XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı FOTO
Kriminal 30 İyl 2025 09:30:00 79 0
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"nın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb. Gözəl ənənəyə çevrilən festival bu dəfə də musiqisevərlərin diqqətini Qəbələyə cəlb edə bilib. İyulun 24-də başlanan və altı gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Latın Amerikası, Gürcüstan və Litvadan görkəmli musiqiçilər, ifaçılar, tanınmış musiqi kollektivləri iştirak ediblər. Budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalı dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuşdu.
Bu xəbəri də oxu: Məşhur müğənnini əri
Festivalın davam etdiyi günlərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupunun, "Mercadonegro " musiqi qrupunun (Latın Amerikası), Tbilisi Big Band orkestrinin (Gürcüstan), "Ciurlionis" kvartetinin (Litva), həmçinin "Gənclərə dəstək" layihəsi iştirakçılarının, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və "Xarıbülbül" muğam qrupunun iştirakı ilə Xalq artisti Nəzakət Teymurovanın, "Detaşe-Sabah" violinoçular ansamblının, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin, tanınmış musiqiçilərin çıxışlarını izləmək imkanı olub.
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə tamaşaçılara "Viva opera" konsert proqramı təqdim olunub. Konsert görkəmli musiqi xadimləri Vasif Adıgözəlovun 90, Rauf Atakişiyevin 100 illik yubileylərinə həsr olunub. Xalq artisti Yalçın Adıgözəlovun dirilorluğu ilə keçən konsertin birinci hissəsində görkəmli bəstəkar Vasif Adıgözəlovun "Bayram uvertürası", "Piano və orkestr üçün 4 nömrəli konsert", "Qərənfil" romansı, "Çanaqqala 1915" oratoriyasından türkülər və "Bakı haqqında mahnı" səsləndirilib. Solistlər Murad Adıgözəl-zadə (piano), Afaq Abbasova (soprano), Selcan Fermor-Hesketh (soprano) və Əvəz Abdulladır (bariton).
Konsertin ikinci hissəsi Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçib. Solistlər Xalq artisti Yusif Eyvazov (tenor), Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo soprano), Yusif Eyvazov (tenor) və Əvəz Abdullanın (bariton) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin "Traviata" operasından "Brindisi" ifa ediblər.
Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, yumurta israfının

"O vaxt biz Rusiyada aktyorluq fakültəsinə daxil olanda 100-dən çox o�

Fransa hakimiyyəti İsrailin baş naziri Binyamin Netanyahunun vəkili Olivye P

Dünyaca məşhur pop ulduzu Katy Perry, konsert üçün getdiyi Kanadada, ölk�

Yer səthində quraqlıq o həddə çatıb ki, artıq dəniz səviyyəsinin artm

Süni intellekt texnologiyalarının sürətli inkişafı ilə yanaşı, onun t�

İnsanların münasibətlərdə xəyanət etmə ehtimalını müəyyənləşdirm

Azərbaycan Texnologiya Universitetinə yeni prorektor təyin olunub.

Füzuli Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı döyülüb.

Almaniyanın şərqində hərbi təlim uçuşu zamanı helikopter qəzaya uğray

Xalq artisti Məleykə Əsədova müalicə alımaq üçün sanatoriyaya yollanı

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Meyxanaçı qardaşlar Ehtiram və İntiqam Rüstəmovun küsüdüyü haqda xəb

Hazırda ölkəmizdə populyar olan Temunun fırıldağı üzə çıxıb.

Antalya başda olmaqla Aralıq dənizi sahillərində dənizə girən vətənda�
