Digərləri
2025-07-31 17:50:00
Çinə məxsus beynəlxalq elektron ticarət platforması "Temu" Azərbaycan manatı və bayrağı motivli dəsmalların satışına başlayıb.
2025-07-31 17:40:00
Amerikalı texnologiya şirkəti "OpenAI ChatGPT" çat-botuna tələbələr üçün nəzərdə tutulmuş yeni "tədris rejimi" əlavə edib.
2025-07-31 17:24:00
6 avqust saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
2025-07-31 17:20:00
Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın "SAUR" şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
2025-07-31 17:13:00
Peru hökuməti Rusiyanın Kamçatka bölgəsində baş vermiş güclü zəlzələdən sonra yaranan sunami təhlükəsi ilə əlaqədar bütün limanları müvəqqəti bağlamaq qərarına gəlib. Ölkə prezidentinin administrasiyasından verilən məlumata görə, bu addım yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq şəraitində, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.
2025-07-31 16:38:00
"Sözün bitdiyi an" verilişində şok hadisə yaşanıb. Son.az xəbər verir ki, canlı yayıma zəng edən qadın iddia edib ki, verilişdə haqqında danışılan qadın ana olduqdan sonra ərinə "Qazel" avtobus almaq üçün uşağını satıb. O, dediklərinin sübutu kimi verilişdə olan şəxsi göstərib.
2025-07-31 16:28:00
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi ingilisdilli saytında tanınmış sənətçilərin ad və soyadlarının səhv transliterasiya olunması diqqət çəkib.
2025-07-31 16:17:00
Bəzi insanlar sanki doğulduqları andan etibarən liderliyə uyğundurlar. Astroloqlar digər bürclərə nisbətən daha çox ilhamverici lider, komandalarda hörmətli fiqur və qrupun ruhu ola biləcək beş bürcü müəyyən ediblər.
2025-07-31 15:55:00
Uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış Nazim Ağamirzəyev vəfat edib.
2025-07-31 15:50:00
Hindistanın Karnataka ştatında həkimlər tibb dünyasında önəmli sayılan yeni qan qrupu kəşf ediblər.
2025-07-31 15:41:00
Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
2025-07-31 15:37:00
Azərbaycan Mərkəzi Bankı (AMB) "PulPal" MMC və "Mpay" QSC elektron pul təşkilatlarına icrası məcburi göstəriş verib.
2025-07-31 15:29:00
İyulun 30-da "Apple" "iOS 18.6" əməliyyat sisteminin yeni versiyasını təqdim edib.
2025-07-31 15:18:00
Bulaşdığı rüşvət qalmaqalına görə 2022-ci ildə həbsə salınan, məhkəmə hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən, amma "xərçəng xəstəliyinə tutulduğu üçün" vaxtından əvvəl azadlığa buraxılan Əvəz Zeynallı bu dəfə " bir manatlıq yardım aksiyası" adlı şounun qəhrəmanı kimi diqqət mərkəzinə gəlib. Xalqa müraciət edən "Xural" rəhbəri vətəndaşları onun təşəbbüsü ilə başladılmış 2 kampaniyaya-"bir manatlıq yardım" aksiyasına və "kitab marafonu"na qatılmağa çağırıb. Elan edib ki, hər iki kampaniya çərçivəsində toplandığı vəsaiti müalicəsinə həsr ediləcək, sağ qalması üçün xərcləyəcək.
2025-07-31 15:14:00
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva ilə bağlı mətbuatda və sosial şəbəkələrdə bir sıra iddialar yayılıb.
2025-07-31 14:50:00
Fövqəladə Hallar Nazirliyi (FHN) isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə yenidən müraciət edib.
2025-07-31 14:16:00
Xəbər verdiyimiz kimi, iyunun 29-da saat 21 radələrində 20 yaşlı Könül İbrahimova yaşadığı Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və qazilər üçün inşa edilmiş şəhərcikdəki binanın 8-ci mərtəbəsindən yıxılaraq ölmüşdü.
2025-07-31 14:10:00
Xəbər verdiyimiz kimi, dünən saat 19:30 radələrində Nəsimi rayonu ərazisində - Rəşid Behbudov və Dilarə Əliyeva küçələrinin kəsişməsində minik avtomobili skuterlə hərəkət edən gənc qızı vuraraq öldürüb.
2025-07-31 14:02:00
İstifadəçilərin böyük əksəriyyəti TP-Link, Nokia, Huawei və ZTE markalı modemlərə üstünlük verir. Bu cihazlar əsasən provayderlər tərəfindən təklif edilir və bazarda əlçatanlıq baxımından populyardır.
2025-07-31 13:52:00
ABŞ-li alimlər hesab edir ki, Tesla-nın rəhbəri İlon Maskın siyasi fəaliyyəti elektromobillərə olan marağın azalmasına səbəb olub və bu, bütün sənayeyə mənfi təsir göstərir.
2025-07-31 13:40:00
Dünya müharibəni statistik rəqəmlərlə tanıyır: itkilər, generallar, əməliyyat planları... Amma savaşın əsl simasını bizə göstərənlər - jurnalistlərdir. Onlar dünyanın gözü, xalqın qulağıdır. Qələm və kamera ilə silahlanmış bu insanlar həqiqət uğrunda savaşan səssiz qəhrəmanlardır. Onlar nəinki öz missiyasını yerinə yetirdi, həm də bir millətin ağrısını, qürurunu, mübarizəsini tarixə həkk etdilər.
2025-07-31 13:36:00
Bakının "Sovetski" məhəlləsi kimi tanınan ərazinin söküntüsünə 2013-cü ildən başlanılıb. Ərazidə uzunmüddətli söküntü işləri başa çatdıqdan sonra, 2016-cı ilin avqust ayından etibarən genişmiqyaslı yenidənqurma layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində yeni yolların çəkilməsi, mövcud küçələrin genişləndirilməsi və təmir işləri aparılıb. Eyni zamanda, məhəllənin yaşıllaşdırılması üçün geniş abadlıq işləri görülərək, parklar və yaşıllıq zonaları salınıb.
2025-07-31 13:22:00
Ödənişli ixtisaslara qəbul olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən Təhsil Tələbə Krediti formalaşdırılıb.
2025-07-31 13:14:00
"Zeytun Pharmaceuticals" MMC şirkəti 23 iyul tarixli məktubunda iki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət edib.
2025-07-31 13:05:00
Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.
2025-07-31 13:00:00
"41 dərəcədən çox olan hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən biridir".
2025-07-31 12:51:00
Azərbaycanlı gənc Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.
2025-07-31 12:49:00
Dünyada ən çox istifadə olunan ağrıkəsicilərdən biri olan parasetamolun (asetaminofen) insan psixologiyasına təhlükəli təsirləri aşkarlanıb.
2025-07-31 12:45:00
Bu il peşə təhsil müəssələrində 31 mindən çox plan yeri müəyyənləşib. İyulun 22-sindən başlayan ixtisas seçiminə artıq 19 min vətəndaş qeydə alınıb.
2025-07-31 12:39:00
Respublika Klinik Xəstəxanasının həkimi vəfat edib.