İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir


Siyasət 05 Avq 2025 15:23:00 67 0

İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir

İranın Azərbaycandakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İran vətəndaşları olan məhkumlara münasib şəraitin yaradılması ilə bağlı açıqlamasını müsbət dəyərləndirir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İranın Bakıdakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, iki ölkə münasibətlərində gündəmə gələn məsələlər, o cümlədən vətəndaşlarla bağlı mümkün problemlər lazımi qaydada öz həllini tapa bilər.

"Bu kontekstdə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibinin məhkumlar üçün münasib şəraitin yaradılması, onların tibbi və səhiyyə ehtiyaclarının təmin olunması, ailələri ilə videoəlaqənin yaradılması, eləcə də məhkumların cəza müddətinin qalan hissəsini öz ölkələrində çəkməsi ilə bağlı əməkdaşlıq təkliflərini müsbət dəyərləndirir və bu sahədə əməkdaşlığa hazır olduğumuzu bəyan edirik", - səfirlikdən əlavə olunub.

Qeyd edək ki, bəzi KİV-də Azərbaycanda saxlanılan iranlı məhbusların şəraiti ilə bağlı müxtəlif nigaranlıqlar irəli sürülüb.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İran İslam Respublikasının vətəndaşı olan məhkum və həbs edilmiş şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və həbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq, ailə üzvləri ilə görüşmək və telefonla danışmaq hüquqlarından istifadə edirlər. Bəzi penitensiar müəssisələrdə İran İslam Respublikası vətəndaşı olan məhbuslara ailə üzvləri ilə video görüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb.

"Həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran İslam Respublikasının vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər. Bununla yanaşı, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb.

Yalnız 2025-ci ildə İran İslam Respublikasının Səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrində cəza çəkən 37 nəfər İran İslam Respublikasının vətəndaşları arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İran vətəndaşı ilə 31 iyul tarixində baş tutub. Azərbaycan tərəfinin həmçinin bir sıra İran vətəndaşları ilə bağlı humanistlik nümayiş etdirdiyi İran tərəfinə yaxşı məlumdur. Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 26 may 2025-ci il tarixli Sərəncamı ilə 5 nəfər İran vətəndaşı əfv olunub", - XİN rəsmisi qeyd edib.

Bakıda yayılan xoşagəlməz qoxunun səbəbi nədir? like
  • 05 Avq 15:18  
Digərləri Bakıda yayılan xoşagəlməz qoxunun səbəbi nədir?

Son zamanlarda paytaxtın bəzi ərazilərində yayılan kəskin və xoşagəlm�

arrow Ətraflı
Azərbaycanda qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət necədir? like
  • 05 Avq 15:06  
Digərləri Azərbaycanda qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət necədir?

Ölkədə qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət stabild

arrow Ətraflı
Qanunsuz pensiya alanların NƏZƏRİNƏ: İndiyə qədər aldığınız təqaüdlər... like
  • 05 Avq 15:00  
Digərləri Qanunsuz pensiya alanların NƏZƏRİNƏ: İndiyə qədər aldığınız təqaüdlər...

Türkiyədə Sosial Müdafiə Təşkilatı saxta sığorta yolu ilə qanunsuz ş

arrow Ətraflı
Bu ölkədə ilk dəfə qadınlara maşın sürməyə icazə verildi like
  • 05 Avq 14:53  
Dünya Bu ölkədə ilk dəfə qadınlara maşın sürməyə icazə verildi

Şimali Koreyada qadınların avtomobil sürmək hüququ ilə bağlı tarixi də

arrow Ətraflı
Məşhur psixoloq təmizlikçi çıxdı  Hər seans bu qədər pul alırmış... like
  • 05 Avq 14:40  
Digərləri Məşhur psixoloq təmizlikçi çıxdı Hər seans bu qədər pul alırmış...

Tanınmış türkiyəli psixoloq Abdullah Volkan Uçakın xalça təmizləyicis

arrow Ətraflı
Ağır qəza  ana və 2 yaşlı oğlu öldü like
  • 05 Avq 14:27  
Digərləri Ağır qəza ana və 2 yaşlı oğlu öldü

Avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun

arrow Ətraflı
Sumqayıtda itkin düşən 16 yaşlı qızdan xəbər var like
  • 05 Avq 14:15  
Digərləri Sumqayıtda itkin düşən 16 yaşlı qızdan xəbər var

Sumqayıtda itkin düşən yeniyetmə qız tapılaraq ailəsinə təhvil verilib

arrow Ətraflı
Çimərlikdə kişi əcnəbi qızın yanında oturdu, "qırğın qopdu" like
  • 05 Avq 14:02  
Digərləri Çimərlikdə kişi əcnəbi qızın yanında oturdu, "qırğın qopdu"

Türkiyədə çimərliklərin birində qeydə alınan görüntü diqqət çəki

arrow Ətraflı
Bu ictimai nəqliyyatda gedişhaqqı aşağı düşə bilər like
  • 05 Avq 13:55  
Digərləri Bu ictimai nəqliyyatda gedişhaqqı aşağı düşə bilər

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmiryolu ilə sərnişindaş

arrow Ətraflı
Cennifer Lopez Türkiyədə mağazadan qovuldu like
  • 05 Avq 13:48  
Şou-biznes Cennifer Lopez Türkiyədə mağazadan qovuldu

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez İstanbul Festivalı ç

arrow Ətraflı
ETİHİnin dəstəyi ilə məktəb direktorları Avropa təcrübəsini öyrəniblər  FOTO like
  • 05 Avq 13:40  
Digərləri ETİHİnin dəstəyi ilə məktəb direktorları Avropa təcrübəsini öyrəniblər FOTO

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər v

arrow Ətraflı
Günəşdə güclü partlayış oldu like
  • 05 Avq 13:37  
Dünya Günəşdə güclü partlayış oldu

Avqustda Günəşdə dördüncü partlayış baş verib.

arrow Ətraflı
11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi like
  • 05 Avq 13:29  
Digərləri 11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi

Sumqayıt Apellyasiya Məhkəməsində 11 yaşlı qıza qarşı seksual xarakter

arrow Ətraflı
Yevgeniya Qutsulanın cəzası bilindi like
  • 05 Avq 13:24  
Dünya Yevgeniya Qutsulanın cəzası bilindi

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhb�

arrow Ətraflı