Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişiklik edib
Siyasət 25 İyn 2025 15:24:00 68 0
Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Azərbaycan Respublikasının QanunuTikinti Məcəlləsində, "İcra haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.
Bu xəbəri də oxu: Hərbi qulluqçuların cinayət işi sadələşdirilmiş qaydada araşdırılacaq
Son.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İcra haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarında dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, meşə fondunda tikinti işlərinin aparılmasının tikinti sahəsində formalaşmış qanunvericiliklə uzalaşdırılması məqsədilə bu sahədə tikinti işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinə, "Ətraf mühitin mühafizəsi haqqında" qanuna, dağ-mədən işlərinin aparılmasının isə "Yerin təki haqqında" qanuna uyğun həyata keçirilməsinə dair müddəa əlavə edilir.
Bundan başqa, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" 30 may 2023-cü il tarixli qanunun icrası və qanunvericilikdə olan normalar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb. Bu qanunla şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq qərarların qəbul edilməsini təmin etmək məqsədi ilə Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin (Sistem) elektron formada təşkil olunması və bu sahədə icraatın (tikintiyə icazə, tikintinin istismarına icazə, texniki şərtlərin verilməsi, məlumatlandırma icraatı çərçivəsində tikilmiş tikinti obyektləri barədə məlumatın təqdim edilməsi və sair) 2024-cü il yanvarın 1-dən həmin Sistem üzərindən elektron qaydada həyata keçirilməsi təsbit və təmin edilib.
Belə ki, Sistemin formalaşdırılmasının, aparılmasının və digər dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyasının, Sistem vasitəsilə müraciətlərin qəbulunun, emalının və cavablandırılmasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən etmək məqsədilə ölkə Prezidentinin 2023-cü il 27 dekabr tarixli fərmanı ilə "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi" təsdiq edilib və müvafiq olaraq 2024-cü il yanvarın 1-dən ("Şəhərsalma Nəzarəti" altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları isə 2026-cı il yanvarın 1-dən) qüvvəyə minib. Elektron sistem rəqəmsal texnologiyalardan istifadə yolu ilə şəhərsalma və tikinti fəaliyyəti sahəsində xidmətlər göstərilməsində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsinə, habelə bu sahədə nəzarətin effektivliyinin artırılmasına xidmət edir.
Qeyd olunan normativ hüquqi sənədlərin qüvvəyə minməsi ilə əlaqədar tikinti sahəsində icraatlar yalnız Sistemdə həyata keçirilir və bütün qərarlar, məlumatlar Sistemdə formalaşır və zəruri məlumatların poçtla göndərilməsinə ehtiyac olmadan şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada verilməsi təmin edilir. Sistem Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya etdiyindən bütün tikinti obyektləri barədə məlumatların heç bir vaxt tələb edilmədən dərhal Sistemin strukturuna daxil olan Tikintilərin Dövlət Reyestrinə ötürülməsi təmin edilir. Eyni zamanda tikintiyə icazə Sistemdə formalaşdığından onların "surəti"nin təqdim edilməsi tələbi də ləğv edilib.
Qanun layihəsində göstərilən qanunlarda dəqiqləşdirmə və uyğunlaşdırma xarakterli düzəlişlər edilir. Buraya məlumatların "sifarişli poçtla göndərilməsi"nə, "sənədlərin surəti"nə dair müddəaların müvafiq qanunlardan çıxarılması, məlumatların Tikintilərin Dövlət Reyestrinə ötürülməsi qaydasını müəyyən edən normalarda texniki xarakterli dəyişikliklərin edilməsi və sair aiddir.
"Wi-Fi" problemləri sizi bezdiribsə, dərhal yeni avadanlıq axtarma

"Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Türkiyədə arvadını bıçaqlamaqda və onunla gizli münasibətdə olan şə

Türkiyəli tanınmış aktyor Ulaş Tuna Astepe 6 illik sevgilisi, rejissor Ca

Xəbər verdiyimiz kimi, türkiyəli sosial media fenomeni Nihal Candan anoreks

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail kəşfiyyatı İranda yerləş

Bölgələrdə bəzi ərazilərə kirayə evlər bahalaşıb, bəzi yerlərdə i

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol

Xəbər verdiyimiz kimi, ötən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsin

26 iyun saat 08:00-dan 29 iyun saat 22:00-dək bir sıra ünvanlarda yol təmir

Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu gün 3-cü dərəcəli &q

Müəllimlərin işə qəbul imtahanı gələn ay olacaq.

Türkiyəli müğənni Kənan Doğulu bir neçə gün əvvəl Bakıya konsert ve
