“Narimanfilm” kinostudiyası “Salam” BYFFın dördüncü buraxılışını keçirəcək.
Kriminal 20 Avq 2025 15:42:00 43 0
"Narimanfilm" kinostudiyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi və "PASHA Holding" Şirkətinin baş sponsorluğu ilə 2025-cü il avqustun 25-28 tarixlərində "Salam" BYFF-ın dördüncü buraxılışını keçirəcək.
Festival iştirakçıları olaraq 13-17 yaş arası yeniyetmələr nəzərdə tutulur və bu il "Salam" BYFF-da həm Azərbaycandan, həm də xarici ölkələrdən 400-ə yaxın yeniyetmənin jüri qismində iştirak etməsi gözlənilir.
Festival günlərində müxtəlif ölkələrin istehsalı olan və mötəbər festivallarda iştirak etmiş konkurs proqramın filmlərinin nümayişi, iştirakçılar tərəfindən bu filmlərin müzakirə olunması, dəvət olunmuş rejissor və aktyorlarla görüşlər, eləcə də, film istehsalının əsasları haqqında interaktiv ustad dərslərinin və seminarların keçirilməsi nəzərdə tutulmuşdur. Festivalın son günündə adıçəkilən yeniyetmə-jürilərin səsverməsi nəticəsində müsabiqədə iştirak edən professional filmlər arasında qaliblər müəyyən olunur.
Qeyd etmək istəyirik ki, "Salam" BYFF - nın əsas məqsədi Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, Vətənimizin və digər ölkələrin mədəniyyətlərinin təbliği, gənclərin ümumdünya mənəvi dəyərlərinə uyğun tərbiyə olunması, həmçinin, festivalda keyfiyyətli, professional bədii filmlərin nümayişi sayəsində yeniyetmələrdə yüksək bədii zövqün inkişaf etdirilməsinə zəmin yaradılmasıdır.
Nizami Kino Mərkəzində keçiriləcək 4-cü "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının Açılış Mərasimi 25 avqustda saat 10.00-da baş tutacaq. Açılış Mərasiminin rəsmi hissəsindən sonra Festival Yaponiya istehsalı olan "You are here, you were here" (rej. Kousuke Sakoda) bədii filmi ilə başlanacaq. Filmin nümayişindən sonra Festival iştirakçıları və tamaşaçılar rejissor Kousuke Sakoda ilə görüşərək öz suallarını səsləndirmək və film haqqında fikirləri ilə bölüşmək imkanı əldə edəcəklər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 2 milyon 176 m

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Xəbər verdiyimiz kimi, 4 gün əvvəl Suraxanı rayonu, Aeroport şosesində a

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri

Ermənistan Göyçə gölünün Amerika şirkətlərinə icarəyə verilməsi m�

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Magistratura üzrə boş qalan plan yerlərinə ixtisas seçimin nəticələri �

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, avqustun 20-də Azərbaycan Respu

Rusiyada yanacaq çatışmazlığı qiymətlərin yüksəlməsinə səbəb olub.

2025-ci il avqustun 20-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası

ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova keçmişə aid arxiv şəkillərini

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri

"Bu ilin ilk 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin
