Qadınlara bir, kişilərə ayrı dərd olub – Həkim qorxulu xəstəlikdən DANIŞDI


Digərləri 01 May 2025 08:08:00 73 0

Qadınlara bir, kişilərə ayrı dərd olub – Həkim qorxulu xəstəlikdən DANIŞDI

Hormonal Pozuntu - bu problem getdikcə ciddi təhlükəyə çevrilib. Hazırda dünyanı öz cənginə alan bu dərd əvvəllər tək-tük insanlarda, daha çox isə yaşlılarda görünürdü. Hormon pozğunluğu ən birinci şəkərli diabetə səbəb olurdu. Təəssüf ki, indi orta yaşlı insanlar və hətta uşaqlarda da bu xəstəlik baş alıb gedib. Son illərdə həm kişilər, həm də qadınlar arasında müxtəlif sağlamlıq problemlərinin arxasında duran əsas səbəblərdən biri hormonal balansın pozulmasıdır. Xüsusilə də, stressin artması, düzgün olmayan qidalanma, oturaq həyat tərzi hormon sisteminə birbaşa təsir edir.  Bu gün bir çox insan özündə səbəbsiz yorğunluq, yuxu pozuntusu, ani əhval dəyişiklikləri, çəki artımı və hətta sonsuzluq kimi problemlərlə qarşılaşır. Xüsusilə qadınlarda menstrual tsiklin pozulması, yumurtalıq problemləri, kişilərdə testosteron azlığı və stress hormonlarının normadan artıq olması cəmiyyətin ümumi sağlamlıq səviyyəsinə mənfi təsir göstərməkdədir. Bütün bunlar artıq sadəcə fərdi sağlamlıq məsələsi deyil, ictimai sağlamlıq problemi kimi gündəmə gəlməkdədir.

Lent.az-ın müsahibi tanınmış endokrinoloq Lalə Şamxalovadır.

Bu müsahibədə biz hormonal pozuntuların səbəblərindən tutmuş əlamətlərinə, fəsadlarından müalicə yollarına qədər bütün əsas məqamları öyrənəcəyik.

- Lalə xanım bugünkü söhbətimizdə hormonal pozuntu mövzusuna toxunmaq istərdik. İlk olaraq izah edərdinizmi, ümumiyyətlə hormonal disbalans (pozuntu) nədir?

- Əlbəttə. Hormonal pozuntu dedikdə, orqanizmdə hormonların lazımi miqdarda və tarazlıqda ifraz olunmaması nəzərdə tutulur. Yəni bu, bir və ya bir neçə hormonun az, çox və ya qeyri-effektiv şəkildə işləməsi deməkdir. Bu disbalans insanın yaşına, cinsinə, həyat tərzinə və konkret hansı vəzin təsirləndiyinə görə müxtəlif formalarda özünü büruzə verir.

- Maraqlıdır. Bəs bu pozuntunun qısa müddətdə hansı əlamətləri olur?

- Ən çox rast gəlinən əlamətlərdən biri əhval-ruhiyyənin dəyişməsidir. İnsanlar səbəbsiz yerə əsəbiləşir, narahat olur, bəzən depressiya əlamətləri göstərirlər. Bundan əlavə, hormonal pozuntular ani çəki dəyişikliyinə - həm kökəlməyə, həm də arıqlamaya səbəb ola bilər. Yuxusuzluq və ya gündüz özünü həddindən artıq yuxulu hiss etmək də çox rast gəlinən haldır. Həmçinin bəzi hallarda cinsi istəksizlik, tərləmədə dəyişiklik və dəridə problemlər, məsələn, sızanaqlar və ya quruluq müşahidə olunur.

- Bəs bu pozuntu uzun müddət davam edərsə, hansı ciddi fəsadlara yol aça bilər?

- Əgər hormonal balans pozuntusu müalicə olunmadan davam edərsə, ciddi fəsadlarla nəticələnə bilər. Məsələn, şəkərli diabetə səbəb ola bilər - bu, insulin hormonunun normal səviyyədə işləməməsi ilə əlaqədardır. Qalxanvari vəzin fəaliyyətində pozuntular - yəni hipertireoz (tənbəl zob) hormonal sistemin pozulması ilə bağlıdır. Sümüklərin zəifləməsi, yəni osteoporoz, sonsuzluq problemləri və hətta bəzi hallarda hipofiz və böyrəküstü vəzilərdə şişlərin əmələ gəlməsi də bu pozuntunun nəticəsi ola bilər. Məsələn, gəlin uzunmüddətli təsirlərdən danışaq. Əvvəlcə, şəkərli diabetə səbəb olur. Bu mədəaltı vəzin insulin hormonunun normadan az, çox və ya qeyri-effektiv ifrazı nəticəsində yaranır. İkinci, qalxanvari vəzin pozuntularına gətirib çıxarır. Bu əsasən, iki istiqamətdə təzahür edə bilər - hormonların artıqlığı (hipertireoz) və ya azlığı (hipotireoz). Üçüncü, osteoporoz dərdi. Kalsium və vitamin balansının pozulması nəticəsində sümüklərin zəifləməsi ilə müşahidə olunur. Dördüncü, sonsuzluq, həm kişi, həm də qadın sonsuzluğu hormonal balanssızlıqla əlaqəli ola bilər. Beşinci, hipofiz və böyrəküstü vəz adenomalarıdır. Prolaktin, kortizol, ACTH (adrenokortikotrop hormon) kimi hormonların disbalansı nəticəsində yaranan pozuntular müxtəlif xəstəliklərə səbəb ola bilər.

