“Fortepiano üçün ədəbi etüd” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib FOTO
Kriminal 24 İyn 2025 21:33:00 71 0
Landmark Baku-da "Fortepiano üçün ədəbi etüd" ədəbi müsabiqəsinin qaliblərinin ədəbi gecəsi və mükafatlandırma mərasimi keçirilib. Müsabiqə 2025-ci il Bakı Piano Festivalı çərçivəsində keçirilib. Müsabiqənin məqsədi ədəbi əsərdə canlı musiqi obrazı yaratmaq və ədəbiyyatda musiqi mövzusunu populyarlaşdırmaqdır. İştirakçıların işlərini münsiflər heyəti qiymətləndirib: Maksud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aleksandr Xakimov, NG Creators Club-ın direktoru Natiq Əliyev, Bakı Piano Festivalının media üzrə koordinatoru Rüstəm Hüseynov.
Bakı Piano Festivalı 2025 ədəbi müsabiqəsinin qalibləri: I-ci yer Mehdi Əli II-ci yer Lalə Əliyeva-Klıçkova III-cü yer Lenay Seyidəlizadə Tamaşaçı Mükafatı Gülgəz Qurbanova Gecədə hekayə müəllifləri öz fikirlərini bölüşüb, yaradıcılıq prosesindən danışıblar, münsiflər heyəti müsabiqə iştirakçılarının hekayələrindəki ən maraqlı epizodları qeyd edib, qaliblərin seçilmə prosesini və meyarlarını ətraflı təsvir ediblər. Tədbirin iştirakçıları arasında həm yazıçı olmaq istəyənlər, həm də tanınmış yazıçılar var idi. Tədbirdə "Müasir şairlər" ədəbi layihəsinin üzvləri Lalə Həsənova, Günatay Hüseynova, Ləman Həsənova, Ziba Rəsul, Lalə Əliyeva-Klıçkova, Maksim Yelizarov, Məsumə Qasımova, Aliyə Tağıyeva, Olqa Şalayeva, Zivərxanım Məmmədova, Nell Küri, Samirə Şıxıyeva və Bayram Məhərramov öz əsərlərini təqdim ediblər. Müsabiqənin təsisçi Rüstəm Hüseynov builki müsabiqənin maraqlı detallarından danışıb. Onun fikrincə, belə müsabiqələr ədəbi bacarıqların inkişafına təkan verir və təkcə ədəbiyyatsevərlərə deyil, musiqiçilərə də böyük ilham verir. O, müsabiqənin səviyyəsinin xeyli yüksəldiyini və münsiflər heyətinin seçiminin çətin olduğunu qeyd edib. Amma iştirakçı üçün ən önəmlisi yaratmaq istəyidir. Bakı Piano Festivalı 2025 iyunun 28-dək davam edəcək. İki həftə ərzində paytaxt sakinləri və qonaqları müxtəlif janrlı musiqilərin səsləndiyi geniş konsert proqramından həzz alacaqlar. "Bakı Piano Festivalı 2025" çərçivəsində bədii tədbirlər, sərgilər, ədəbi müsabiqə və cem sessiyaları da nəzərdə tutulub. Festivalın xüsusi qüruru gənc istedadların "We are the Future" konsertidir. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az,
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili və ədəbiyyat müəll

Əməkdar artist Nüşabə Ələsgərli illər əvvəl qurmaq istədiyi biznesin

İyunun 25-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

"İsrail razılaşmaya əməl edərsə, atəşkəsə əməl edəcək".

Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən verilən kassasiy

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadı

Müğənni Əlikram Bayramov çətin günlərini yada salıb.

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətl

ABŞ Prezidenti Donald Tramp bu gün İsrail Baş naziri Benyamin Netanyahuya z�

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağır

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji F�

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağır
