Şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası təsdiqləndi
Siyasət 21 İyl 2025 14:39:00 64 0
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Bu xəbəri də oxu: Tramp BRİKSi dağıda bilərmi?
Son.az xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir.
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda edilən dəyişikliyə əsasən, hüquqi şəxsin iflas prosesində olması dövlət qeydiyyatına alınmalıdır. Bankların müflisləşmə və iflas prosesində olması "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla dövlət qeydiyyatına alınır.
Hüquqi şəxsdə iflas prosesi məhkəmənin iştirakı olmadan başlandığı halda, borclunun iflas prosesinin başlanması barədə qərarının qəbul olunduğu tarixdən, iflas prosesi məhkəmə qaydasında başlandığı halda isə borclunun ərizəsinin məhkəmə tərəfindən qəbul edildiyi tarixdən və ya kreditorun ərizəsi əsasında borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 15 gündən gec olmayaraq, ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli, iflas prosesinin başlanması barədə borclunun qərarı və yaxud müflis elan olunma barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və möhür təqdim olunmalıdır. Dəyişiklik bu Qanunun 11.3.1-ci və 11.3.1-1-ci maddələrinin tələblərinə zidd olmadıqda, bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə qeydiyyata alınır.
Hüquqi şəxsdə başlamış iflas prosesi onun ləğvi ilə yekunlaşmadıqda, iflas prosesinə xitam verilmə tarixindən 15 gün müddətində müvafiq ərizə, bu prosesə xitam verilməsi barədə qərar və üzərində "iflas prosesində olan" yazılmış möhür təqdim olunmaqla, həmin fakt bu Qanunun 9-2.2-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır.
Hüquqi şəxs müflis olması nəticəsində ləğv edildikdə, əmlak inzibatçısı qurumun ləğv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün müddətində bu Qanunun 16.1-1.1-ci, 16.2.3-cü və 16.2.3-1-ci maddələrində nəzərdə tutulmuş sənədlərlə və bu Qanunun 16.2.4-cü maddəsinə uyğun olaraq, səhmdar cəmiyyətlərinə münasibətdə Azərbaycan Respublikası Mərkəzi Bankının arayışı ilə birlikdə üzərində "iflas prosesində olan" yazılmış möhürü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir. Son.az
Prezident İlham Əliyev "Təhsil haqqında" və "Məktəbəqəd�

İsti dənizlərdə inkişaf edən vibrio bakteriyaları açıq yaralardan daxil

Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaş

SİMA-nın üztanıma texnologiyası qeyri-qanuni taksi fəaliyyətinin qarşıs

Türkiyənin tanınmış müğənnisi Serdar Ortaç səhhəti və şəxsi həyat

Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, reg

İyulun 21-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verə

Prezident İlham Əliyevlə dialoq jurnalistlərdə dərin təəssürat oyatdı.

Dünən aeroport yolu kimi tanınan şosedə ağır yol qəzası baş verib.

Sənədsiz evlərə amnistiyanın tətbiqinə başlanılır. Belə ki, Prezident

Azərbaycanın ən böyük müstəqil xəbər agentliyi olan Trend BİA dünya m

Cəlilabad rayonu ərazisindəki göllərdən birində balıqlar kütləvi şək

Ukrayna Nazirlər Kabineti ötən il yaradılmış Milli Birlik Nazirliyini, Str

Türkiyədən Azərbaycana hənbəlilik dini məzhəbinə dair qadağan olunmuş

Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) uyğunluğun qiymətləndirilməsi sa
