Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi
Şou-biznes 29 İyn 2025 19:31:00 68 0
"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi".
Bu xəbəri də oxu: "Məni çarmıxa çəksələr, yandırsalar da yalan danışmaram"
Bunu əməkdar artist Dilarə Əliyeva jurnalistlərə açıqlamasında qardaşı, aktyor Vüsal Murtuzəliyevin səhhətindən danışarkən deyib.
Aktrisa qeyd edib ki, qardaşına beyin anevrizması diaqnozu qoyulub: "Bu, neyrocərrahların ən çox çəkinərək qarşılaşdıqları xəstəliklərdən biridir.
Çünki bu xəstəlikdə biri-birindən xəbərsiz 4 faza olur. Tibbi müdaxilələrə baxmayaraq "vazospazm" deyilən bir dövr var.
Xəstə bu dövrə gecikirsə, artıq yalnız Allaha dua etmək qalır. Bizim üçün ən kritik dövr 72 saat idi. Çox şükür ki, bu mərhələni də keçdik. İndi qarşıda daha 21 günlük ciddi nəzarət tələb olunan dövrümüz var. Qardaşımın təzyiqini daim nəzarətdə saxlamaq lazımdır".
Dilarə Əliyeva anevrizma xəstəliyinin müalicə xərclərinin yüksək olmasından danışaraq aidiyyəti quruma da müraciət edib: "Vüsalın başına gələnlərdən sonra mənə çoxlu zəng və mesajlar gəldi. Məlum oldu ki, anevrizmadan əziyyət çəkən çox insan var, lakin çoxu maddi səbəbdən müalicə oluna bilmir. Bu əməliyyat kifayət qədər bahalıdır. Təkcə istifadə edilən bir kanulanın qiyməti 8 min manatdır. Əgər iki kanula istifadə olunursa, bu artıq 16 min manat edir. Üstəlik əlavə xəstəxana xərcləri də var. Bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət edirəm, icbari tibbi sığorta bu xəstəliyin müalicəsini də əhatə etsin. İnsanlar bu bəladan xilas olsunlar və həyatları dəyişsin".
"Çox az zamanımız var idi. Mən hər şeyi bilə-bilə əməliyyata imza atdım. Başqa yolumuz yox idi. Amma dualar və vaxtında edilən müdaxilə sayəsində qardaşım sağlamlığına qovuşdu. Səhiyyə Nazirliyinə, Diaqnostika Mərkəzinə və dəstək olan bütün klinikalara təşəkkür edirəm",-deyə D.Əliyeva bildirib.
O, Vüsal Murtuzəliyevin həyat yoldaşının zəngi ilə vəziyyətdən xəbər tutduğunu bildirib: "Mənə qardaşımın həyat yoldaşı zəng etdi. Gedəndə artıq reanimasiyada idi. Sonra lazımi tədbirlər görüldü".
Qeyd edək ki, aktyor Vüsal Murtuzəliyev bu gün xəstəxanadan evə buraxılıb. O, iyunun 19-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasına yerləşdirilib və dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.
Daha sonra aktyoru Diaqnostika Mərkəzinə gətirilib. Ona anevrizma diaqnozu qoyulub. Damarda anjio (anjioqrafiya) olunub. (teleqraf) Son.az
Son günlər Rusiyada, xüsusilə Yekaterinburqda Azərbaycan və digər türk-m

İyunun 27-də Çeçenistan rəhbəri Ramzan Kadırov 17 yaşlı oğlu Adam Kad�

Yekaterinburqda iyunun 27-də saxlanılan zaman işgəncələrə məruz qalan Ka

Uşağa ad seçmək valideynlərin verdiyi ilk və ən uzunmüddətli qərarlard

Adıyamanda məşhur türkü ifaçısı Kahtalı Hamidonun oğlu, 52 yaşlı Sin

Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi sə

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əm�

Azərbaycanda nazirə ağır itki üz verib.

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddar

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə o

"SpaceX"in Texas ştatının cənubunda keçirdiyi uğursuz raket test

"Məni çarmıxa çəksələr, yandırsalar belə, yalan danışmaram"

Yeni bir araşdırmaya görə, Günəş sisteminə təsadüfi şəkildə yaxınl

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuni

"DREAM FEST 2025" beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək
