Rusiyadan açıqlama: Azərbaycanla razılığa gəldik!
Siyasət 22 Avq 2025 22:42:00 55 0
Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlib.
Bu xəbəri də oxu: Vladimir Putin Birinci vitseprezident Mehriban Əliyevanı təbrik edib
Son.az Teleqraf-a istinadən xəbər verir ki, bunu iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həştərxan şəhərində keçirilən 23-cü iclasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Biz gələcək birgə iş üçün istiqamətləri müəyyən etdik. Rusiya-Azərbaycan əlaqələri qarşılıqlı faydalıdır. Prioritetlərimiz arasında regionda nəqliyyat əlaqələrinin inkişafı, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə arxitekturasının gücləndirilməsi, enerji sektorunda əməkdaşlıq, sənaye kooperasiyasının, o cümlədən gəmiqayırma və kənd təsərrüfatının inkişafı, Xəzərdə əməkdaşlıq üzrə birgə iş var", - Rusiya rəsmisi vurğulayıb.
Həmçinin A.Overçuk qeyd edib ki, Moskva və Bakı Xəzər dənizində kruiz gəmiçiliyinin işə salınmasına və regionda turizmin inkişafına kömək etmək barədə razılığa gəlib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanın ilk üç ticarət tərəfdaşı sırasındadır:
"Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10 faizi ölkəmizin payına düşür. Azərbaycan bazarında Rusiya kapitallı 1800-ə yaxın şirkət təmsil olunur".
A.Overçuk əlavə edib ki, Azərbaycan və Rusiya qarşılıqlı ticarətdə milli valyutalara güvənir.
İclasda Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev təmsil edib.
Ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub.

Əməliyyat etdirdi, çılpaq halda yanında rəqs edib paylaşdılar...

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Xəzəryanı öl

ABŞ-də yaşayan aparıcı Günel Musəvini həyat yoldaşı ilə bağlı ünva

Efirdə qardaşı qızını ittiham edən şəxslə bağlı qərar verilib.

Müğənni Aysun İsmayılova bir neçə gün öncə məkanların birində konse

Xəbər verdiyimiz kimi, bu il azərbaycanlı müğənni Əlican Həmidin toyu b

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Mərhum Əməkdar artist Aygün Bəylərin qızı Canan uzun zaman sonra görün

Teleaparıcı Nigar Fərhadın verilişində daha bir gərgin anlar yaşanıb.

Türkiyəli müğənni Ebru Gündeşin həyat yoldaşı Murat Özdemir saxlanıl

Astara Rayon Mərkəzi Xəstəxanasına yeni rəhbər təyin olunub.

"Əvvəlki illərin təcrübəsinə dayanaraq deyə bilərəm ki, ixtisas s

Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qas
