Bakıda "Şah Abbas Namə" tamaşasının premyerası keçiriləcək
Kriminal 13 İyn 2025 12:47:00 71 0
Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Şah Abbas Namə" tamaşasının premyerası keçiriləcək.
Bu xəbəri də oxu: Milli Xalça Muzeyində “Opera Forumu” keçirilib FOTO
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 21, 22 iyun saat 19:00-da yazıçı-dramaturq İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanan "Şah Abbas Namə" adlı tamaşasının premyerası keçiriləcək.
Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünə həsr olunan ikihissəli tarixi dramın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə, rejissor assisentləri Fuad Cavadzadə, Nəsibə Canəliyevadır.
Tamaşada Sənan Kazımlı, Niyaz Qasımov, Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Mətləb Abuşov, Kərəm Hadızadə, Aydın Dəmirov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Manaf Dadaşov, Rəşad Səfərov, Elgün Yəhyayev, Anar Səfiyev, İlhan Sadıqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Ramiq Nəsirov, Tahir İsmayılov, Vüqar Məmmədəliyev, Xaliq Bəkirov, Hilal Dəmirov, Eldar İmanov, Yaşar Heydərli iştirak edirlər.
Dördhissəli tarixi-psixoloji dram "Şah Abbas Namə" tamaşası Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrdə 16 yaşlı Şah Abbasın hakimiyyətə gəlişindən, ölkə sərhədlərini genişləndirmək, ərazi bütövlüyünü qorumaq uğrunda apardığı döyüşlərdən, saraydaxili qanlı toqquşmalardan bəhs edir. Rejissorun bədii baxışı ilə təqdim olanan səhnə əsərində tarixin ən parlaq və ziddiyyətli fiqurlarından olan Şah Abbas ömrünün son günlərində belə hakimiyyətin və ölkənin taleyi naminə soyuqqanlı, amansız qərarlar qəbul etməkdən çəkinmir.
İnformasiya dəstəyi: Trend, Day.Az, Son.az
Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin yağmursuz

Azərbaycan iqtisadiyyatının təməl sütunu olan SOCAR yeni transformasiya m�

Son aylar Gürcüstan həm ölkə daxilində, həm də xaricdə müşahidəçil�

Türkiyənin Sivas vilayətinin Gürün rayonunda 4 bal gücündə zəlzələ qe

Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostik

Xəbər verdiyimiz kimi, Sumqayıtın Nizami küçəsində yerləşən "Par

Türkiyəli aktyor Yezdan Kayacan 34 yaşında dünyasını dəyişib.

Amerikalı proqramçı Robert Caruso, 1.19 MHz prosessorlu və 128 bayt yaddaşa

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndə

Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiyaya

Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfərd

Bu gün səhər saatlarında İordaniyanın hava hücumundan müdafiə sistemlə

Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta mə

İsrail Müdafiə Qüvvələri (SAXAL) 8 saylı əmrə əsasən minlərlə ehtiy
