Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi
Şou-biznes 18 İyn 2025 20:27:00 68 0
Narkotik ittihamı ilə mühakimə edilən şair-tiktoker İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Bu xəbəri də oxu: Ozan Akbaba Bakıda toyda
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfinin son iki şahidindən biri-İlhamənin saxlanılmasında iştirak edən polis əməkdaşı dindirilib.
Şahid ifadəsində demək olar əvvəlki polislərin dediklərini təkrarlayıb. İlhamə isə bir daha ittihamla razılaşmadığını bildirib, həbsinin əsassız olduğunu iddia edib:
"Mən boyda şəxsiyyətin əlinə qandal vurublar. Cəmiyyətə mən lazımam, azadlıqda da mən olmalıyam. Ağır seyid nəvəsiyəm".
İlhamə daha sonra şahidin ifadəsinə şerlə münasibət bildirib. Bu məqamda prosesə sədrlik edən hakim Anar Sadıqov ona xəbərdarlıq edib:
"Bura sizin üçün şeir demək yeri deyil. Biz də şeirə qulaq asmağa yığışmamışıq. Bir də bu hal təkrarlanmasın" deyə, hakim tələb edib.
Proses sonuncu şahidin dindirilməsini təmin etmək üçün təxirə salınıb. Hakimlər məzuniyyətə getdiyindən növbəti iclas avqustda baş tutacaq.
Qeyd edək ki, İ.Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilərsə, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə

"Avroviziya 2024" təmsilçilərimizdən olan Fahree imicində dəyiş

Honda ABŞ-da 259 min avtomobili geri çağırır – təhlükəli əyləc qüsu

"İran danışıqlar üçün bizə müraciət etdi. Ağ Evə gəlmək istə

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı

Sertifikasiya imtahanında daha iki müəllim maksimal 60 bal toplayıb.

Ermənistan teleaparıcı Vladimir Solovyova görə Rusiyaya nota verib.

Azərbaycanda gələn həftə Məhərrəm ayı başlayır.

Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəzanın

Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla,

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidas�

İyunun 18-də Günəşdə ən yüksək X sinfindən olan güclü partlayış ba
