Rəsmi Bakıdan Ermənistan XİNə


Siyasət 23 İyn 2025 19:38:00 71 0

Rəsmi Bakıdan Ermənistan XİNə

Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin "İstanbul Bəyannaməsi" və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş qətnamələrlə bağlı 23 iyun 2025-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik.

Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İslam Əməkdaşlıq Təşkilatının İstanbul Xarici İşlər Nazirləri Şurasında qəbul olunmuş qərarlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirərkən deyib.

O bildirib ki, Ermənistanın bu sənədlərin məzmununu təhrif etmək və tarixi faktları saxtalaşdırmaq cəhdi onun sülh prosesinə xələl gətirmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq səylərinin daha bir nümunəsidir.

"İƏT-in qəbul etdiyi qətnamələr, o cümlədən "indiki Ermənistan ərazisindən zorla və sistemli şəkildə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ" adlı qətnamə tarixi faktları əks etdirir və beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanır. Ermənistanın iddialarının əksinə olaraq, azərbaycanlıların indiki Ermənistandan sistemli şəkildə qovulması könüllü deyil, zorakılıq, hədə-qorxu və insan hüquqlarının kobud şəkildə pozulması ilə yadda qalıb. İƏT-in azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməsi Ermənistanın əsassız şəkildə təqdim etdiyi "ərazi iddiası" deyil, ədalətə və onların fundamental hüquqlarının bərpasına çağırışdır.

700 mindən artıq azərbaycanlını köçkün vəziyyətinə salmış və 2023-cü ildə Azərbaycanın suverenliyinin bərpası ilə yekunlaşmış Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təxminən 30 il davam edən qanunsuz işğalı kontekstini nəzərə alaraq, Ermənistanın 2023-cü il antiterror tədbirlərinə dair iddiası da eyni dərəcədə əsassızdır.

İƏT-in Xocalı soyqırımı ilə bağlı Ermənistanın "təhrif olunmuş şərh" kimi rədd etdiyi qətnaməsi 1992-ci ilin fevralında Xocalıda qadın və uşaqlar daxil olmaqla, 613 dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi qəddarlıq barədə danılmaz həqiqəti bir daha təsdiq edir. İnsanlıq əleyhinə bu cinayət beynəlxalq insan haqları təşkilatları tərəfindən sənədləşdirilib və bir çox ölkələr tərəfindən tanınıb. Ermənistanın, bu və digər hərbi cinayətlərə, o cümlədən işğal zamanı Azərbaycanın mədəni irsinin dağıdılmasına görə məsuliyyətini etiraf etməkdən yayınması onun sülh prosesində etibarını daha da sarsıdır", - XİN sözçüsü qeyd edib.

O, vurğulayıb ki, Ermənistanın sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir: "Azərbaycan ardıcıl olaraq, ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında hərtərəfli sülh sazişinin tərəfdarı olduğu halda, Ermənistan dəfələrlə kritik məsələlər üzrə qeyri-konstruktiv mövqe nümayiş etdirməklə tərəqqiyə mane olub:

İƏT-in Ermənistanı gecikmədən sülh sazişinin imzalanmasına maneələri aradan qaldırmağa çağırması beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda davamlı sabitliyi təmin edən həll üzrə gözləntiləri ilə üst-üstə düşür.

Ermənistanın İƏT-in prinsipial mövqeyini siyasiləşdirmək və öz hərəkətlərinə görə məsuliyyətdən yayınmaq cəhdləri Azərbaycanı ədalətli və davamlı sülh əldə etmək səylərindən çəkindirməyəcək. Ermənistanı revizionist ritorikasından əl çəkməyə və tarixi məsuliyyətlərini etiraf etməyə çağırırıq".  

Plastik cərrahlardan xəbərdarlıq: Bu estetik əməliyyatlardan imtina edin! like
  • 23 İyn 19:28  
Digərləri Plastik cərrahlardan xəbərdarlıq: Bu estetik əməliyyatlardan imtina edin!

