Kamaləddin Qafarov: “AzərbaycanÇin əlaqələri yeniAnchor mərhələyə qədəm qoyur”
Digərləri 03 May 2025 12:00:00 65 0
"Bu gün Azərbaycan-Çin əməkdaşlıq əlaqələri genişlənərək getdikcə daha çox strateji sahələri əhatə etməklə, istər qlobal sülh və sabitliyin qorunması baxımından, istərsə də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir".
Bu xəbəri də oxu: "Yevlaxlı ər" axtaran qızın rəfiqəsinin toyunda hərəkəti QINANDI VİDEO
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, bu əlaqələrin inkişafı, ilk növbədə, ölkələrimizin və xalqlarımızın milli maraqlarının təmin olunmasına hesablanıb." Bütün bu və bir çox digər önəmli məqamlar Prezident İlham Əliyevin aprelin 25-də Çinin CGTN telekanalında yayımlanmış müsahibəsində öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, möhtərəm dövlət başçımızın cari ilin aprel ayının 23-24-də Çin Xalq Respublikasına etdiyi rəsmi dövlət səfəri çərçivəsində ölkələrimiz arasında münasibətləri daha yüksək səviyyəyə qaldıran və bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bu sənədlər arasında ən önəmlisi cənab Prezident İlham Əliyev ilə Sədr Si Cinpinin imzaladıqları "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"dır. Bu sənəddə bir daha təsdiq olunur ki, ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir və ən əsası, bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirlər. Öz müsahibəsində bu məqama xüsusi toxunan Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan "Vahid Çin" siyasətini qətiyyətlə dəstəkləyir. İmzalanmış Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çoxsaylı məsələləri əhatə edir. Beləliklə, sözügedən sənəd mahiyyət etibarı ilə son dərəcə əhəmiyyətlidir. Təsadüfi deyil ki, cənab Prezident Azərbaycanın bir çox ölkələrlə, o cümlədən bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzaladığını, lakin məhz Çin ilə imzalanmış Bəyanatın onların hamısından daha güclü olduğunu qeyd etdi."
Mayın 2-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağ

Əməkdar artist Mehriban Xanlarova şəxsi həyatından danışıb.

Vətən müharibəsinə həsr olunan "44" bədii filminin çəkilişl�

"TikTok" Avropa İttifaqı istifadəçilərinin şəxsi məlumatların

Azərbaycanda qeysəriyyə əməliyyatı olunan qadın ölüb.

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant İlqar Orucovun rütbəsi

Prezident İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu ünvan

Lalə Azərtaş aprıcısı olduğu verilişində göz yaşı töküb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub

İstanbulun mərkəzində çəkilən görüntülər müzakirələrə səbəb olu

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda yerləşən beş mərtəb

Ombudsman Səbinə Əliyeva Şuşa və Xocalıda aşkar olunmuş kütləvi məza

Xəbər verdiyimiz kimi, bir müddət öncə müğənni Musa Musayevin efirləri

Mingəçevir Dövlət Dram Teatrının aktyoru Aydın Quliyev vəfat edib.
