Prezident TDTnin ailə və sosial siyasət sahəsinə məsul qurum rəhbərləri iclasının iştirakçılarına məktub göndərib


Siyasət 12 İyn 2025 10:37:00 77 0

Prezident TDTnin ailə və sosial siyasət sahəsinə məsul qurum rəhbərləri iclasının iştirakçılarına məktub göndərib

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin "Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər" mövzusunda ikinci iclasının iştirakçılarına məktub ünvanlayıb.

Bu xəbəri də oxu: Prezident fərman imzaladı

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki məktubda deyilir:

"Hörmətli iclas iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin "Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər" mövzusunda Bakı şəhərində keçirilən ikinci iclasının öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.

Zəngin ortaq tarixi-mədəni köklərə malik türk xalqlarının həyatında ailə həmişə sosial nizamın bünövrəsini təşkil etmişdir. Bütün şanlı keçmişimiz boyunca qadınlar həm ailənin mənəvi dayağı olmuş, həm Vətənin müdafiəsini özlərinin müqəddəs vəzifəsi bilmiş, həm də yüksək ictimai mövqelər qazanaraq cəmiyyətin tərəqqisinə töhfə vermişlər. Müştərək əxlaqi sərvətlər xəzinəmizin yaşadılmasında onların müstəsna xidməti vardır.

Hazırkı qlobal çağırışlar dövründə Türk Dövlətləri Təşkilatı miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsi ölkələrimizdə ailə institutunun qorunması və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır, ənənəvi dəyərlərlə uzlaşan dayanıqlı inkişaf və inklüzivlik yolunda yeni imkanlar açır.

Azərbaycan dövləti qadınların hüquqlarının təmin olunması və onların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Ölkəmizdə qadınlar öz mədəni-elmi potensialları ilə ictimai-siyasi proseslərdə yaxından iştirak edir, dövlət qurumlarında layiqincə təmsil olunurlar.

Əminəm ki, iclas zamanı ən aktual məsələlər ətrafında aparacağınız dolğun və səmərəli fikir mübadiləsi birgə hədəflərin müəyyənləşməsi və mühüm platformaların hazırlanması üçün əlverişli zəmin yaradacaqdır".

Xəzər dənizində yeni TƏHLÜKƏ – ilanlar zərərsizdir? like
  • 12 İyn 10:35  
Digərləri Xəzər dənizində yeni TƏHLÜKƏ – ilanlar zərərsizdir?

Artıq yay öz nəfəsini hiss etdirir. Çimərlik mövsümünün açılmasına

arrow Ətraflı
Qəzada yaralanan sürücü xəstəxanada öldü like
  • 12 İyn 10:29  
Digərləri Qəzada yaralanan sürücü xəstəxanada öldü

Mingəçevirdə iyunun 5-də baş vermiş qəzada xəsarət alan sürücü həya

arrow Ətraflı
Bakıda DƏHŞƏT  yerdə uzanan piyadanın üzərindən maşın keçdi like
  • 12 İyn 10:25  
Digərləri Bakıda DƏHŞƏT yerdə uzanan piyadanın üzərindən maşın keçdi

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində piyadavurma ilə nətic

arrow Ətraflı
Dünyaca məşhur aktyor vəfat etdi like
  • 12 İyn 10:19  
Şou-biznes Dünyaca məşhur aktyor vəfat etdi

Tanınmış aktyor 87 yaşlı Harris Yulin Nyu-York şəhərində ürək tutmas�

arrow Ətraflı
"Pərvin bir çox kişilərin xəyalındakı qadındır" like
  • 12 İyn 09:55  
Şou-biznes "Pərvin bir çox kişilərin xəyalındakı qadındır"

Müğənni Nadir Qafarzadə açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
39 nəfər eyni məclisdə zəhərləndi like
  • 12 İyn 09:45  
Digərləri 39 nəfər eyni məclisdə zəhərləndi

Türkiyənin Amasiya şəhərində 39 nəfər ailəvi şənlikdən sonra qida z�

arrow Ətraflı
Tanınmış musiqiçi vəfat etdi like
  • 12 İyn 09:35  
Şou-biznes Tanınmış musiqiçi vəfat etdi

Məşhur "Beach Boys" rok qrupunun yaradıcısı Brayan Uilson 82 yaş

arrow Ətraflı
30 yaşlı kişi dərmandan zəhərlənib öldü like
  • 12 İyn 09:22  
Digərləri 30 yaşlı kişi dərmandan zəhərlənib öldü

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
Dollar bu gün neçəyə satılır?  RƏSMİ like
  • 12 İyn 09:12  
Digərləri Dollar bu gün neçəyə satılır? RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Xocalının daha bir kəndində evlər təmir olunacaq  5,7 milyon manat ayrıldı like
  • 12 İyn 08:48  
Digərləri Xocalının daha bir kəndində evlər təmir olunacaq 5,7 milyon manat ayrıldı

Xocalı rayonunun Xanyurdu kəndində bir sıra fərdi yaşayış evlərinin tə

arrow Ətraflı
Kosmosda yeni dünya var? like
  • 12 İyn 08:08  
Dünya Kosmosda yeni dünya var?

Yer kürəsindən 2400 işıq ili uzaqlıqda yerləşən "Kepler-725c"

arrow Ətraflı
Qan təzyiqini yaxşılaşdırmaq üçün minimum fiziki aktivlik miqdarı açıqlandı like
  • 12 İyn 06:06  
Digərləri Qan təzyiqini yaxşılaşdırmaq üçün minimum fiziki aktivlik miqdarı açıqlandı

Çox sayda insan yüksək qan təzyiqindən əziyyət çəkir və bu vəziyyət

arrow Ətraflı
Ağızdan gələn pis qoxunun səbəbi… like
  • 12 İyn 05:05  
Digərləri Ağızdan gələn pis qoxunun səbəbi…

Ağızdan pis qoxunun gəlməsi əksər insanların üzləşdiyi problemlərdən

arrow Ətraflı
Çirklənmiş kondisionerin TƏHLÜKƏLƏRİ like
  • 12 İyn 04:04  
Digərləri Çirklənmiş kondisionerin TƏHLÜKƏLƏRİ

Yay aylarının vazkeçilməzi olan kondisionerlər düzgün təmizlənmədikdə

arrow Ətraflı