Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların zorakılığa məruz qalmasına dair bəyanat yayıb


Siyasət 30 İyn 2025 22:11:00 82 0

Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların zorakılığa məruz qalmasına dair bəyanat yayıb

Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb.

Son.az xəbər verir ki, bəyanatda deyilir: "Biz - Azərbaycan vətəndaş cəmiyyətinin səsi olaraq, son zamanlar Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasının sistemli xarakter aldığını müşahidə edir, bunu hiddətlə qarşılayırıq.

2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı məhkəmə mühakiməsi olmadan törədilmiş qətl və zorakılıqlar etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və faşizm nümunəsidir.

Faktlar, obyektiv təhlillər və çoxsaylı sübutlar göstərir ki, azərbaycanlılara qarşı bu cür cinayətlər çox vaxt rəsmi Moskvanın ən azı səssiz razılığı ilə sanksiyalaşdırılır.

Azərbaycan Respublikası hər zaman Rusiya ilə mehriban qonşuluq, dostluq və tərəfdaşlıq siyasətinə sadiqliyini nümayiş etdirib. Bu mövqe ölkəmizdə dövlət təhsil müəssisələrində rus bölmələrinin mövcudluğunu saxlaması, Rusiya ilə güclü mədəni əlaqələrin inkişafı, rus məktəbləri, teatrları, mədəniyyət mərkəzlərinin sərbəst fəaliyyəti, Azərbaycanda rus icmasına göstərilən xüsusi diqqət və qayğı, eləcə də qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi ilə təsdiqlənir. Biz Azərbaycanın Rus İcmasının Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləməsini də təqdir edirik.

Biz Azərbaycan dövlətini çağırırıq ki, Rusiya Federasiyası tərəfindən azərbaycanlılara qarşı təhdid, hədə-qorxu və şantaj siyasətinin davam etdiyi indiki şəraitdə bu ölkə ilə bütün sahələrdə əməkdaşlıq və münasibətlər yenidən nəzərdən keçirilsin. Bu baxımdan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərini, o cümlədən konsertləri, festivalları, tamaşaları, sərgiləri ləğv etməsini təqdir edirik.

Ötən ilin sonu Rusiya səmasında vurulmuş AZAL təyyarəsi ilə əlaqədar bu günə qədər də günahkarların müəyyən edilərək mühakimə edilməməsi göstərir ki, Rusiya hakimiyyəti bu dəhşətli cinayətlərin açılmasında maraqlı tərəf deyil. Biz şəffaflıq, ədalət, qarşılıqlı hörmət tələb edirik.

Yekaterinburq şəhərində baş vermiş sonuncu cinayət əməli də yalnız Səfərovlar ailəsini deyil, bütün Azərbaycanı sarsıdır. Hər birimiz özümüzü Səfərovlardan biri hesab edirik".  

"Neçə adama torbatorba pul verdi" like
  • 30 İyn 22:00  
Şou-biznes "Neçə adama torbatorba pul verdi"

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmı�

arrow Ətraflı
Ərdoğan Azərbaycana təşəkkür etdi like
  • 30 İyn 21:58  
Siyasət Ərdoğan Azərbaycana təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş ver

arrow Ətraflı
“Naqillərə aparatların qoşulmasının düzgün olmadığını izah etmişdim” like
  • 30 İyn 21:39  
Digərləri “Naqillərə aparatların qoşulmasının düzgün olmadığını izah etmişdim”

"Respublika Perinatal Mərkəzi"ində 7 körpənin öldüyü yanğınl

arrow Ətraflı
"Vəziyyət o həddə çatdı ki, mən "istefa" verdim"  Məhkəmə like
  • 30 İyn 21:28  
Siyasət "Vəziyyət o həddə çatdı ki, mən "istefa" verdim" Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Yekaterinburqda qətlə yetirilən azərbaycalıların nəşi yaxınlarına təhvil verildi like
  • 30 İyn 21:07  
Digərləri Yekaterinburqda qətlə yetirilən azərbaycalıların nəşi yaxınlarına təhvil verildi

21:07 Yekaterinburqda amansızlıqla qətlə yetirilən qardaşların meyiti

arrow Ətraflı
Şampununuza cəmi 3 damcı əlavə edin  Saçınız 7 gün təmiz qalacaq like
  • 30 İyn 21:00  
Digərləri Şampununuza cəmi 3 damcı əlavə edin Saçınız 7 gün təmiz qalacaq

Bu sadə üsul başınızı daha az yumağa imkan verir, vaxta qənaət edir və

arrow Ətraflı
Bakı Piano Festivalı 2025də dünya şöhrətli pianoçu və bəstəkar Mayk del Ferronun konserti olub – like
  • 30 İyn 20:48  
Kriminal Bakı Piano Festivalı 2025də dünya şöhrətli pianoçu və bəstəkar Mayk del Ferronun konserti olub –

Bakı Piano Festivalı 2025-də dünya şöhrətli pianoçu və bəstəkar Mayk

arrow Ətraflı
Yenidən eskpertiza olacaq like
  • 30 İyn 20:30  
Digərləri Yenidən eskpertiza olacaq

Rusiyada qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların nəşi yenidə

arrow Ətraflı
Rusiyada öldürülən qardaşların dəfn yeri açıqlandı like
  • 30 İyn 20:26  
Digərləri Rusiyada öldürülən qardaşların dəfn yeri açıqlandı

Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən

arrow Ətraflı
İnsanbeyin interfeysi reallığa çevrildi – "Neuralink"dən uğurlu nəticələr like
  • 30 İyn 20:17  
Digərləri İnsanbeyin interfeysi reallığa çevrildi – "Neuralink"dən uğurlu nəticələr

İlon Maskın neyrotexnologiya şirkəti "Neuralink" tərəfindən bu

arrow Ətraflı
Bakıda ticarət mərkəzindən bahalı saat oğurlandı like
  • 30 İyn 20:13  
Kriminal Bakıda ticarət mərkəzindən bahalı saat oğurlandı

Bakının Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkələrinin birin

arrow Ətraflı
"Küçədə o xanımla məni çəkib TikToka qoydu" like
  • 30 İyn 20:00  
Şou-biznes "Küçədə o xanımla məni çəkib TikToka qoydu"

Aparıcı Elgiz Əkbər maraqlı açıqlama verib.

arrow Ətraflı
Kriştiano Ronaldo: "Məşqçi olmağı düşünmürəm" like
  • 30 İyn 19:48  
Dünya Kriştiano Ronaldo: "Məşqçi olmağı düşünmürəm"

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" kl

arrow Ətraflı
“Evli vaxtlarım ən ağır dövrüm idi” like
  • 30 İyn 19:33  
Şou-biznes “Evli vaxtlarım ən ağır dövrüm idi”

İnfluenser Aynişan Quliyeva keçmiş evliliyi ilə bağlı açıqlama verib.

arrow Ətraflı
PTXnin rəisi təyin olunan Fərid Əsgərov kimdir?  Dosye like
  • 30 İyn 19:16  
Digərləri PTXnin rəisi təyin olunan Fərid Əsgərov kimdir? Dosye

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə

arrow Ətraflı