AzərbaycanÖzbəkistan qardaşlığı: Tarixdən müasir əməkdaşlığa


Siyasət 03 İyl 2025 15:31:00 63 0

AzərbaycanÖzbəkistan qardaşlığı: Tarixdən müasir əməkdaşlığa

Özbəkistan və Azərbaycan arasında möhkəm qardaşlıq və dostluq əlaqələri uzun illərdir davamlı olaraq inkişaf edir. Mədəni, tarixi və dini köklərə əsaslanan bu münasibətlər uğurla davam etdirilir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, son illərdə dövlətlərarası əməkdaşlıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib və beynəlxalq arenada mövqelərimizi möhkəmləndirir.

"Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında keçirilən ikitərəfli görüşlər, Dövlətlərarası Şuranın iclası strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin əhəmiyyətini bir daha təsdiqləyir. Qardaşlıq və qarşılıqlı anlaşma mühiti şəraitində aparılan danışıqlarda əməkdaşlığın geniş spektri, birgə plan və layihələr müzakirə olunub", - deyə deputat bildirib.

Sevil Mikayılova əlavə edib ki, Prezident İlham Əliyev və Şavkat Mirziyoyevin arasında baş tutmuş görüş zamanı xüsusilə iqtisadiyyat, təhlükəsizlik və mədəniyyət sahələrində münasibətlərin inkişafı müzakirə olundu. Dövlətlərarası Şuranın iclasında isə əməkdaşlığın geniş spektri üzrə konkret planlar təsdiqləndi.

Qeyd etmək yerinə düşər ki, məhz keçən il Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə iki ölkə münasibətlərində yeni dövrün başlanğıcı qoyulub və beynəlxalq arenada sarsılmaz tərəfdaşlıq kimi tanınıb. Azərbaycan-Özbəkistan artıq iki ildir ki, rəsmi müttəfiqlik statusunu aktiv şəkildə həyata keçirir, qarşılıqlı dəstək və birgə layihələrlə əlaqələrini daha da dərinləşdirir".

Deputat vurğulayıb ki, son illərdə Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin sürətlə inkişafı hər iki ölkəyə strateji dividendlər qazandırıb.

"Azərbaycanla Özbəkistanın ticarət həcmi davamlı olaraq artır. Birgə İnvestisiya Fondları yaradılaraq müxtəlif sektorlarda layihələr həyata keçirilir. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün sərmayə mühitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılır. Həmçinin, yeni investisiya layihələrinin təsdiqlənməsi gözlənilir".

Deputatın sözlərinə görə, Azərbaycan və Özbəkistan şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına böyük önəm verir və bu sahədə sıx əməkdaşlıq edir.

"Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı təmin edən Mərkəzi Asiya regionunda geniş nəqliyyat-logistika infrastrukturu qurulur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli formatda layihələri əlaqələndirir, qonşu ölkələrlə müntəzəm dialoqlar aparır. Orta Dəhliz layihəsinin müxtəlif qolları istismar, tikinti və hazırlıq mərhələsindədir və Azərbaycan nəqliyyat infrastrukturu yüksək həcmdə yükləri qəbul etməyə tam hazırdır.

Kənd təsərrüfatı sahəsində əməkdaşlıq isə hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır, belə ki, Özbəkistan şirkətlərinin bu sahədə zəngin təcrübəsi və peşəkarlığı Azərbaycan üçün böyük resursdur və kənd təsərrüfatı sektorunun inkişafında vacib rol oynayır. Eyni zamanda, Özbəkistanın Qarabağın bərpasına göstərdiyi yardım və dəstək ölkəmiz üçün böyük önəm daşıyır. Bu sahədə Özbəkistan birinci ölkə olmaqla, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal və səylə yardım edir. Sosial və təhsil infrastrukturunun bərpasında isə Özbəkistanın rolu xüsusi qeyd olunmalıdır. Məsələn, Qarabağda tikilmiş ilk məktəb məhz Özbəkistan tərəfindən inşa edilib. Xankəndi şəhərində qurulan tikiş fabriki də xüsusi layihələrdəndir. Bu müəssisə özbək qardaşlarımızın sərmayəsi ilə fəaliyyətə başlayıb və hazırda 200-dən çox yerli sakin burada çalışır".

