Prezident və Birinci xanım Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar


Siyasət 01 Avq 2025 12:29:00 59 0

Prezident və Birinci xanım Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif İmran oğlu Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

Son.az xəbər verir ki, nekroloqun mətnində deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır.

Əmək fəaliyyətinə hələ tələbə ikən - 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləmiş, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs demiş, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermişdir. O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti formalaşdırmış və bütün fəaliyyəti ərzində muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Məlahətli və zəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətinin vokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətini qazanmışdır.

Arif Babayevin yüksək məharətlə ifa etdiyi "Qarabağ şikəstəsi", "Segah", "Çahargah", "Rast", "Şur", "Bayatı-Şiraz" və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olaraq Azərbaycanın musiqi sərvətləri xəzinəsini daha da zənginləşdirmişdir. Xanəndənin xüsusi zövq və ustalıqla oxuduğu təsniflər və xalq mahnıları Azərbaycanın musiqi mədəniyyəti inciləri sırasında layiqli yer tutur. Arif Babayev uzun illər muğam operalarında əsas partiyaların ifaçısı kimi canlandırdığı yaddaqalan obrazlarla musiqi salnaməmizdə dərin iz qoymuşdur. Onun dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" əsərində yaratdığı Məcnun obrazı opera tariximizdəki ən unudulmaz ifalardandır.

Arif Babayev dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərində və beynəlxalq musiqi festivallarında milli mədəniyyətimizi uğurla təmsil etmiş, çıxışları ilə musiqimizi müxtəlif xalqların nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyət göstərən ustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olmuş, ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəb yaratmışdır. Muğamla bağlı gerçəkləşdirilən layihə və proqramlarda yaxından iştirakı Arif Babayevin ölkədə muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində apardığı səmərəli işlərlə vəhdət təşkil edirdi.

Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət", 2008-ci ildə "İstiqlal" və 2018-ci ildə "Şərəf" ordenləri, 2023-cü ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" və 2025-ci ildə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.

Görkəmli xanəndə, mahir pedaqoq və səmimi insan Arif İmran oğlu Babayevin xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Emin Əmrullayev

Polad Bülbüloğlu

Zeynəb Xanlarova

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov".

Sabah Bakıda 40 dərəcə isti olacaq like
  • 01 Avq 12:25  
Digərləri Sabah Bakıda 40 dərəcə isti olacaq

Avqustun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Sərhədi pozmaq istəyən 2 Əfqanıstan vətəndaşı saxlanıldı like
  • 01 Avq 12:22  
Digərləri Sərhədi pozmaq istəyən 2 Əfqanıstan vətəndaşı saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar.

arrow Ətraflı
Neft silah kimi: Tramp Kremli cəzalandıra biləcəkmi? like
  • 01 Avq 12:11  
Siyasət Neft silah kimi: Tramp Kremli cəzalandıra biləcəkmi?

Amerika yenidən geosiyasi səhnədə dirijor roluna qayıdır və bu dəfə par

arrow Ətraflı
Göygöldə “KOB FEST” sərgisatış yarmarkası keçiriləcək like
  • 01 Avq 12:10  
Digərləri Göygöldə “KOB FEST” sərgisatış yarmarkası keçiriləcək

"KOB FEST" sərgi-satış yarmarkasında məhsul və xidmətlərini t�

arrow Ətraflı
Rusiyada daha bir güclü zəlzələ oldu like
  • 01 Avq 12:06  
Digərləri Rusiyada daha bir güclü zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ olub.

arrow Ətraflı
Bu ölkədə matəm elan olundu like
  • 01 Avq 12:00  
Dünya Bu ölkədə matəm elan olundu

Kiyevdə matəm elan olunub. 

arrow Ətraflı
Bakıda məşhur klubun fəaliyyəti dayandırıldı like
  • 01 Avq 11:56  
Digərləri Bakıda məşhur klubun fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonunda yanğın təhlükəli obyekti

arrow Ətraflı
Arif Bəhərçiyevin cəzası azaldıldı like
  • 01 Avq 11:53  
Digərləri Arif Bəhərçiyevin cəzası azaldıldı

Bakıda kafedə bayram günü 2 nəfəri qətlə yetirməkdə təqsirləndirilə

arrow Ətraflı
"Xalq artisti başıma elə oyun açdı ki..." like
  • 01 Avq 11:45  
Şou-biznes "Xalq artisti başıma elə oyun açdı ki..."

Müğənni Rəqsanə İsmayılova qalmaqallı açıqlamalar verib.

arrow Ətraflı
Valideynlərin uşaqlarına qoymaq istədiyi adlar "Candərd", "Kündə"... like
  • 01 Avq 11:30  
Digərləri Valideynlərin uşaqlarına qoymaq istədiyi adlar "Candərd", "Kündə"...

Ad­ seç­mə mə­sə­lə­si­nə eti­na­sız ya­naş­maq uşaq­la­rı

arrow Ətraflı
Xalq artisti Arif Babayev 1ci Fəxri Xiyabanda dəfn olunacaq like
  • 01 Avq 11:24  
Kriminal Xalq artisti Arif Babayev 1ci Fəxri Xiyabanda dəfn olunacaq

Xalq artisti Arif Babayevlə vida mərasimi bu gün saat 13:00-da Beynəlxalq Mu

arrow Ətraflı
Bu prospektdə təmir işləri aparılacaq  Sürücülərin nəzərinə! like
  • 01 Avq 11:17  
Digərləri Bu prospektdə təmir işləri aparılacaq Sürücülərin nəzərinə!

Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsinin Azadlıq prospekt

arrow Ətraflı
Təcili yardım maşını qəzaya düşdü  Ölən və yaralananlar var like
  • 01 Avq 11:08  
Digərləri Təcili yardım maşını qəzaya düşdü Ölən və yaralananlar var

Hacıqabulda təcili tibbi yardım avtomobili qəzaya düşüb, ölən və yaral

arrow Ətraflı
Ambulans qəzasında ölən şəxs polis əməkdaşı imiş like
  • 01 Avq 11:04  
Digərləri Ambulans qəzasında ölən şəxs polis əməkdaşı imiş

Bu gün səhər saatlarında Hacıqabulda baş vermiş ağır qəzada həyatın�

arrow Ətraflı
İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib like
  • 01 Avq 11:01  
Siyasət İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Karin Keller

arrow Ətraflı