İran səmasında gərginlik: İsrailin “Hermes” PUAsı vuruldu
Dünya 23 İyn 2025 10:48:00 68 0
İsrailin Müdafiə Qüvvələri (IDF) hərbi hava qüvvələrinə məxsus "Hermes" tipli pilotsuz uçuş aparatının İranın qərbində, Xorramabad bölgəsində vurulduğunu təsdiqləyib.
Son.az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.
IDF-in rəsmi açıqlamasında bildirilib:
"Əməliyyat zamanı Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı İran ərazisində vurulub. Hazırda hər hansı informasiya sızması və ya təhlükəsizlik riski yoxdur".
Qeyd edək ki, hadisədən öncə İran mediası "Hermes" PUA-sının vurulma anına dair görüntüləri yayımlamışdı.
Xatırladaq ki, 13 iyun səhərində İsrail İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. Zərbələr nəticəsində bir sıra yüksək rütbəli hərbi şəxslər, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, SEPAH-ın baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının rəhbəri Qulaməli Rəşid və altı nüvə alimi həlak olub.
Həmin günün axşam saatlarında İran "Həqiqi Vəd III Əməliyyatı" ilə cavab verərək İsrailin müxtəlif şəhərlərini, o cümlədən Tel-Əvivi yüzlərlə ballistik raket və PUA ilə hədəfə alıb. Hücum nəticəsində mülki itkilər və ciddi dağıntılar qeydə alınıb.
Kənan Son.az
Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı f

ABŞ-də yerləşən şirkət süni mayalanma ilə alınan embrionlar üzərind

ABŞ-də silahlı şəxs kilsəyə daxil olaraq ibadət edənlərə atəş açı

Xəbər verdiyimiz kimi, təhsilverənlərin təkrar sertifikatlaşdırılması

İsti hava ilə birlikdə həyatımıza yeni enerjilər, yeni fürsətlər və s

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictima

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.

Yeni Britaniyanın Papua-Yeni Qvineya adasında 5,3 bal gücündə zəlzələ qe

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher

Malların və xidmətlərin alqı-satqısında beh ödənişindən tez-tez istif

İran parlamentinin Hörmüz boğazının bağlanmasını təsdiqləməsi beynə

Dünyanı sükuta qərq edən bu açıqlama, əslində, bəlkə də, başqa faci

Yay aylarında temperaturun yüksəlməsi ilə bir çox insan sərinlədici dond

"ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