S.Mikayılova qeyd edib ki, hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvləridir.

"Hər iki ölkə bu platformada qarşılıqlı dəstək verir və türk dünyasının birliyini möhkəmləndirir. Azərbaycan və Özbəkistan TDT çərçivəsində həm regional, həm də beynəlxalq səviyyədə sıx əməkdaşlıq edir, ortaq maraqları müdafiə edir və qardaşlıq münasibətlərini inkişaf etdirir. Bu qardaşlıq həm türk dünyasının birliyinə, həm də bölgədə sabitliyə və inkişafa töhfə verir", - deyə S.Mikayılova fikirini tamamlayıb.

Boşanma zamanı kredit borclarını kim ödəməlidir?  Vəkil AÇIQLADI like
  • 03 İyl 15:30  
Digərləri Boşanma zamanı kredit borclarını kim ödəməlidir? Vəkil AÇIQLADI

Ailə münasibətlərində baş verən dəyişikliklər, xüsusilə boşanma, t�

arrow Ətraflı
81 yaşlı Orhan Gencebaydan sevgi etirafı  FOTO like
  • 03 İyl 15:24  
Şou-biznes 81 yaşlı Orhan Gencebaydan sevgi etirafı FOTO

Məşhur müğənni və aktyor Orhan Gencebay yeni görüntüləri ilə gündəm

arrow Ətraflı
Əfqanıstanın Baş nazirinin müavini Füzuliyə gəlib  FOTO like
  • 03 İyl 15:23  
Siyasət Əfqanıstanın Baş nazirinin müavini Füzuliyə gəlib FOTO

Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkda

arrow Ətraflı
“Amazon”un anbarlarında robotlar üstünlük qazanır like
  • 03 İyl 15:19  
Digərləri “Amazon”un anbarlarında robotlar üstünlük qazanır

"Amazon"un anbarlarında robotların sayı sürətlə artır. 

arrow Ətraflı
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfər gəlib  FOTO like
  • 03 İyl 15:00  
Siyasət Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfər gəlib FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq T

arrow Ətraflı
Ölən direktor Hökümənin bibisi oğlu imiş  FOTO like
  • 03 İyl 14:50  
Digərləri Ölən direktor Hökümənin bibisi oğlu imiş FOTO

Xəbər verdiyimiz kimi, Naxçıvanda məktəb direktoru Adim Yusibov faciəvi �

arrow Ətraflı
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna səfərə gəlib like
  • 03 İyl 14:25  
Siyasət Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna səfərə gəlib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkda�

arrow Ətraflı
Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuli rayonuna gəlib like
  • 03 İyl 14:22  
Siyasət Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuli rayonuna gəlib

Ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ers

arrow Ətraflı
Ermənistan parlamentində qarşıdurma like
  • 03 İyl 14:19  
Digərləri Ermənistan parlamentində qarşıdurma

Ermənistan parlamentində gərginlik yaşanıb.

arrow Ətraflı
Türkiyədə yanğınların qarşısı niyə alına bilinmir? like
  • 03 İyl 14:05  
Digərləri Türkiyədə yanğınların qarşısı niyə alına bilinmir?

Türkiyədə bir neçə gündür ki, davam edən meşə yanğınlarının sönd�

arrow Ətraflı
İlham Əliyev Xankəndidə Rəşid Meredovu qəbul edib like
  • 03 İyl 13:57  
Siyasət İlham Əliyev Xankəndidə Rəşid Meredovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndid�

arrow Ətraflı
İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub  FOTO like
  • 03 İyl 13:54  
Siyasət İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndid�

arrow Ətraflı
İmtahan binalarını DİN mühafizə edəcək like
  • 03 İyl 13:51  
Digərləri İmtahan binalarını DİN mühafizə edəcək

İyulun 6-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə

arrow Ətraflı
Azərbaycanlı şagird Avropa və ABŞın tanınmış universitetlərindən qəbul aldı  FOTO like
  • 03 İyl 13:46  
Digərləri Azərbaycanlı şagird Avropa və ABŞın tanınmış universitetlərindən qəbul aldı FOTO

İB Liseyi №6-nın şagirdi Zeynəb Allahverdiyeva Birləşmiş Krallıq, Avro

arrow Ətraflı