Zelenski Putinin təklifini rədd etdi
Dünya 03 May 2025 13:48:00 74 0
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin 9 Mayla bağlı üç günlük atəşkəs təklifini qəbul etməyib.
Bu xəbəri də oxu: Tramp "papa oldu" FOTO
Son.az xəbər verir ki, Ukrayna lideri 30 günlük atəşkəsə təkid edib.
Zelenski onu da qeyd edib ki, Ukrayna 9 May paradı üçün Moskvaya gələcək dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib. Bildirilib ki, Putinin qərarına əsasən, Rusiya Federasiyası mayın 8-i saat 00:00-dan mayın 11- saat 00:00-ə qədər atəşkəs elan edir.
Qeyd olunub ki, Rusiya Federasiyası Ukrayna ətrafındakı vəziyyətlə bağlı beynəlxalq tərəfdaşlarla konstruktiv qarşılıqlı fəaliyyətə hazırdır.
"Rusiya hesab edir ki, Ukrayna tərəfi Qələbə gününə qədər atəşkəs rejiminə qoşulmalıdır. Rusiya Silahlı Qüvvələri Qələbənin 80-ci ildönümündə Ukrayna tərəfindən atəşkəs rejiminin pozulması halında adekvat və effektiv cavab verəcək" , - Kremlin yaydığı bəyanatda bildirilib. /APA
Türkiyənin televiziya tarixində unudulmaz iz buraxan "Çocuklar Duyması

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücül

Günlərdir silkələnən İstanbulda daha bir qorxulu zəlzələ baş verib.

Ermənistanın baş naziri Nikol Paşinyan və administrasiyası son illərdə o

Milli Konservatoriyanın prorektoru vəzifəsindən azad edilib.

Müğənni Nəfəsin həmkarı ilə eşq yaşaması barədə iddialar ortaya at�

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Astroloji inanclara görə, bəzi bürclər maliyyə məsələlərində daha sə

"Bu gün Azərbaycan-Çin əməkdaşlıq əlaqələri genişlənərək getd

Mayın 2-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağ

Əməkdar artist Mehriban Xanlarova şəxsi həyatından danışıb.