Aqressiv üz gərmə əməliyyatları ciddi fəsadlara səbəb ola bilər və on

arrow Ətraflı
Paytaxtın daha 3 ünvanında mindiribdüşürmə yerləri yaradılıb like
  • 23 İyn 19:14  
Digərləri Paytaxtın daha 3 ünvanında mindiribdüşürmə yerləri yaradılıb

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürm

arrow Ətraflı
Azad olunmuş ərazilərə indiyədək ayrılan vəsaiti məbləğ açıqlandı like
  • 23 İyn 19:07  
Digərləri Azad olunmuş ərazilərə indiyədək ayrılan vəsaiti məbləğ açıqlandı

Böyük Qayıdışa dair I Dövlət Proqram"ının ümumi icra faizi təqri

arrow Ətraflı
"Yüksəliş"in qalibinə vəzifə verildi like
  • 23 İyn 18:56  
Digərləri "Yüksəliş"in qalibinə vəzifə verildi

"Azərlotereya" ASC-də yeni təyinat olub.

arrow Ətraflı
Əhməd Orucun oğlu vəfat etdi like
  • 23 İyn 18:50  
Digərləri Əhməd Orucun oğlu vəfat etdi

Bir neçə ay əvvəl bağlanan "Azadlıq" partiyasının sədri Əhm�

arrow Ətraflı
Bu ərazilərdə qaz olmayacaq like
  • 23 İyn 18:42  
Digərləri Bu ərazilərdə qaz olmayacaq

Saatlının doqquz kəndində qaz təchizatı dayandırılacaq.

arrow Ətraflı
Bakı Piano Festivalı 2025 Şahin Növrəslinin virtuoz konserti ilə davam edib like
  • 23 İyn 18:28  
Kriminal Bakı Piano Festivalı 2025 Şahin Növrəslinin virtuoz konserti ilə davam edib

Bakı Piano Festivalı 2025 Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslini

arrow Ətraflı
İsrail İranın ballistik raket anbarlarını məhv etdi like
  • 23 İyn 18:18  
Dünya İsrail İranın ballistik raket anbarlarını məhv etdi

İsrail Hərbi Hava Qüvvələrinin (IDF) bu gün səhər saatlarında İrana h�

arrow Ətraflı
KOBİAnın ayırdığı qrant hesabına BDUda “EkoEnerji” məntəqəsi açılıb like
  • 23 İyn 18:03  
Digərləri KOBİAnın ayırdığı qrant hesabına BDUda “EkoEnerji” məntəqəsi açılıb

Günəş və külək enerjisindən istifadə edən "EkoEnerji" məntə

arrow Ətraflı
"Supermen" təmizlikçi zibili havada tutub, sürücüyə qaytardı  "Bir daha atma!" like
  • 23 İyn 18:00  
Digərləri "Supermen" təmizlikçi zibili havada tutub, sürücüyə qaytardı "Bir daha atma!"

Türkiyənin Çorum şəhərində qeyri-adi anlar yaşanıb. Avtomobildən yola

arrow Ətraflı
Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Şah Abbas Namə" tamaşasının premyerası keçirilib  FOTO like
  • 23 İyn 17:54  
Kriminal Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Şah Abbas Namə" tamaşasının premyerası keçirilib FOTO

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iyunun 21-də və 22-

arrow Ətraflı
Amerikanın biznes nümayəndə heyəti Azərbaycana səfər edəcək like
  • 23 İyn 17:50  
Digərləri Amerikanın biznes nümayəndə heyəti Azərbaycana səfər edəcək

ABŞ-Azərbaycan ticarət-sənaye palatası (USACC) , Amerika-Gürcüstan Biznes

arrow Ətraflı
Türkiyədə güclü zəlzələ oldu like
  • 23 İyn 17:37  
Digərləri Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Aralıq dənizi sahillərində zəlzələ baş verib

arrow Ətraflı
"Evin"həbsxanası hücumdan sonra like
  • 23 İyn 17:30  
Dünya "Evin"həbsxanası hücumdan sonra

İsrailin "Evin" həbsxanasına hücumu ilə bağlı İran dövlət te

arrow Ətraflı