Prezident İlham Əliyev Donald Trampı təbrik edib
Siyasət 04 İyl 2025 11:00:00 89 0
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət veririk. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlığımız sıx tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir.
Məmnunluqla qeyd etmək istərdim ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. Bu sahədə xoş ənənələrə əsaslanan və sağlam təməllər üzərində qurulmuş əməkdaşlığımız hazırda da uğurla davam edir. Azərbaycanın enerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyini yüksək qiymətləndiririk.
Bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır. Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur.
İnanıram ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində dost və tərəfdaş ölkələrimiz arasında əlaqələr və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli genişlənməyə davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Türkiyənin İzmir şəhərində baş vermiş meşə yanğınlarında iki nəf�

18 ildir uşaq sahibi ola bilməyən cütlük süni intellekt sayəsində valid

Əməkdar artist Ruhəngiz Allahverdiyeva açıqlaması ilə diqqət çəkib.

Prezident İlham Əliyev Ağdamdakı "Zəfər şousu"ndan paylaşım e

Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq d

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaş

İyulun əvvəlindən etibarən Bakı bir daha bölgənin siyasi gündəmini öz

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Bu, o sənətçinin sənətinin və zəka səviyyəsinin çöküşüdür”

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları il

Yayda süfrələrin sevilən meyvəsi olan qarpız həm şirin, həm də sərinl

Bu il Bakıda torpaq sahələrinin qiyməti 20 faizə yaxın bahalaşıb.

Yay mövsümündə Azərbaycanda münasib büdcə ilə həm təbiət, həm dəni

Yay aylarının gəlişi ilə özünü göstərməyə başlayan qızmar isti və
