Siyasət
2025-12-08 21:51:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada Devin qəsrində olublar.
2025-12-08 21:37:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada "Azadlıq Qapısı" abidəsini ziyarət ediblər.
2025-12-08 20:43:00
Bakıda keçirilən "İslam dünyasında süni intellekt indeksinin təqdimatı" beynəlxalq konfransı çərçivəsində dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliklə görüşüb.
2025-12-08 20:13:00
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 8-də davam etdirilib.
2025-12-08 19:26:00
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər. Xəbər yenilənəcək Son.az
2025-12-08 19:25:00
Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var.
2025-12-08 19:20:00
Biz bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq öz imkanlarımızı genişləndirəcəyik.
2025-12-08 19:17:00
Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Eyni zamanda, bu gün Şərq ilə Qərb arasındakı müəyyən bir körpü rolunu oynayırıq.
2025-12-08 19:13:00
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. Xəbər yenilənəcək Son.az
2025-12-08 19:12:00
Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olan ölkə olaraq biz birinci yerdəyik.
2025-12-08 19:10:00
Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir.
2025-12-08 19:08:00
Azərbaycan Prezidentinin Slovakiyaya bu səfəri ən yüksək səviyyədə bizim qarşılıqlı marağımızı təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik.
2025-12-08 19:07:00
Səfər zamanı apardığımız danışıqlar onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.
2025-12-08 18:41:00
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü olub. Son.az
2025-12-08 18:16:00
Dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
2025-12-08 17:46:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfərə gedib.
2025-12-08 14:54:00
Azərbaycan ABŞ-dən Qəzzada sülhməramlı missiyada iştirak üçün dəvət alıb.
2025-12-08 14:20:00
Regional ölkələr arasında məsləhətləşmələrin davam etdirilməsini dəstəkləyir.
2025-12-08 11:31:00
Tofiq Bakıxanov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
2025-12-08 11:25:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
2025-12-08 10:41:00
ABŞ, Böyük Britaniya və kontinental Avropanın qlobal səhiyyə sisteminin əsas donorlarından milli büdcə konsolidasiyasına üstünlük verən aktorlara çevrilməsi beynəlxalq yardımın arxitekturasını necə dəyişir, qlobal təhlükəsizlik balansını hansı istiqamətə yönəldir və bizi yenidən pandemiyadan öncəki yüksək ölüm və epidemioloji qeyri-sabitlik dövrünəmi qaytarır?
2025-12-07 14:22:00
Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb.
2025-12-07 13:21:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
2025-12-07 13:05:00
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərinə səfər ediblər.
2025-12-07 09:39:00
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.
2025-12-06 22:25:00
"Kirantsda heç bir insident baş verməyib. Bu divar bizim təhlükəsizliyimizi təmin etmək üçün bir vasitədir".
2025-12-06 22:10:00
Avropa İttifaqı və Ermənistan diplomatiyanın təkcə sülh vasitəsi deyil, bəzən də yeni gərginliklərin mənbəyi ola biləcəyini bölgəyə bir daha "xatırlatmaq" qərarına gəliblər. Dekabrın 2-də imzalanmış "Ermənistan-Aİ Strateji tərəfdaşlıq gündəliyi" adlı 64 səhifəlik sənəd əslində İrəvanın modernləşməsi üçün bir yol xəritəsi kimi nəzərdə tutulmuşdu. Amma sənədin məzmunu elə bir siyasi manifestə çevrilib ki, onun regiondakı kövrək təhlükəsizlik balansını sarsıtmaq riski var. Kağız üzərində bu saziş klassik diplomatik prosedur kimi görünür: iqtisadi islahatlar, demokratik idarəçilik, sektoral əməkdaşlıq və s. Lakin bu "bürokratik" cümlələrin arxasında bölgədəki sülh reallıqlarına zidd gələn və postmünaqişə