı
Selena Qomezin əri onun soyadını götürdü like
  • 01 Okt 17:18  
Şou-biznes Selena Qomezin əri onun soyadını götürdü

Amerikalı müğənni-aktrisa Selena Qomez ötən gün musiqi prodüseri Benni B

arrow Ətraflı
Soyuq suyla çimdi, infarkt oldu  22 yaşlı tələbənin faciəvi sonu like
  • 01 Okt 17:09  
Digərləri Soyuq suyla çimdi, infarkt oldu 22 yaşlı tələbənin faciəvi sonu

Osmaniyədə universitetdə tibb bacılığı fakültəsinin son kurs tələbə

arrow Ətraflı
Güllünün ölümü ilə bağlı daha bir GÖRÜNTÜ like
  • 01 Okt 17:04  
Şou-biznes Güllünün ölümü ilə bağlı daha bir GÖRÜNTÜ

Türkiyədə 6-cı mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dü

arrow Ətraflı
Efirdə göz yaşları "sel oldu" like
  • 01 Okt 16:51  
Şou-biznes Efirdə göz yaşları "sel oldu"

Mətanət Əliverdiyeva aparıcısı olduğu verilişdə kövrək anlar yaşayı

arrow Ətraflı
Reanimasiyaya yerləşdirilən xalq artistinin vəziyyəti necədir? like
  • 01 Okt 16:42  
Kriminal Reanimasiyaya yerləşdirilən xalq artistinin vəziyyəti necədir?

Xalq artisti Ramiz Quliyevin vəziyyətində müsbət dinamika davam edərsə, s

arrow Ətraflı
Bakıda maşını sevisə verdi, detallarını dəyişdilər  "Ford Club" servisdən ŞİKAYƏT like
  • 01 Okt 16:41  
Digərləri Bakıda maşını sevisə verdi, detallarını dəyişdilər "Ford Club" servisdən ŞİKAYƏT

Son.az xəbər verir ki, şikayətçi iddia edir ki, 2017-ci il istehsalı olan

arrow Ətraflı
Meteohəssas insanlar üçün sabahın PROQNOZU like
  • 01 Okt 16:35  
Digərləri Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Oktyabrın 2-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
“Analizə 600 manat ödədim, qəbz istəyəndə mənə güldülər...” like
  • 01 Okt 16:17  
Digərləri “Analizə 600 manat ödədim, qəbz istəyəndə mənə güldülər...”

"Naxçıvanda quduzluğu təyin etmək üçün aparılan analizin qiyməti

arrow Ətraflı
Evakuator üzərində olan avtomobillə birlikdə aşdı like
  • 01 Okt 16:10  
Digərləri Evakuator üzərində olan avtomobillə birlikdə aşdı

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Ləmbəranski bu qurumda müşavir oldu like
  • 01 Okt 16:06  
Digərləri Ləmbəranski bu qurumda müşavir oldu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İ

arrow Ətraflı
Bakının bu ərazisində evlərdə tarakanlar gəzir  Qurumlar nə deyir? like
  • 01 Okt 16:00  
Digərləri Bakının bu ərazisində evlərdə tarakanlar gəzir Qurumlar nə deyir?

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsinin Savalan yaşayış massivind

arrow Ətraflı
“Xatirə olacaq səhnələr” adlı sərgisi açılacaq like
  • 01 Okt 15:48  
Kriminal “Xatirə olacaq səhnələr” adlı sərgisi açılacaq

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Radio və Televiziya

arrow Ətraflı