Çin peykində yeni növ bakteriya aşkarlandı FOTO
Dünya 21 May 2025 12:00:00 52 0
Çin kosmik stansiyasında yeni bakteriya növü aşkarlanıb.
Son.az nypost-a istinadla xəbər verir ki, Çinli alimlər Tiangong Kosmik Stansiyasında "unikal xüsusiyyətlərə" malik yeni bakteriya növü kəşf etdiklərini açıqlayıblar.
Niallia tiangongensis adlandırılan bu bakteriya növü kosmik stansiyanın səthindəki avadanlıqlardan götürülüb və tədqiqatlar onun torpaq, kanalizasiya, qida və insan nəcislərində rast gəlinən "Niallia circulans" bakteriyasına yaxın olduğunu göstərib. Lakin yeni növ, kosmosda yaşamağa uyğunlaşmağa kömək edə biləcək bir neçə mutasiyaya sahibdir.
Pekin Kosmik Gəmilər Sistem Mühəndisliyi İnstitutunun alimləri bildiriblər ki, bu bakteriya qida məhdudiyyətinin olduğu mühitlərdə jelatini parçalayaraq ondan qida mənbəyi kimi istifadə edə bilir.
Həmçinin, bu bakteriyada iki əsas zülalda quruluş və funksional dəyişikliklər müşahidə olunub ki, bu da bakteriyanın biofilm yaratma qabiliyyətini artırmaqla yanaşı, oksidləşdirici stresə və radiasiya zədələnmələrinə qarşı müqavimətini gücləndirə bilər.
Alimlər bu kəşfin, kosmosda həyatın davamlılığı və adaptasiyası ilə bağlı araşdırmalar üçün mühüm addım ola biləcəyini bildiriblər.
Alimlər bildiriblər ki, yerüstü bakteriyadan kosmosda yaranan bu yeni mutasiyalar Niallia tiangongensis bakteriyasını son dərəcə davamlı və kosmos şəraitinə uyğunlaşa bilən hala gətirib.
Bu bakteriya nümunəsi 2023-cü ildə Çin Kosmik Stansiyasının Yaşayış Bölməsi Mikrobiom Proqramı çərçivəsində taikonavtlar tərəfindən toplanıb. Səthlər steril salfetlərlə silinib və bu salfetlər dondurularaq Yerə qaytarılıb, - deyə South China Morning Post yazıb.
Alimlər bu primitiv görünən, lakin effektiv üsulla əldə edilən yeni bakteriya növünün kosmosda həyatla bağlı gələcək tədqiqatlara töhfə verəcəyini bildiriblər.
İsmayıl Son.az
"BakuBus"a məxsus sərnişin avtobusunda insident yaşanıb. Hadisə

Pakistanda məktəb avtobusuna kamikadze hücumu olub.

Tanınmış mərhum aktrisa Münəvvər Kələntərlinin oğlu Əli Məhəmmədo

Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüslər

Dövlət Duması plenar iclasında Moskva və Moskva vilayətində miqrantların

"OBA" marketlər şəbəkəsinin 1 mart - 30 aprel tarixlərini əhat�

Azərbaycan və Türkiyə arasında müttəfiqlik və qardaşlıq münasibətlə

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Vrarfarin DV-nin ölkəyə

Prezident İlham Əliyev "Qərbi Azərbaycana qayıdış insan hüquqların

Axır ki, bu gün oğlumun qatili edam edildi, cəhənnəmə vasil oldu.

Satışda kərə yağı adı ilə təklif olunan məhsulların əksəriyyətinin

Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri

Mayın 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 1560, 1300,

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

"Hadisə baş verən günü Elgünlə mesajlaşmışıq. İnformatika hazı