dövrünün mənzərəsini təhrif edən müddəalar gizlənir. Brüsseldə isə sanki bunu görməməzliyə vurublar. Ən maraqlısı budur ki, Ermənistanla bağlı olan bu sənədin yarısından çoxu Azərbaycan ətrafında qurulub. Üstəlik, bu bölmələrdəki ritorika nə balanslıdır, nə də hüquqi əsaslara söykənir. Sanki Aİ dialoqu təşviq etmək əvəzinə, çoxdan köhnəlmiş, Xankəndidəki işğal rejimi ilə birlikdə tarixə qovuşmuş terminlərə qayıdır. Sənədin ilk səhifələrindən etibarən "Dağlıq Qarabağda müharibədən sonrakı əməliyyatlar və ardınca erməni əhalinin köçürülməsi" kimi ifadələr işlədilir. Bu, sadəcə qeyri-dəqiq deyil - faktlara tamamilə ziddir. Bakı 2023-cü ilin sentyabrına qədərki dövrdə dəfələrlə açıq şəkildə sülh və reinteqrasiya təklifləri irəli sürüb, Xocalı və Yevlaxda erməni icması ilə görüşlər keçirib, qalmaq istəyənlər üçün elektron qeydiyyat portalı yaradıb, təhlükəsizlik təminatları verib. Gedənlərin qərarı isə təzyiq nəticəsində deyil, birbaşa siyasi motivasiyalarla - qanunsuz separatçı qurumun rəhbərlərinin çağırışları və İrəvandan aparılan təbliğat kampaniyaları nəticəsində formalaşdı. Məqsəd aydın idi: bu proses sonradan "humanitar fəlakət" kimi təqdim olunsun. Aİ bütün bu faktları çox yaxşı bilir. Amma görməzlikdən gəlir. Niyə? Cavab sadədir: bu sənəd analitik deyil, siyasi xarakter daşıyır. "Köçürülmə" ifadəsi hüquqi termin deyil, diplomatik manipulyasiyanın alətidir. Daha da təəccüblüsü, sənəddə ötən əsrin sonlarında İrəvandan və digər bölgələrdən deportasiya edilən 300 min azərbaycanlıya bir cümlə belə ayrılmayıb. Bu, sadəcə zəif analitika deyil - bərabər yanaşma prinsipinin açıq şəkildə pozulmasıdır. Daha paradoksal olan məqam odur ki, 2025-ci ildə Aİ hələ də "Dağlıq Qarabağ" terminini diriltməyə çalışır. Halbuki bu ifadə nə hüquqi, nə siyasi müstəvidə artıq mövcud deyil. Hər bənddə dövlət suverenliyi və ərazi bütövlüyünə hörmət çağırışı edən Avropa İttifaqı, paradoksal şəkildə, bu prinsipləri öz sənədində pozur. Məntiqi ziddiyyət üzərində qurulan diplomatiya isə bəzən silahlı münaqişədən də sürətlə böhrana aparır. Bu ifadələr sadəcə ritorik səhv deyil. Onlar hazırkı sülh prosesinə birbaşa zərbədir. Xüsusilə də nəzərə alsaq ki, bu ilin avqustunda Vaşinqtonda ABŞ prezidenti Trampın vasitəçiliyi ilə misilsiz irəliləyiş əldə olunmuşdu: sülh sazişinin mətni paraflanmış, kommunikasiyaların açılması barədə razılıq əldə edilmişdi. Onilliklərdən sonra ilk dəfə bölgə real sabitlik trayektoriyasına çıxmaq imkanı qazanmışdı. Amma Aİ-nin dekabr sənədi bu prosesə əngəl rolunu oynayır, əgər demək mümkündürsə, açıq sabotaja çevrilir. Daha da narahatedici məqam - Monte Melkonyan adına Ermənistan Hərbi Məktəbinin Avropa təlim mərkəzləri şəbəkəsinə qoşulması təşəbbüsüdür. Bu, təkcə simvolik məsələ deyil. Melkonyan "milli qəhrəman" kimi təqdim olunsa da, o, başqa bir dövlətin ərazisində silahlı əməliyyatlarda iştirak etmiş, ağır cinayətlərdə adı hallanan şəxsdir. Belə bir fiqurun legitimləşdirilməsi Avropa dəyərləri ilə köklü surətdə ziddiyyət təşkil edir və Aİ-nin xarici siyasətinin mənəvi dayaqlarını sarsıdır.
2025-12-06 19:29:00
"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə start verilməsi ilə bağlı məlumat yayıb.
2025-12-06 15:50:00
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
2025-12-06 15:23:00
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin "2PointZero" şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, "International Holding Company"nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin "International Resources Holding" şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edib.
2025-12-06 11:02:00
Prezident İlham Əliyev Finlandiya Prezidenti Aleksandr Stubba ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
