Prezident İlham Əliyevin islamofobiya ilə bağlı müraciəti BMT sənədi kimi yayılıb
Siyasət 21 İyn 2025 16:42:00 80 0
Prezident İlham Əliyevin islamofobiyaya qarşı mübarizə üzrə beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Bu xəbəri də oxu: Prezident bu rayonun icra başçısını vəzifəsindən azad etdi
Son.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin 26-27 may tarixlərində Bakı şəhərində keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarına müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Müraciət BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi statusunda təşkilatın bütün üzv dövlətlərinə təqdim olunub. Bu fakt Prezident İlham Əliyevin islamofobiya ilə mübarizədə beynəlxalq çağırışlarının, tolerantlıq və multikulturalizm dəyərlərinə verdiyi önəmin dünya miqyasında yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.
Müraciətdə dövlət başçısı islamofobiyanın artmaqda olan təzahürlərinə diqqət çəkib, bu neqativ meylin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, dini dözümsüzlük, ayrı-seçkilik və nifrət çağırışları ilə mübarizə birgə beynəlxalq səylərlə mümkün ola bilər.
BMT səviyyəsində bu müraciətin sənəd kimi tanınması Azərbaycan Respublikasının multikulturalizm və dini həmrəyliyə əsaslanan siyasətinə verilən beynəlxalq dəstəyin daha bir təzahürüdür.
Qeyd edək ki, cari ilin 26-27 may tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub.
İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan elmi konfransın xarici tərəfdaşları sırasında G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu da yer alıb.
Beynəlxalq elmi konfransa 40-a qədər ölkədən 200-ə yaxın iştirakçı - alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb.
Bakıda 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi m

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən klassik bale

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 qadı

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "�

ABŞ Prezidenti Donald Tramp İsraillə gərginlik fonunda Çin tərəfindən İ

Ermənistanın Baş naziri Nikol Paşinyanın İstanbula səfəri və Türkiyə

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəha

Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında

Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzif

ABŞ bir daha vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməy�

"Amazon"un qurucusu Jeff Bezos və Lauren Sanchez iki illik nişandan

"Öyle bir geçer zaman ki" serialının Karolini Vilma Elles yenidən

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

Abşeron rayonunda 16 yaşlı Nəzrin Babayevanın qaçırılması ilə bağlı

Bakı Piano Festivalı 2025-in tamaşaçıları tərəfindən Lela Kaplowitz Jaz
