İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib FOTO


Siyasət 27 İyn 2025 11:32:00 76 0

İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafanın etimadnaməsini qəbul edib.

Son.az  xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Sudanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatında (BMT), İslam Əməkdaşlıq Təşkilatında (İƏT), Qoşulmama Hərəkatında və digər beynəlxalq təşkilatlarda ölkələrimizin uğurlu əməkdaşlığını vurğuladı.

Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri ilə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Zirvə toplantısı və Antalya Diplomatiya Forumu çərçivəsində görüşlərini, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələri məmnunluqla xatırladı.

Səfir Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana çatdırmağı xahiş etdi.

Səfir Azərbaycanın Sudanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi birliyinə göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirdi. O, iki ölkənin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün Sudan tərəfindən işçi qrupunun yaradıldığını vurğuladı.

Ənəs Eltayeb Elqaylani Mustafa sudanlı tələbələrə ölkəmiz tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlığını bildirərək, bu təqaüdlərinin artırılmasını xahiş etdi.

Üç il sonra ilk ölüm hökmü icra edildi like
  • 27 İyn 11:24  
Dünya Üç il sonra ilk ölüm hökmü icra edildi

Yaponiyada 2022-ci ildən bəri ilk dəfə olaraq ölüm hökmü icra edilib.

arrow Ətraflı
Prezident Polşanın yeni səfirinin etimadnaməsini qəbul etdi  FOTO like
  • 27 İyn 11:17  
Siyasət Prezident Polşanın yeni səfirinin etimadnaməsini qəbul etdi FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Res

arrow Ətraflı
Bir neçə gün əvvəl bombalamışdı, indi 30 milyard yardım edəcək like
  • 27 İyn 10:50  
Dünya Bir neçə gün əvvəl bombalamışdı, indi 30 milyard yardım edəcək

ABŞ İranı masaya qaytarmaq üçün 30 milyard dollarlıq yardım planı hazı

arrow Ətraflı
7 bal gücündə zəlzələ olacaq, hazırlıqlı olun  Professordan xəbərdarlıq like
  • 27 İyn 10:42  
Digərləri 7 bal gücündə zəlzələ olacaq, hazırlıqlı olun Professordan xəbərdarlıq

Sivasın Ulaş rayonunda baş verən 3,9 bal gücündə zəlzələdən sonra tan

arrow Ətraflı
Zelenski Putinin arzusundan DANIŞDI like
  • 27 İyn 10:15  
Dünya Zelenski Putinin arzusundan DANIŞDI

Rusiya Prezidenti Vladimir Putin hələ də Ukrayna və Avropa ölkələrinə t�

arrow Ətraflı
Azərbaycanda “Formula 1” filminin qapalı nümayişi baş tutub  VİDEO  FOTO like
  • 27 İyn 10:10  
Digərləri Azərbaycanda “Formula 1” filminin qapalı nümayişi baş tutub VİDEO FOTO

"Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard&

arrow Ətraflı
“Məni alan cekpot udub, hərtərəfli qızam" like
  • 27 İyn 09:14  
Şou-biznes “Məni alan cekpot udub, hərtərəfli qızam"

"Məni alan heç vaxt aldanmaz, sanki cekpot udub, çünki hərtərəfli q�

arrow Ətraflı
Putin çıxış edərkən, Peskov yuxuladı like
  • 27 İyn 09:04  
Dünya Putin çıxış edərkən, Peskov yuxuladı

Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin çıxışı z

arrow Ətraflı
"Faytonçu" Nazim vəsiyyətini AÇIQLADI: Övladlarına bunları like
  • 27 İyn 08:08  
Şou-biznes "Faytonçu" Nazim vəsiyyətini AÇIQLADI: Övladlarına bunları

"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari açıqla

arrow Ətraflı
İsa peyğəmbərin 12 həvarisindən 1i Bakıda ölüb?  Kilsədən AÇIQLAMA like
  • 27 İyn 07:07  
Digərləri İsa peyğəmbərin 12 həvarisindən 1i Bakıda ölüb? Kilsədən AÇIQLAMA

24 iyun tarixində bütün xristianlar üçün müqəddəs sayılan həvari Bart

arrow Ətraflı
Hər zaman dəbdə olan ən yaxşı like
  • 27 İyn 06:06  
Digərləri Hər zaman dəbdə olan ən yaxşı

Manikürü qadının vizit kartı adlandırmaq olar, çünki səliqəli dırnaql

arrow Ətraflı
"Yoxa çıxan" Afaq Aslan üzə çıxdı: Dubayda belə dincəlir like
  • 27 İyn 05:05  
Şou-biznes "Yoxa çıxan" Afaq Aslan üzə çıxdı: Dubayda belə dincəlir

Model və müğənni Afaq Aslan uzun aradan sonra paylaşımları ilıə diqqət

arrow Ətraflı
Qara istiotun bilmədiyimiz FAYDALARI like
  • 27 İyn 04:04  
Digərləri Qara istiotun bilmədiyimiz FAYDALARI

Biz qara istiotu mətbəxdə adi bir ədviyyat, duzun daimi yoldaşı kimi qəbu

arrow Ətraflı
Azərbaycanlı müğənni hovuz görüntüsünü yaydı  VİDEO like
  • 27 İyn 03:03  
Şou-biznes Azərbaycanlı müğənni hovuz görüntüsünü yaydı VİDEO

Müğənni Sevinc Ağaşirinova paylaşımı ilə diqqət çəkib. Son.az x�

arrow Ətraflı