“X”dən daha bir yenilik like
  • 01 May 07:34  
Digərləri “X”dən daha bir yenilik

"X" platforması 4K video yükləmək imkanı təklif etməyə başlay

arrow Ətraflı
Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI like
  • 01 May 07:07  
Digərləri Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI

Hazırda gənclərin sevərək içdiyi enerji içkiləri sağlamlıq üçün cid

arrow Ətraflı
İş axtaranların nəzərinə: Ən çox tələb olunan like
  • 01 May 06:35  
Digərləri İş axtaranların nəzərinə: Ən çox tələb olunan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı

arrow Ətraflı
İdmansız incə belin sirri  Bu qidaları nə qədər yesəniz də kökəltmir like
  • 01 May 06:06  
Digərləri İdmansız incə belin sirri Bu qidaları nə qədər yesəniz də kökəltmir

Tanınmış qarın bölgəsindəki piylərdən qurtulmağın yollarını açıql

arrow Ətraflı
Səhərlər bu içkini içmək ürəyi qoruyur, ömrü uzadır like
  • 01 May 04:04  
Digərləri Səhərlər bu içkini içmək ürəyi qoruyur, ömrü uzadır

Səhərlər içilən qəhvənin sağlamlığa əhəmiyyətli faydaları olduğu

arrow Ətraflı
Heç vaxt saçınızı yumaq əvəzinə quru şampundan istifadə etməyin like
  • 01 May 03:03  
Digərləri Heç vaxt saçınızı yumaq əvəzinə quru şampundan istifadə etməyin

Quru şampundan istifadə saç yumağın yerini vermir - səbəbləri bunlardır

arrow Ətraflı
2050ci ilə qədər milyonlarla insan xərçəng riski ilə üzüzə qalacaq  Düyüyə görə like
  • 01 May 02:02  
Digərləri 2050ci ilə qədər milyonlarla insan xərçəng riski ilə üzüzə qalacaq Düyüyə görə

ABŞ-da aparılan bir araşdırma iqlim böhranı səbəbiylə düyüdə arsen

arrow Ətraflı
Kelloq: Kiyev bəzi ərazilərdən güzəştə getməyə razıdır like
  • 01 May 01:05  
Dünya Kelloq: Kiyev bəzi ərazilərdən güzəştə getməyə razıdır

Kiyev Ukraynadakı münaqişənin nizamlanması üçün bəzi ərazilərdən gü

arrow Ətraflı
2025ci ilin 7 ən yaxşı yolsuzluq avtomobili like
  • 01 May 01:01  
Digərləri 2025ci ilin 7 ən yaxşı yolsuzluq avtomobili

SUV-lər, digər yüngül avtomobillərlə müqayisədə sürücülərə daha ç

arrow Ətraflı
Bir ailənin iki üzvü qəzaya düşdü: Ölən və yaralanan var like
  • 01 May 00:53  
Digərləri Bir ailənin iki üzvü qəzaya düşdü: Ölən və yaralanan var

Sabirabadda avtomobilin aşması nəticəsində qardaşlardan biri ölüb, digə

arrow Ətraflı
İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyir like
  • 01 May 00:52  
Dünya İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyir

İsrail Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üç

arrow Ətraflı
Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı like
  • 01 May 00:39  
Şou-biznes Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı

Əməkdar artist Sevinc Sarıyeva efirdə canlı oxuya bilməyən tələbəsin

arrow Ətraflı
Masallıda məktəbli qızlar arasında dava like
  • 01 May 00:35  
Digərləri Masallıda məktəbli qızlar arasında dava

Masallıda şagirdlər arasında insident yaşanıb.

arrow Ətraflı
Moskva metrosunda uşaq doğuldu like
  • 01 May 00:26  
Digərləri Moskva metrosunda uşaq doğuldu

Rusiyanın paytaxtı Moskvada metroda uşaq dünyaya gəlib.

arrow Ətraflı
Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib like
  • 01 May 00:15  
Siyasət Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Bö

arrow Ətraflı