Rumıniya Prezidenti İlham Əliyevi təbrik edib
Siyasət 30 May 2025 19:58:00 94 0
Rumıniyanın Prezidenti Nikuşor Dan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: "Ermənistanın ərazilərimizi minalaması səbəbindən 397 nəfər həlak olub"
Son.az xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizi təbrik edir, xalqınıza firavanlıq və əmin-amanlıq arzulayıram.
Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniyanın strateji, yaxın və etibarlı tərəfdaşıdır. Ölkələrimiz arasındakı sıx əlaqələr möhkəm prinsiplərə və ümumi məqsədlərə əsaslanır. Rumıniya ilə Azərbaycan Respublikası arasında həm ikitərəfli, həm də regional səviyyədə həyata keçirilən çoxsaylı layihələr əməkdaşlığımızın intensivliyini mükəmməl şəkildə əks etdirir.
Mən Rumıniyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha təsdiqləyirəm. Eyni zamanda, Rumıniyanın bütün səviyyələrdə strateji tərəfdaşlığımızı möhkəmləndirməyə və dərinləşdirməyə sadiqliyini bir daha bildirirəm. Tam əminəm ki, davamlı səylərimiz sayəsində Rumıniya ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq enerji, ticarət, təhsil kimi xüsusi əhəmiyyət kəsb edən sahələrdə inkişaf edəcəkdir. Həmçinin Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında konstruktiv və perspektivli əlaqələrin inkişafında fəal iştirakını davam etdirəcəkdir.
Cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edəsiniz". Son.az
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq ol

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviç Azərbaycan Respublikasın

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmi�

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üz

Türkiyədə qalmaqalları hadisələrdə adları hallanan bir küsüb bir barı

"Yeşilçam"ın ulduzu Sezer Güvenirgil sağlamlıq problemləri ilə

Fətəli xan Xoyski küçəsi, "Gənclik Mall"un qarşısı sıxlıq h

Sosial şəbəkələrdə yayılan video böyük qınağa səbəb olub.

Paytaxt sakini olan bir neçə qadın polisə müraciət edərək "TikTok&q

Dəmir yolu nəqliyyatında sərnişin müvafiq qaydada ödəniş etmədən getm

Sumqayıtın Corat bağları adlanan ərazisində kanalizasiya sistemindəki nas

Müəyyən edilmiş müddətdə haqsız reklamı təkzib etməyən rəqəmsal pl
